Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təkliyə düçar
Təkliyə düçar
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 348
Səs ver:
Təklik olduqca qaranlıq bir anlayışdır. Çünki təklik insanın onu necə yaşadığına bağlıdır.
Təklik bəzən dinclikdir insan üçün, bəzən kədər. Bəzən qorxudur, qorxduğudur, qaçdığıdır. Bəzən insanın öz özünü axtarışıdır bütün həyatı boyunca.
Təklik öyrədər insana bilmədiklərini, başqa insana necə möhtac olduğunu, çünki insan ictimai bir varlıqdır və istəsə də qopa bilməz digər insanlardan, möhtacdır onlara. Səbəbi də sadədir, həyatı qiymətli edən şey onu bölüşə bilməkdir.
İnsan tək qalmaq istəməz əslində, çünki təklik narahat edər insanı, çünki insanın özünü yarım hiss etməsinə səbəb olar . Nə xoşbəxtliyi tam olar, nə də kədəri. Çünki bölüşə bilməz bunların heç birini və bölüşə bilməyincə də heç bir şeyin mənası qalmaz. Gözəlliyi gözəl edən onu bölüşə bildiyimiz kəslərin olmasıdır.
Zamanla insan öz-özünə təslim olar təkliyə, çünki tək çıxış yolu təklik kimi görünər. Bəlkə başqalarından qaçdığı, qorxduğu və ya onlardan bezdiyi üçün, bəlkə də yalnız dinclik tapa bilmək üçün, ancaq səbəb nə olursa olsun bəzən təkliyi seçər insan. Çünki, çox sevilməsə də, hər nə qədər insanlar tək qalmaq istəməsələr də, bəzən insanın tək sığınacağıdır təklik. Bəlkə də bunun səbəbi insanın təkkən əslində özünü tapmasıdır. İnsan təkliyindəki boşluğu özü ilə doldurar. Ancaq yenə də, təkliyin soyuq qolları hər nə qədər ilkin fərahlıq versə də insana, zamanla bu fərahlığın yerini dondurucu bir soyuq alar.
Təklik bir səhraya bənzər bəlkə də. O ucsuz-bucaqsız qumlar sənin üçün bir şey ifadə etməyən və sənin də onlar üçün bir şey ifadə etmədiyin insanlardır. Ancaq o səhrada bir yerlərdə yaşıl bir vahə vardır və o vahə insanın təkliyinə son verəcək olandır. Ancaq o vahəni tapmaq üçün əvvəl o səhranı aşmaq lazımdır, çünki səhra vahəni mənalı edəndir.
Təklik ən böyük ağrını isə, güzgüyə hər baxdığında artıq öz üzündən başqa bir üz görə bilməyəcəyini bildiyində, ən çox sevdiyinin artıq olmadığını bilə-bilə yaşamaq məcburiyyətində qaldığında verər insana.Çünki təklik insanın xoşbəxt olduğunda gözlərindəki işığın əks olunmasını bir başqa insanın da gözlərində görə bilməməsidir. Çünki təklik kədəri yalnız özünlə paylaşa bilməyindir. Ancaq yenə də təklərin dilini yalnız təklər bilər.


Şərhlər:
Baxılıb: 348
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz