Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü tülküyə yox, aslana tay tut!
Özünü tülküyə yox, aslana tay tut!
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 390
Səs ver:
"Başqasından nə isə istəməkdən çəkin! Çünki bu iş dünyada zəlilliyə səbəb olar, ardınca fəqirlik gətirər, qiyamətdə isə uzun-uzadı sorğu-sualla nəticələnər”.

Həzrət Mühəmməd Peyğəmbər (s).

Keçmiş zamanlarda bir dərviş vardı. Dərviş gününün çox hissəsini tənhalığa çəkilib ibadət etməklə keçirirdi. Amma camaata möhtac olmağı da xoşlamazdı. Bunun üçün günün bir hissəsini işləməkdən ötrü ayırmışdı. Bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula yemək alardı. Ehtiyacından artıq qalanı isə fəqirlərə verərdi.

Bir gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşdı. Tülkünün ayaqları kəsilmişdi, sürünə-sürünə yeriyirdi. Dərviş öz-özünə fikirləşdi: "Görəsən, bu tülkü nə ilə dolanır? Bütün vəhşi heyvanlar ov etməyin hesabına yaşayırlar. Ov etmək üçün heyvana iti qaçan ayaqlar lazımdır. Bu biçarənin ayaqları yoxdur. Görəsən, Allah bunun ruzisini hansı yolla yetirir?”

Dərviş bu fikirdə ikən gördü ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində sürüyərək gətirir. Aslan ceyranın leşini yerə qoyub parçaladı və yeməyə başladı. Doyandan sonra leşin qalıqlarını orada qoyub uzaqlaşdı. Bayaqdan bəri onu güdən tülkü sürünə-sürünə gəldi, ceyranın ətindən yeyib qarnını doyurdu.

Dərviş bu işə məəttəl qalmışdı. Aslanın əli ilə tülkünü bəsləyən Allaha həmd etdi. Sonra ağlına belə bir fikir gəldi: "Əgər bu tülkü ruzi qazanmaq üçün heç nə etmədiyi halda Allah-təala onun ruzisini yetirirsə, nədən mənim ruzimi yetirməsin? Mən ibadətə ayırdığım vaxtdan kəsib işləməyə həsr edirəm. Halbuki, həmin saatlarda da Rəbbimə ibadət edib savab qazana bilərəm. Bundan sonra daha işləməyəcəyəm. Şikəst tülkünün yemini aslanın əli ilə yetirən Allah mənim də ruzimi bir yolla yetirər”.

Həmin gündən dərviş işləməyin daşını atdı. Gecə-gündüz özünü ibadətə verdi. Amma nə qədər gözləsə də, ruzisi gəlmədi. Nə qapısını açan oldu, nə də bir qarın yemək verən. Dərviş gün-gündən zəiflədi, bir dəri-bir sümük qaldı.

Günlərin birində dərviş qeybdən bir səs eşitdi: "Sənə sağlam bədən, güclü əl, iti ayaq verdim. Amma sən özünü şikəst bir tülküyə bənzətdin. Niyə özünü aslana yox, tülküyə tay tutursan? Niyə başqalarının qabağından qalan artıqlara göz dikirsən? Özünü şikəst tülkü kimi miskin vəziyyətə salmaq sənə yaraşarmı? Qalx, aslan kimi çalış, özünə ruzi qazan. Başqasının artığına göz dikmə, qoy əlsiz-ayaqsızlar səndən yardım umsunlar. Öz ruzini özün əldə et, həm özün ye, həm də ehtiyaclılara yedizdir”.

Dərviş etdiyi hərəkətdən utandı, tövbə edib yenidən əvvəlki həyatına döndü. Əlinin zəhməti ilə ruzi qazandı, başqalarına yük olmaq fikrindən birdəfəlik əl çəkdi.


Şərhlər:
Baxılıb: 390
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz