Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümdən öncəki dayanacaqda
Ölümdən öncəki dayanacaqda
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 317
Səs ver:
Başın iki ovcunun arasında, gözün də üfüqlərdə, dizinin üstündəki əsanın dəstəyi də boynunu bükmüş kimi yerə baxır. Uzaq, qədim bir türkünün sözləri oxunur duyğularında:

"Dönülməz axşamın üfüqündəyim, zaman çox gec,
Bu son fəsildir, ey ömrüm, nasıl keçərsən-keç".

Ömrünün son fəslini yaşadığına inanmaq nə qədər həzin bir hiss! "Allah!" deyib inləməyin gəlir. Dönüşü olmayan bir səfərin astanasında dayanmaq. Bir azdan, bir azdan... Gələn bahar bəlkə də sənsiz gəldi bu yer üzünə, yenə günəş doğacaq, yenə çiçəklər açacaq, yenə uzaqdakı bir iydə ağacının altındə bir oğlanın dili söz tutmayacaq və eləcə əlində büküb əzdiyi məktubu həyəcandan titrəyən qızın ovcuna basıb, arxasına baxmadan qaçacaq... Çox şeylər yaşanacaq, çox şeylər dəyişəcək. Bu divarın o üzündə çalınan toyun meyvələri görünəcək barının başından, balaca-balaca uşaqlar o həyətdən çıxıb sənin əkdiyin gilas ağaclarına dırmaşacaqlar. Qonşu kənddən bir nəfər İrandakı qohumlarından aldığı məktubu gətirəcək ki, oxutsun, sənin öldüyünü eşidib, sakitcə "Allah rəhmət eləsin!" deyib dönəcək. Qonşunun toyuqları yenə çəpərdən aşıb bu həyətdə dolaşacaq, amma qovmayacaqlar, təkcə qonşunun xətrinə yox, həm də sənin ruhunu incitməmək üçün, çünki o qədər demişdin ki, qonşunun toyuğu qonşunun həyətində gəzər...

"Dönülməz axşamın üfüqündəyim". Amma heç kəsin üfüqü, üfüqdə gözləyən qapısı bir-birinə bənzəməz. Hər halda sən belə düşünürsən. Yaşamaqdan, dünyanın o başından bu başına qədər yeriyib gəlməkdən yorulmuş kimisən. Çiynində ağır bir yük var elə bil. Qalxıb getməyə də həvəsin yoxdur; elə bil hər şeyi burada gözləmək, burada qarşılamaq istəyirsən. Adını çəkməyə qorxursan, amma burada, bu yolun kənarında yıxılıb qalmaq, sonra da evdəkilərə, qonum-qonşuya aval olmağı düşünmək ürəyini sıxır.

Günəş də yavaş-yavaş üfüqə əyilir. Durub getmək zamanıdır. Hava qaralmadan evə çatmalısan, yoxsa yazıq qarı qapının ağzından yığışmayacaq. Onsuz da son günlər ürəyi çox incidir yazığı. Gileylənməyi sevməsə də, aradabir zarafatla vəsiyyətini eləyir sənə: "Heç uşaqları incidib-eləmə, indi qəbir yeri almaq da bir dərddir, aparıb öz camaatımızın arasında basdırın. Amma noolar məni özündən ayırma". Zarafat deyil ee, əlli ildən artıqdır ki, onun dediyi kimi "otaq yoldaşı"sınız. Səni iyindən tanıyır, əlini uzadanda qapı öz-özünə açılır. Daha doğrusu, öz-özünə açılmır, o, içəridən açır. O qədər rahat, könlü tox adamdır ki... Gözü də heç zaman arxada qalmayıb. Səhər-axşam ağzını şükürlə açıb, şükürlə bağlayır. Sənə elə gəlir ki, öləndə də zarafatla öləcək. Eləcə danışa-danışa birdən susacaq, çağıracaqsan, cavab verməyəcək. Yaxınlaşıb görəcəksən ki, keçinib, sözü dodağında, təbəssümü çöhrəsində donub. Bu da bir xəyal, bu da bir təsəvvür idi keçdi başından. Amma o qapıdan qaçış yoxdur... Gec-tez olacaq, mütləq olacaq, ya səndən əvvəl, ya səndən sonra. Bir söz yadına düşür: "Gedənlərə nə var ki, vay qalanın halına".

"Ya Allah!" deyib dikəlirsən, hava qaralanacan evə çatmasan, qarı ürəyini tuta-tuta çöl qapının ağzında qalacaq.


Şərhlər: 3
Baxılıb: 317
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Gedənə nə var ki,vay qalanın halına-bu sözü çox bəyəndim.Şükürlə oturub duran şəxsin ,həyatı yuxarıdakı kimi anlayan şəxslər çox az tapılır həyatda,bir gün hamımız bu həyatdan köçəcəyik əsas arxada qoyduqlarımız bizlərə Allah rəhmət eləsin dəməsinə nail olaq.Maraqlı yazı oldu təşəkkürlər.
5 mart 2016 20:59
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Azəri_Ledi
elede maraglı deyildi
5 mart 2016 19:02
# 2
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
vipbetul
maraqli hekaye deyildi eslinde bu movzuda daha maraqli hekayeler yazmaq olardi

maraqli hekaye deyildi eslinde bu movzuda daha maraqli hekayeler yazmaq olardi
5 mart 2016 18:44
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz