Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu gün uşaqlığım üçün darıxdım
Bu gün uşaqlığım üçün darıxdım
Göndərən: Lola_Maya_
Şərhlər:
Baxılıb: 378
Səs ver:
Bu gün uşaqlığım üçün darıxdım... Uşaq vaxtı heç böyümək istəmirdim. Amma böyüdükcə anladım ki, uşaq olub böyüməyi arzu etmək, böyük olub uşaq olmağı arzu etməkdən daha yaxşıdır. Bu gün uşaqlığım üçün darıxdım, həyətdə oynayarkən yıxılmağım üçün... Sonra dizlərimdə olan yaralara görə ağlayardım. Amma böyüdükcə anladım ki, qəlbdə olan yaralar daha çox incidirmiş. 
Darıxdım, bir səhv etdikdə anamın məni acılaması üçün darıxdım. Düşünürdüm ki, o məni sevmir. Amma böyüdükcə anladım ki, anamın bir acı sözü indi eşitdiyim min saxta şirin sözlərdən üstün imiş... 
Uşaqlığım üçün darıxdım, Nənəmin mənə nağıllar oxuması üçün. Onda ağ atlı şahzadələrin varlığına inanırdım. Amma böyüdükcə anladım ki, onlar yalnız nağıllarda olurlar. 
Bu gün uşaqlığım üçün darıxdım. Nənəmin saçlarımı hörməsi üçün. Onda əsəbləşirdim, sonra gedib açırdım, böyümək istəyirdim. Amma böyüdükcə anladım ki, hörükləri açmaqla böyümək olmur. 
Darıxdım... Həyətdə oynadığım dostlarım üçün darıxdım. Onda mənə bir şəkər verən qızı dostum hesab edirdim. Amma böyüdükcə anladım ki, mənə şəkər verən o qız mənə zəhər də verə bilər. 

Uşaqlığım üçün darıxdım. Atamın axşam evə gəlməyini gözləməyim üçün. Hər gələndə mənə sevdiyim şokoladı alırdı. Dünya mənim olurdu... sonra səhərləri atamı işə yola salarkən, gələndə mənə saqqız almağını tapşırdığımı. Amma böyüdükcə anladım ki,  həyatda istədiyim şeyləri əldə etmək , saqqız əldə etdiyim qədər asan deyil.

Bir gün gələrkən vitrində gördüyüm bir oyuncağı almasını istədim anamdan. Bax o gün üçün darıxdım. Ağladım, anam da aldı. Amma böyüdükcə anladım ki, hamı anam qədər yumşaq qəlbli deyil. Göz yaşlarıma acımazlar. 
Gizlənpaç oynamaq üçün darıxdım. Çox sevirdim bu oyunu. Amma böyüdükcə anladım ki, problemlərlə gizlənpaç oynamaq olmur... 

Sonra gülüşlərim üçün darıxdım. Gülmək üçün səbəb lazım deyildi mənə. Amma böyüdükcə anladım ki, bir dəfə içdən gülmək üçün min çətinliklərdən keçmək lazımdır. 

Küsərkən böyüklərdən, məni əzizləmələri üçün darıxdım. Məni qucaqlamaları üçün... Amma böyüdükcə anladım ki, həyatdan küsdükdə o almır insanı qoynuna.

Bu gün uşaqlığım üçün darıxdım...
Məsum xəyallarım, gözəl röyalarım üçün darıxdım...


Şərhlər:
Baxılıb: 378
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz