Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gizlənən sevgilər
Gizlənən sevgilər
Göndərən: Tomris Müslümova
Şərhlər: 11
Baxılıb: 512
Səs ver:
Bu yazı gerçək bir eşq hekayəsini izah etməkdədir və yazıların hamısı aşiq cavanın gündəliyindən alınmışdır:

10. sinif
İngiliscə dərsində yanımda bir qız otururdu onun üçün 'mənim ən yaxşı yoldaşım' deyirdim ... amma mən onun ipək kimi saçlarına baxıb onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim, dərsdən sonra qalxdı və keçən gün sinifdə olmadığı üçün o günün qeydlərini istədi ona qeydləri verərkən mənə təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

11. sinif
Telefonum çaldı, axtaran O idi və ağlayırdı mənə aşan necə ürəyini qırdığını izah etdi, məni evinə çağırdı, tək qalmaq istəmədiyini söylədi, məndə təbii ki getdim, kresloya, onun yanına oturdum, gözəl gözlərinə baxmağa başladım və onun mənim olmasını dilədim, 2 saat sonra Drew Barrymore ' un bir filmi başladı və onu izlədik filmi izlədikdən sonra yatmağa qərar verdi, mənə hər şey üçün təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

Son sinif
Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və "çıxdığım uşaq xəstə və partiyaya gələ bilməyəcək" dedi, mənimdə çıxdığım biri yox idi və 7. sinifdə bir-birimizə söz vermişdik əgər çıxdığımız biri olmazsa partiyalara birlikdə gedəcəkdik, "ən yaxşı yoldaş" olaraq. Və partiyaya birlikdə getdik, o axşam çox gözəl idi, hər şey yolunda getdi, partiyadan sonra onu evinə qapısının önünə qədər buraxdım, qapının qarşısında ona baxdım o da mənə o gözəl gözləriylə gülümsəyərək baxdı. Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim, mənə "həyatımın ən gözəl zamanını keçirdiyini" söylədi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

Günlər, həftələr, aylar keçdi və məzuniyyət günü gəldi çatdı ...
Davamlı onu izlədim onun mükəmməl bədənini seyr etdim. Diplomatiyanı almaq üçün səhnəyə çıxarkən sanki havada süzülən bir mələk kimi idi. Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Hər kəs evinə getmədən əvvəl yanıma gəldi və ağlayaraq mənə sarıldı sonra başını çiynimə qoydu və "sən mənim ən yaxşı yoldaşımsan, təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

Aradan illər keçdi ...
Bir kilsədəyəm və o qızın nigahını izləyirəm ... bəli artıq evlənirdi, onun "bəli, qəbul edirəm" deməsini, yeni həyatına girməsini izlədim, başqa bir adamla evli olaraq. Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Yeni həyatına girmədən əvvəl yanıma gəldi və "nigahıma gəldin təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

İllər çox tez keçdi ...
Bu an mənim bir zamanlar ən yaxşı yoldaşım olan qızın tabutuna baxıram, əşyaları toplanarkən lisey illərində yazdığı gündəliyi ortaya çıxdı ... Dərhal gündəliyini götürdüm və gündəlikdə oxuduğum sətirlər belə idi ...

"Onun gözlərinə baxaraq onun mənim olmasını dilədim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ... Kaş ki mənə məni bir dəfə sevdiyini söyləsəydi ... "


Şərhlər: 11
Baxılıb: 512
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Bu hekayeni defelerler oxumuşam her oxuyandada bele pis olub kövrəlirəm. ..
5 mart 2016 01:44
# 11
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
ayka95
Cox tesirli hekaye idi
4 mart 2016 23:24
# 10
Fi-Ra
Maraqlı hekayə idi təşəkkürlər
4 mart 2016 21:48
# 9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
my_angel
Mənim üçün sevgi-məhəbbət ən axırıncı plandadır. Hal-hazırda 10.cu sinifdə oxuyuram və sevgi deyə bir hiss yaddır mənə. İndiyə qədər də olmayıb. Dediyim kimi, sevgi ən axırınıcı gedəcəyim yoldur.
4 mart 2016 21:47
# 8
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
vipbetul
eyni fikirler herikininde dilinden eyni sozler negede qeribedir halbuki gerek insan sozunu vaxtida demeyi bile
4 mart 2016 20:16
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Avamin biri avam..utana utana gor hara gelib cixiblar..
4 mart 2016 19:45
# 6
Qelbim doludu !!!!
lale.veliyeva19
kaşki...nu söz sevenləri bir birinden ayırdı mən oğlanın yerində olsaydım məni tərk edəcəyini bilsəmdə onu sevdiyimi deyərdim
4 mart 2016 19:04
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

sadecə mən
Kaş kaşdeməynən olmur ən azından oğlan utanmamalı söyləməli idi sevdiyini .Çox nahaq ki,tabutuna baxandan sonra bildisevildiyini
4 mart 2016 18:52
# 4
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Azəri_Ledi
mmm...maraglı..idi
4 mart 2016 18:51
# 3
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
zezema
....mence her ikisi aralarinda olan yaxshi munasibeti pozmaqdan qorxurmushlar...
4 mart 2016 18:42
# 2
Bir hissimi itirmishem - TEECCUBLENMEK
heyatim_menim
bu oxumusam hetda bir defter var mende hemin defterde qeyd olunub bu hekaye.cox tesirli hekayedir.ALLAH butun svenleri qovusdursun insaALLAH
4 mart 2016 18:36
# 1
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz