Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sayıqlayacağın adı tap!
Sayıqlayacağın adı tap!
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 531
Səs ver:
(Kompilyativ hekayə, Çexovun "Qara Rahib” inə)
" Günahın doğulmaqdır, yaşamaqdır.” Yuxumda ilk dəfə gördüyüm bir müəllimlə, bir ustadla danışıram. Əvvəlcə bir cümlə və bir səs eşidirəm, ancaq səsin cinsini müəyyənləşdirməyə vaxtım olmur, ya da ki, bu haqqda düşünməyə imkanım. Sonra həmin səsin, həmin cümlənin sahibi görünür, qadın sakit səsi ilə əzəmətlə danışır:
- Bədbinlik, sıxıcılıq yavaş- yavaş çıxıb gedəcək. Elə bir zaman gələcək ki, əbədi zövqün nə olduğunu dərk edib ruhunun, bədənin şiddətli ağrılarından qurtulacaqsan. Gözünə görünən bütün maddi varlıqların təbiəti, bütün mənəvi məfhumlar sənə yeni kəşf olunmuş daxili bir qüvvə kimi ilhamverici təravəti ilə apaydın görünəcək. Ruhun və bədəninlə ləzzətin hər gün, hər saat, hər an yenilənən ali və müdam naxışlarını quracaqsan. Şeytani ehtirasdan tamamilə qurtulub həqiqi nəşələnmənin məsuliyyətsiz cavabdehi, sahibi olacaqsan və bunu sənin kimi yüzlərlə, minlərlə insan yaşayacaq. Ancaq bunları yaşamaq üçün ilk işin günahını dərk edib onun erkən yaranışındakı bütün şəraitin və qanunların ziddini reallaşdırmaq olacaq.
- Günahım nədir?
- Günahın həyat adlı bu xaosla ruhunun toxumalarını, həqiqi və yeganə varlığını məhv eləməkdir.. yaşamaqdır. Həyat eşqinlə həqiqi nəşələnmənin bir- birinə yad olduğunu anlamaq və ruhundakı qabıqdan sıyrılıb qurtulmaq üçün əzab çəkməlisən.. ani və dəhşətli əzab.
- Bu necə olacaq? Mən başa düşmürəm.
- Səni həyata gətirən şəraitin tamam əksinə təqəddüm etməlisən. Nə vaxt doğulduğunu xatırlayırsan?
- Bunu necə xatırlaya bilərəm?
- Bunu mən deyə bilmərəm… İnsanlardan və çoxluğundan uzaqlaş. Ölümə ciddi- ciddi uyğunlaş. Qorxu və sevinc səni eyni anda dəhşətə gətirməlidir. Gözlərin təkəbbürdən yaşarmalı və bundan ilham aldıqca sevinməlisən. Özündən yeni bir əfsanə uydurmalısan və bunu uydurduğundan xəbərin də olmamalıdır. Bu, sadəcə vasitədir… Adını sayıqlayacağın adamın adını tapmalısan. Bu, sənə ölüm tavanında lazım olacaq.
Yuxu bitir. Qadın dumanlanıb yoxa çıxır.


Şərhlər: 7
Baxılıb: 531
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ne maraqli hekayedi
2 mart 2016 00:10
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tenha cicek
bu nedi aaa.basa dusmedim.men bir seyi basa dusmeyende gece yata bilmirem.axsa-axsam qanim qaraldi.indi gerek butun gece bunun menasini aydinlasdirim
1 mart 2016 22:18
# 6
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
_TəHLuKə_
Sonlarına doğru bir az qarışdım amma başa düşdüm...)..Maraqlı idi
1 mart 2016 22:08
# 5
Özün ol!Qəti özənmə özgələrinə!
Fi-Ra
Oxudum ama başa düşmədim
1 mart 2016 21:29
# 4
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
tek umidim sen
Maraqliydi) Tesekkur edirem..
1 mart 2016 20:48
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
Dj_Vampir
-maragli hekaye idi
1 mart 2016 20:00
# 2
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Azəri_Ledi
hekayə maraglı idi gozəl sözlər var idi amma, bu hekayənin anlamını başa dusmədim)
1 mart 2016 18:54
# 1
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz