Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nöqtə
Nöqtə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 373
Səs ver:
Sərginin ən çox səs-küyə səbəb olan əsəri  karandaşla cızma qara edilmiş,  vərəqin tutduğu böyüklükdə bir qəlb rəsmi  və onun içindəki xüsusi nəzərə çarpdırılmış nöqtə idi.Özünü incəsənətdən başı çıxan kimi göstərənlərdən tutmuş,incəsənətdən həqiqətən başı çıxanlara qədər hamı gözlərini rəsmə zilləmişdi.Elə ki gözləri rəsmin adına sataşırdı lap qarışırdı düşüncələri.”Sevgi” 
Sevgi və nöqtə.Nə idi əlaqə ?! Rəssamın adını oxuyanlar onun digər rəsmlərini axtarsalar da heç nə tapa bilmədilər.Nə idi bu əsərin mənası ? Bəzilərinə görə,rəssam sevginin əzab verən bir şey olduğunu göstərib.Kiminə görə,əsərin müəllifi ni orta məktəbdə heç kəs sevməyib.Ya da bəlkə,hələ yeniyetmə yaşlarındadır müəllif.Tanışlıqla gəlib çıxıb sərgiyə.
Rasmin ətrafına toplaşan insanların sayı artıtrdı.Öz aralarında rəssam haqqında söhbət etməyə başladılar.: "Kimdir bu əsərin müəllifi ?”
"Niyə bu qədər marağa səbəb oldu bu ?””Hər kəs səs gələn tərəfə yönəldi.
Qarşılarında gənc bir qadın dayanmışdı.Üzünə zillənmiş gözlər onu utandırdı.Jurnalisltlərdən biri fürsəti fövtə vermədən tez sual verdi : "Siz bu əsərin müəllifisiniz ,hə ?Bizə niyə rəsmi sevgi adlandırdığınızı izah edə bilərsiniz?  
" Əlbəttə izah edərəm.”
Qadın xırda addımlarla rəsmin qarşısında dayandı.Gözucu əsərə  baxdı.Dərin bir nəfəs alıb sözə başladı :
"Sevgi adını verdiyim bu əsər in sizdə bu qədər maraq oyandımasına çox sevindim.Sizin əsərə verdiyiniz mənalara qulaq asıram.Ancaq heç biri onun mənasına yaxın gəlmir.Əlbəttə,qəlb-ənənəvi sevgi simvoludur.Rəsmə məna verən onun içindəki nöqtədir.Yaşından asılı olmayaraq hamımız heç olmasa bir dəfə ürək çəkib içinə sevdiyimizin adını yazmısınız.Onun adı da qəlbi tamamilə əhatə edib.Lakin heç düşünmüsünüzmü ki,qəlbimiz nə qədər böyükdür və onun içinə bir ad yazmaqla onu necə kiçildirik.Bəs digər insanlara,varlıqlara olan sevgi harda qaldı?!Sevgi eqoizmdir,bəyəm ?!Xoşbəxt o insandır ki,onlar qəlbimizdə bir nöqtə qədər yer tuta bilir.Xoşbəxtdir o insanlar ki,qəlbimizdə onları  bir nöqtə olmağa layiq görürük. Bu insanları ya da sevginizi kiçiltmək deyil.İnanın mənə.Siz onları bir nöqtəylə təsəvvür etmədiyiniz qədər böyüdürsünüz.Nöqtənin gücünə bələdsinizsə ,nə demək istədiyimi yaxşı başa düşərsiniz.Çalışın nöqtə olduğunuz qəlblər çox olsun.Əsər barədə bunları deyə bilərəm.Təşəkkür edirəm.”
Qadın ayaqqabı taqqıltısının müşaiyəti ilə digər sərgi salonuna keçdi.Bir müddət sonra əsəri satın almaq istəyənlər onu axtarmağa başladılar.


Şərhlər:
Baxılıb: 373
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz