Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kaş...
Kaş...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 399
Səs ver:
"Yazmaq asan iş deyil.Heç çətin də deyil.Əvvəl nə yazırdın,yadına düşür?Mütləq yadınadır.Bir 12 vərəq dəftəri öyrənməkdən daha çox müəllimin qorxusuyla qarın-qarına yazdığın hərflərlə doldurardın.Sonra qorxun keçdi.Axı artıq yazmağı bilirdin və böyümüşdün də..Başladın çalışmaları,ev tapşırıqlarını yazmamağa.. Onun yerinə dərsdə dəftərinə yekəbaş,çəpgöz,qulaqları əyri,dişlərini mişara oxşatdığın insanvari varlıqlar çəkməyə...Arada bir yenə əlin dinc dayanmırdı..Yenə nəsə yazırdın.Ya bir ürək çəkib içinə O`nun adını yazardın,ya da O yoxdursa sevdiyin qrupun adını yazıb başlayırdın qıraq bucağını bəzəməyə.. Və ya mənim kimi qanadlı skelet başları çəkib altından yekə-yekə  Mələk yazardın...
Beləcə günlər səhnəni aylara,aylar illərə verdi.Ali təhsil..gəldi. Deyəsən.böyümüşdün.Sənə professorlar,alimlər dərs keçməyə başlayanda belə hiss etdin.Hərəsi yeni bir şeydən danışırdı.Yeni düşüncə tərzləri,həyat təcrübələri  səni daha dərin düşünməyə məcbur edirdi.Artıq təkcə meşəni yox,ağacları da görməyi öyrənirdin.Bu günə qədər oxuyurdun.Nəysə yazmağa əlin gəlmirdi.Elə ki yazmaq istəyirdin tez bir mahnıya ya da kitaba qaçırdın.Deyəsən,hələ də müəllim qorxusuyla yazmaq başında qalmışdı.Hərənin bir qorxusu vardı.Səninki də yazmaq qorxusu imiş...
Yazılası sözün çox idi..Bilmirdin niyə?...Axı istəsən kimsə sənə qulaq asa bilərdi.Yox!Sən bunu da istəmədin.
Və bir gün sən qorxunla üzləşməyi qərara aldın..Mürəkkəbini yarıladığın qələmi və ilk səhifəsini açıb örtməkdən üz qabığını qopardığın spirallı dəftəri götürdün .Bir qələmin ucuna baxdın,bir də güzgüdəki əksinə...Öz-özünə "yaz!O dəftərə nə istəyirsən yaz " dedin.Sonrasını xatırlamırsan.Yadında qalan tək şey masanın arxasında oturub böyük bir acgözlüklə yazdığın sətirlər idi....."      həmişə olduğu kimi yenə öz-özünə danışırdı.Hamı da öyrəşmişdi bu sözlərə.Heç kəs etiraz da etməzdi.bu sözlərə susanların da özlərinə görə səbəbləri vardı... Birinci səbəb onun  əllərinin  olmaması idi.Qəzadan sonra hər iki qolunu   kəsmişdilər..Hərdən hətta "kaş ayaqlarım kəsiləydi"düşüncəsi də keçirdi içindən.Arada yanına gəlib onunla danışmaq istəyənlər olurdu.Amma hamıya o maskalanmış səsi ilə kobudcasına "yox" deyirdi.Heç kəs də incimirdi. .
Sonrakı bütün səbəblər birincinin üstündə cücərmişdi.
Hər gün,hər gecə hər saniyə,bir sözlə nəfəs aldığı hər an eyni şey arzu edirdi  Kaş yaza biləydim.Son dəfə!.Olmadı!Yaza bilmədi...


Şərhlər:
Baxılıb: 399
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz