Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecikmiş qisas
Gecikmiş qisas
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 524
Səs ver:
Sergey razılıqla başını tərpədib, qapıdan çıxdı.
Hakop Sergeyin arxasınca sivişib çölə çıxmaq istəyən Nataşanı səslədi:
-Sən getmə hələ, sözüm var.
Əlindəki siqareti yerə atıb tapdaladı, otaqdakıları ötəri süzdü:
-Movseslə Abovyan bilir, qalanınız da bilin! Sergey mə­nim oğlum yox, Azəri türküdür, türk balasıdır...
Zoya heyrətdən qabarıq gözlərini bir az da qabartdı:
-Nəəəə?
Hamısı çox heyrətlənmişdilər. Nataşa lap çaşıb qaldı:
-Hakop, nə danışırsan? Bu necə olur?
Hakopun gözləri bir vaxt Xocalıda olarkən parladığı kimi par­ladı:
-O vaxt Xocalıda öldürdü anası özünü. Çox gözəl qadın idi. Onu saxlayacaqdım. Əzab verə-verə, zülm verə-verə. Gözəl­li­yin­dən həzz alacaqdım. Amma süründürəcəkdim. Çünki, çox gö­zəl idi. Onun günahı o idi ki, erməni olaraq doğulmamışdı. Düş­mənimə vurulmuşdum. Ancaq öldürdü özünü. Mən də gö­zəl sifətini tapdaladım, dağıtdım, təpiklədim. Sergeyin nənəsini də əsir götürdük. Cavan idi, canısulu idi... Amma hələ də məni gö­rən­də "İsmayılımı sən öldürdün!” deyib, qar­ğış edir. Baxıb gülürük. Xəbəri də yoxdu ki, həmişə yanımda gör­dü­yü oğlan elə öz nəvəsidir. – qəhqəhə çəkdi – Hə, Xocalını alanda  Sergeyi be­şik­də tapmışdım. Ağlayırdı. Amma öldürmək üçün xəncəri çə­kən­də ağlamadı. Əsəbdən dəli olurdum. İstəyirdim ağlada-ağ­la­da öldürüm, ağlasınlar, yalvarsınlar, bu mənə həzz verirdi. Am­ma ağlamadı. Gözlərinə baxdım, heç nədən narahat olmadan, ağ­layıb anasını çağırmadan düz gözlərimə baxırdı. – hirslə yum­ruğunu stola çırpdı – lənətə gəlsin bütün türkləri. Hamısı qırılmalıdır! Hələ də onu görəndə elə bil içimi kəsib-doğ­ra­yır­lar. Mən onda qorxdum o uşaqdan, hə, görüm lənətə gəlsin! Qorx­dum! Elə bildim xəncər mənim yox, onun əlindədir, ona görə belə gözünü qırpmadan baxır. Onda bir şeyi başa düşdüm. Türkün sonuna türk çıxa bilər, yalnız türk!
Yenə bir siqaret yandırdı. Sükuta dalıb ona baxan həmyerlilərinə ötəri nəzər saldı:
     - İsraillilər çox hiyləgərdilər. Bilirsiniz niyə istədiklərinə tez çatırlar? Türkü türkə, müsəlmanı müsəlmana qırdırırlar çünki. Axırda da yolları təmiz olur. Keçən toplantıda bunu Serj Sər­kis­yan yaxşı anlatdı bizə. Dedi ki, əgər Türkiyə-Azərbaycan qarşı­dur­ması yarada bilsək, araya düşmənçilik sala bilsək, heç bizə ehti­yac qalmayacaq... Bunun doğruluğunu hələ o körpənin gözünə baxanda ba­şa düşmüşdüm. Onu götürəndə Abovyan dedi ki, öldürüm, razı olmadım amma. Bax bu gün üçün. Abovyan, ayın 26-sı sənə borcumu qaytarıram.
Zoya boynunu qaşıdı:
-Bəs sonra neyləyəcəksən?
Hakop qalın dodaqlarını yaladı:
-Hm, Nataşanı ona görə saxladım, sizin əməliyyatın sonu ba­yaq dediyim kimi olmayacaq. Sergey oğlanın başını qarış­dı­rar­kən, sən uzaqlaşan kimi Sergeyi gözləmədən bombanı işə sa­lacaqsan...
Movses etiraz etdi:
-Hakop, dəli olmusan? Bu əməliyyat nədir ki? O ən çətinin də öhdəsindən gələr. İndiyə kimi çox yaxşı təlimatlandırılıb, əvəz­edil­məz kəşfiyyatçıdır.
Zoya təsdiqlədi:
-Movses düz deyir.
Bayaqdan susub dayanan Abovyan Hakopa baxdı:
-Bəs Sərkisyan nə deyəcək?
Hakop əsəbləşdi:
-Sərkisyana xəbər verəcəm ki, Sergey oradan uzaqlaşa bil­mə­diyi üçün həlak olub. Elə bilirsiniz mənim ürə­­yimcədir, hə? Onun qüvvəsinə mən bələdəm. O çox şeyə qa­­dirdir. Aslan kimi döyüşür, çox ağıllıdır, iti fikirləşir. Anında qərar verə bilir. Amma onu bu gün məhv etməsəm, sabah mütləq itirəcəm. Buna əmi­nəm. Heç bilirsiniz o mənə hörmət etdikdə, sözümdən çıxmayanda, hələ məni ata çağıranda elə bilirəm söyür məni. Düş­mənimə evimdə çörək verirəm, su verirəm, yataq verirəm. Düş­mənim mənə ata deyir. Alçaq türklər! Hamısına, nif­rət edirəm, hamısına!
     Ayağa qalxıb gəzişməyə başladı:
-Əvvəl elə bilirdim tamamilə erməni kimi böyüyəcək əclaf! Am­ma xeyri yoxdur, qanı türk qanı, südü türk südü, laylası türk laylası olub! Bu Azəri türklərində layla böyük əhəmiyyət  daşıyır. Bunu həmişə mənasız sayırdım. Amma bir dəfə əsrlər sax­lanan tövlənin qapısındakı dəlikdən içəri necə baxdığını gör­düm Sergeyin. 15 yaşı olardı onda. Xəlvət yaxınlaşdım. Gördüm ki, içəridə bir əsir qadın bayatı deyirdi. Sergey elə heyranlıqla, elə həs­sas­lıq­­la qulaq asırdı ki, hələ onun çağırmağımdan da xəbəri olma­dı. Sonra, - azacıq fasilə verdi -  qadının dilini kəsib Sergeyin əli ilə qadının özünə yedirt­dim. Sergey özünü o yerə qoymasa da, gördüm narazı qalıb. Onda ba­şa düşdüm ki, erməni kimi yaşaya bilər, amma erməni heç vaxt olmaz!
Nataşa bayaqdan dinməz dayanmışdı. Onun hələ ilk görüş­dən Sergeydən çox xoşu gəlmişdi. Başqalarına qarşı olduğu ki­mi yox, sözün əsl mənasında xoşlamışdı bu mərd baxışlı oğ­la­nı. Onunla ciddi münasibət qurub uzaqlara getməyi plan­laş­dırmışdı artıq xəyalında. Amma... Amma Hakop onun bütün xə­­­yallarını alt-üst etdi. Bu necə ola bilərdi axı? Hakopu xeyli vaxt vardı ta­nıyırdı. O, buradakı vəziyyəti öyrənmək üçün rus pasportu ilə də­fələrlə gəlmişdi. Hələ Akopu da gətirmişdi bir dəfə. Amma onun başqa oğ­lu­nun olduğundan da xəbərdar idi Nataşa. Hakopun Zoya ilə xüsusi müna­si­bə­tinin olmasına baxmayaraq, hətta onun özündən 30-35 yaş ki­çik qızlarını da əldən vermək istəmirdi... Sözün düzü ürəyin­də bu adamdan qəti xoşu gəlmirdi. İndi də olanları eşidib ta­mam məyus olmuşdu. Kefsiz halda etiraz etdi:
-Amma bir az da istifadə etmək olar axı. Hələ onun...
Hakop qışqırdı:
-Kəs səsini! Mənə ağıl öyrətmə! Görmürəm guya, o gələn­dən əriyib muma dönmüsən. Məqsədimiz də çıxıb yadından.
Zoya tez aranı sakitləşdirməyə çalışdı:
-Hakop, əzizim, elə o da bizim işimiz üçün deyirdi. Amma sən necə deyirsən elə də olsun. – yaltaqlıqla güldü.
Hakop qaş-qabaqla Zoyanı süzüb, qıza yaxınlaşdı. Onun zərif çənəsini kobud ovcuna alıb yuxarı dartdı:
-Gözəlim mənim, indiyə kimi az türk oğlu görməmisən ki... Bu da iki gün ixtiyarındadır, sonrası mənlikdir! - əlindəki siqaret kö­tüyünü yerə tullayıb anbardan çıxdı.
Nataşa onun ardınca nifrətlə qapıya tərəf baxırdı...

Firuzə Çiçək


Şərhlər:
Baxılıb: 524
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz