Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mən və O
Mən və O
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 483
Səs ver:
O başlanğıcları sevir,mənsə sonları..O hər gün hər günü layiq olduğu kimi dəyər verərək,yaşayacağı son hər gün olacağına inanaraq yaşayır.Mənsə elə-belə yaşayıram...Onun hədəfləri,uğrunda sonadək geri çəkilməyəcəyi məqsədləri var.Mənimsə məqsədlərim məqsədsizliyimdədir.O mənə daima nəsə deyir,məni tənqid edir.Səhvlərimi üzümə çırpır.Mənsə susuram.Çünki mən susqunlar ölkəsinin şahzadəsiyəm.O gülür.Qarşısına nə çıxırsa çıxsın cibindən bir balaca təbəssüm çıxarıb üzünü bəzəyir.Mənsə elə hey fürsət gəzirəm kədərlənməyə,bədbinləşməyə...Nəyə olduğunu bilməsəm də..
O məsuliyyətlidir,işində-gücündədir.Mənsə işdən yayınmaq üçün ən xırda fürsəti belə əldən vermirəm.Məni çağıran hər bəhanəyə hay verirəm.O özünə inanır.Bəlkə bir az cəhd etsə,80 günlük dünya səyahətinə də çıxar.Hə,o özünə güvənir,mənsə ona.O sevgidən danışır.Ürək dolusu,onun varlığına inanaraq.Mənsə nifrətdən danışıram.Beyin  dolusu,onun varlığına inanaraq.
O işığı görür.Hətta kiçik də olsa.Bəzən onun zərrə qədər işıq dənəciklərini də gördüyünə inanıram.Mənsə elə hey  gözlərimi örtürəm,işığı görməyim deyə...O gördüyü hər işdə məndən yaxşıdır.Onun heç bir fövqəl-adi qüvvəsi yoxdur.Axı, o özü görünüşcə yoxdur.Mən də sənin kimi onu görmək istədim,istəyirəm.O məni görür,mənsə onu görə bilmirəm.Həmişə mənimlədir.Əslindəsə yox kimi bir şeydir. Bəzən o qədər danışır ki,susmaq bilmir.Bəzən də mən danışıram o qulaq asır.
O,odur,mənsə mən.O mənəm.Mənsə o...Hər insana Tanrının verdiyi hədiyyə-Mən..İnsan və onun məni topal adamla əlil arabasına oxşayır.Mən-başqa biridir,Mən yox!


Şərhlər:
Baxılıb: 483
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz