Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günahsız lələk
Günahsız lələk
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 423
Səs ver:
Qızım üçün çox ağır gün idi. O, üç qızımdan ən kiçiyidir. Həyətdə öz bacıları və qonşu uşaqları ilə birgə fəal oyunlardan geri qalmamağa çalışırdı. Ancaq heç də hər şey yağ kimi getmirdi. Heç kim onunla pis davranmasa, oyundan çıxarmasa, onu cırnatmasa da, reallıq bu idi ki, o uşaqlar arasında nə ən cəldi, nə ən güclüsü, nə ən fərasətlisi, nə də ən böyük əhəmiyyət kəsb edən uşaq idi.

Səsindən hiss edirdim ki, qəzəbi getdikcə böyüyür. Onu evə çağırmaq istədim ki, bir az dincəlsin. Lakin, bir çox analar kimi əvvəlcə günorta yeməyini hazırlayıb daha sonra ona vaxtımı sərf etməyə cəhd etdim. Çox gözləməli oldum. O evə girəndə, üzündən görünürdü ki, kimisə döymək istəyir, əsəbindən partlamağa hazırdır. Odur ki, məni qarşıda gözləyən fırtınaya hazır olmaq üçün dərindən nəfəs aldım. O mənə baxdı, əlindəki həyətdən tapdığı göyərçin lələyini mənə göstərib dedi:

"Ana, bax, necə gözəl lələkdir” – və heç bir xəbərdarlıq etmədən lələyi şiddətlə əzməyə başladı. Deyinə-deyinə lələyi əzib didişdirirdi. Mən yanında dayanıb ona baxırdım. İçində yığılmış  qəzəbi çıxarmaq üçün özünə belə təhlükəsiz yol tapmasına heyran qalmışdım. Sonra qəfildən hər şey dəyişdi; o səksəkə içində mənə sığındı,sərtliyindən əsər-əlamət də qalmadı. Lələyi mənə göstərərək qışqırdı: "Ana, yazıq lələk! O əzildi! Həmişəlik sındı! Axı o çox gözəl idi!” – və möhkəmdən və ümidsiz şəkildə ağlamağa başladı.

Mən onu qucaqladım və belə gözəl lələyi itirməyin necə də kədərli olduğunu ona yavaşca deməyə başladım (lələyi onun özünün könüllü şəkildə sındırdığını və onun niyə qəzəbli olduğunu ona bildirmək istəyimi güclə cilovladım). O fədakarcasına ağlayırdı: "Axı o mənim xoşuma gəlirdi! Çox xoşuma gəlirdi! Ana, o mənim çox xoşuma gəlirdi! O indi çox eybəcərdir! O əzilib! Onu daha heç vaxt, heç vaxt, heç vaxt qaytarmaq olmaz!”. O təqribən 5-10 dəqiqə göz yaşı tökdü, sonra tufan qəfil baş verdiyi kimi, qəfil də çəkilməyə başladı. Qızım mənə baxdı, gülümsündü, göz yaşlarını sildi və soruşdu: "Günorta yeməyi hazırdır?”. Bundan gözəl nə ola bilərdi ki?

Adaptasiya möcüzəsi kimi bir hadisəyə ehtiramım bir daha artdı. Biz kədər hissini yaşamaqla, həyatımızda baş verənlərlə barışa bilərik; biz nəyisə dəyişə bilməyəndə, içimizdə qəzəb hissi yığılır, hüzn hissi isə onu qurudur, qəlbimizin yumşalmasına və ağrı və stressdən sonra bərpa olmağa kömək edir. Bəzən biz göz yaşları axıtmağı unuduruq və qəzəbimiz digərlərinə, özümüzə, bu hadisədə isə lələyə qarşı aqressiya nümayiş etdirməyimizə səbəb olur. Biz başa düşəndə ki, aqressiyanın səbəbi qəzəb hissimizdir, o zaman uşaqlara başqa gözlə baxmağa başlayırıq və biz onların kürlük etməsini daha asanlıqla anlayır və qara buludları qovmağa kömək edən göz yaşlarının axması üçün onlara şərait yaradırıq.

Müəllif: Pamela Uayt


Şərhlər:
Baxılıb: 423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz