Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Güzgü
Güzgü
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 425
Səs ver:
Adamın biri, ilk dəfə getdiyi şəhərin tarixi bazarını gəzərkən, bir dükana girərək;
- Xatirə əşya almaq istəyirəm. Nə tövsiyə edirsiniz?- deyə soruşur
Dükan sahibi yaşlı şəxs, adamı təpədən dırnağa süzüb:
- Buranın ən məşhur malı, güzgüləridir. Amma onları almaq güc istəyər.
Adam, heç düşünmədən:
- Mən, yaşadığım şəhərin ən zəngin insanıyam, deyə cavab verir. Mənim üçün pul əhəmiyyətli deyil.
Qoca, dodaq büzüb:
- İnşaallah gücün çatar, deyir. Çünki padşahlar belə ala bilmədi onları.
Adam, səs tonunu yaxşıca yüksəldərək:
- Mənim əldə edə bilməyəcəyim şey yoxdur! - deye sərt cavab verir. Qiymətləri nə qədərdir?
Qoca adam:
- Seçəcəyin güzgüyə bağlıdır, deyə gülümsəyir. Günümüzə aid güzgüləri normal qiymətə ala bilərsən. Lakin köhnə güzgülər bahalıdır. Hələ lap antikvar olanlara heç gücün çatmaz. Amma gələcəyin güzgüsü pulsuzdur, lakin onu görsən elə də bəyənməzsən.
Adam, bu sözləri başa düşmür. Amma güzgüləri görmək marağı da onu rahat buraxmırdı. Güzgüləri bir an əvvəl görmək istədiyindən, yaşlı adamın qoluna girib, dükanın arxa hissəsinə keçir.
Yaşlı adam, əlindəki çəlik ilə işarə edərək:
- Sənə əvvəlcə günümüzə aid güzgünü göstərim- deyir. Çərçivəsi gümüşdəndir. Qiyməti isə üç qızıldır.
Adam, divarda asılı dayanan kristal güzgünü qısa bir müddət gözdən keçirir və ona baxaraq saçlarını düzəltdikdən sonra:
- Bunun elə bir fərqli xüsusiyyətini görmədim - deyir. Evimdə bundan üç dörd dənə var.
Yaşlı adam, axsaya- axsaya irəliləyərək:
- Onda bu güzgüyə bax!.. - deyir. Dörddə bir əsr əvvəlinə aiddir. Çərçivəsi misdəndir. Qiyməti isə yüz kisə qızıldır.
Adam:
- Yəqin ki, zarafat edirsiniz, deyə gülümsəyir. Belə sadə bir güzgü, on qızıl belə etməz.
Yaşlı adam:
- Mən sənə söyləmişdim!.. - deyə acıqlanır. İstəyirsiniz imtina edin.
Adam, ötəri olaraq güzgüyə baxdığında, qışqırmamaq üçün özünü çətinliklə ələ alır. Gözlərini ovuşturarak baxdığı güzgüdəki görünüş onun iyirmibeş il əvvəlki halına aid idi. Nə başının böyük hissəsini əhatə edən ağ saçlar var bu görünüşdə, nə də üzünü qırış-qırış edən dərin xəttlər.
Adamın güzgüyə ilişən gözləri, bir az sonra daha iri açılır. Çünki güzgüdəki cavanlıq görünüşünün dərhal arxasından sevdikləri keçirdi bir-bir.
Böyük bir dəhşət içində:
- Aman Allahım!.. - deyə qışqırır. Bu keçən, bacım deyilmi? Həm də hələ xərçəng olmadan əvvəl.
Daha sonra, ən çox sevdiyi xalası və dayısı da keçirlər. Hər ikisi də iyirmi beş il əvvəlki görünüşləri ilə.
Adam, dözə bilməyib başını çevirir güzgüdən. Qoca, ona soxulub:
- Bu işdən gəl imtina et!.-deyir. Onsuz da bir çox insan imtina etdi.
- Xeyr! -deyə etiraz edir adam. Bacım üçün darıxmışdım, elə dayımla xalam üçündə.
- Yaxşı!- deyir qoca. Bu gördüyün bir antikvar güzgügür. Çərçivəsi taxtadır. Dəyəri isə min kisə qızıl edir.
Adam, güzgüyə doğru irəliləməkdən qorxur və çəkinir. Amma marağına məğlub olub güzgüyə baxdığında, kiçik bir uşaq kimi qışqırır. Yeddi - səkkiz yaşlarında bir uşaq dayanırdı qarşısında. Solğun üzlü, arıq və saçları dağınıq bir uşaq.
- Aman Allahım!.. Bu mənim uşaqlığımdır.
Adam, bir az sonra səndələyərək divara yapışmaq məcburiyyətində qalır. Bu dəfə, 30-35 yaşlarındakı görüntüləri ilə anası və atası keçirir güzgüdən. Daha sonra da, nur üzlü babası keçir. Anası, hər gün dəfələrlə etdiyi kimi, öpür onu yanağından. Atası isə, hər zamanki zarafatçıllığıyla astadan kürəyinə vurur övladının.
Adam, qaçarcasına uzaqlaşır oradan. Qocanın yanına gəlir ağlayaraq.
Yaşlı adam:
- Həqiqi aynalar belədir oğul!.. - deyir. Buna görə də onlar hər zaman əlçatmazdılar.
Adam, bir az özünə gəldikdən sonra, dükandan çıxmaq istəyir. Lakin elə çıxırdıki:
- Pulsuz güzgülərdən danışmışdınız,- deyir. O da çox maraqlıdır mənə.
Qoca adam:
- Ona heç baxma övlad! - deyə fikrindən yayındırmaq istəyir. Bu gün çox yoruldun, ürəyin daha dözməz.
- Mütləq baxmalıyam! -deyə fikrindən dönmür. Gördüyüm şeylərə artıq öyrəşdim.
Yaşlı adam, çarəsiz qəbul edir və divarlara asılanlardan fərqli olaraq, dükanın döşəməsi üzərinə endirilən bir güzgünü göstərib:
- budur, bu da gələcəyin güzgüsü! - deyir. Çərçivəsi qızıldan olub pulsuzdur. Amma onu heç kim almadı.
Adam:
- Gələcəyin güzgüsü hə?! Üstəlik də qızıldan və pulsuz...
Qoca, heç səsini çıxartmır. Adam isə əmin addımlarla güzgüyə doğru irəliləyir və baxmaq üçün yerə əyildiyində elə oradaca yıxılıb qalır.
Yaşlı adam:
Gələcəyin güzgüsündə nə görəcəyini təxmin etməli və ona görə hazırlıqlı olmağın lazım idi övlad. Sənin də gücün çatmadı ...- deyir.
Qoca adam, müştərisinin cansız bədənini qucaqlayarkən, onun güzgüdəki görünüşünə baxıb quru bir skelet görür... 


Şərhlər:
Baxılıb: 425
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz