Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heykəltaraş və mərmərçi
Heykəltaraş və mərmərçi
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 427
Səs ver:
Bir heykəltəraş işləyib heykəl düzəltmək üçün mərmər satın almağa bir mərmərçiyə gedər. Mərmərçinin bağçasında gəzərkən küncə atılmış bir qaya parçasına gözü ilişər. Bu mərmər parçasının qiyməti nədir deyə soruşar mərmərçiyə. Pulsuz deyər mərmərçi. Əgər işinə həqiqətən yarayacağını düşünürsənsə pul vermədən apara bilərsən.Heykəltəraş təəccüblənər. Niyə pulsuz verirsən? deyə soruşduğunda. Çünki şəkli xarab olub əyri-üyrüdür ,heç kim satın almaq istəmir və bağçamda yer tutmaqdan başqa bir işə də yaramır. Götürüb aparsan məni də xoşbəxt edərsən.

Bir neçə gün sonra heykəltəraş əlində bir qutuyla mərmərçinin dükanına gedər və qutunu mərmərçiyə uzadar. Mərmərçi qutunu açar. İçində çox gözəl bir heykəl görər."Bir gözəlliyə baxın" deyər mərmərçi. Əminəm bu sənət əsəri üçün böyük pullar istəyəcəksən. Xeyr deyər heykəltəraş. Yaxşı bəs niyə bunu mənə gətirdin? . Özün bilirsən ki, mən yalnız mərmər daşı satıram. Xeyr xeyr deyər heykəltəraş. Bunu sənə hədiyyə olaraq gətirdim. Çünki bu daş sənin idi xatırladınmı? . Altı ay əvvəl gəlmişdim və mənə bağçanın küncündə olan işə yaramaz bir daş vermişdin.
Bəli o heykəltəraş sən idin indi xatırladım səni-deyər mərmərçi. Bax bu heykəli mənə verdiyin daşdan düzəltdim. Mərmərçi altı ay əvvəl söylədiyi sözləri xatırlayıb utanar. Allahım bu möcüzə heykəlin o çirkin daşdan çıxa biləcəyinə kim inanardı ki?... Necə ki Allah öz emi qüdrəti ilə hər şeyi yoxdan yaradaraq inanılmaz gözəllik vermişdir . O insanıda torpaqdan yaratmışdır. O yerin, görün və hər bir şeyin Yaradanıdır.

Günahlarınızı kiçik saymayın!

Hz.Peyğəmbər (s.a.s) səfərlərinin birində səhabələri ilə susuz və otsuz bir bölgədə yerləşdilər. Peygəmbırimiz shəbalərinə buyurdu: Odun gətirin yandıraq.Səhabələr "Ya Rəsulullah! Bura otsuz ağacsız bir bölgədir burada odun tapılmaz!" dedilər! Hz. Peyğembər(s.a.s) buyurdu "Gedin hər kəs tapa bildiyi qədər odun yığsın gətirsin.Səhabələrdən hər biri odun yığmaq üçün bir tərəfə getdi. Onlardan hər biri yığa bildikləri qədər kol zibil yığıb gətirdilər. Yığdiqları şeyləri Rəsulullahin qarşısında üst üstə tökdülər. Beləcə yığınla odun toplanmış oldu. Bu anda Resulullah (s.a.s) belə buyurdu. "Kiçik günahlar da bu kiçik odunlar kimidir əvvəlcə gözə görünməz amma bir birinin üzərinə toplanınca böyük bir yığın olaraq qarşımıza çıxar." Sonra belə buyurdu "Ey dostlar! Kiçik günahlardan qaçının. Hərçənd kiçik günahlara çox əhəmiyyət verilmir amma bilin ki hər şeyin bir talib və güdəni var.Bu güdənlər Allah və mələkləridir. Əhəmiyyət verilməyən bu kiçik günahaların bir gün ne qədər böyük bir yığını təşkil etdiyini görəcəksiniz."


Şərhlər:
Baxılıb: 427
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz