Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yorğun bir gün
Yorğun bir gün
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 366
Səs ver:
Yorğun bir günün ardından atıram çantamı bir küncə və birbaşa keçirəm mətbəxə. Bir çay süzürəm özümə və stolumu çəkirəm pəncərəyə. Günəş yavaş-yavaş batır. Çayımı hər zaman qaynar içirəm o soyuyana qədər daha çox şey fikirləşə bilim deyə. Nədənsə çayları yalnız içməyi sevirəm. Bir də qarşıda bir ev. Çay içə-içə divarlarına baxmağa alışdığım. Bir səhnə kimi gördüklərimi divarlarında canlandırdığım. Bir pəncərə,bir qapı və qupquru divar. Hər şey kimi bunları da drammatikləşdirirəm gözümdə.Pərdə qalxır,işıqlar yanır. Çayım yavaş-yavaş azalır. Müşahidələr bitib, düşüncələr davam edir. Keçən bir günün ardından mövzu axtarışındayam.Günün bomboş keçməsi imkansız. İnsanları düşünürəm,məsələn yanımdan ötüb keçən kiçik bir dilənçi qız. Görəsən özünə çörək ala bildimi və ya hələ də axşamın soyuğunda küçədə dilənməyə davam edir? Bu körpələrin gələcəyi məni narahat edir. 3 gün əvvəl avtobusda gördüyüm xəstə qızı çıxarda bilmirəm yadımdan. Kim bilir anası nə əzablar çəkir. Düşüncələr davam edir. Bir qış günü dərisi günəş şüasından yanmış,əlləri qabarlı insanların həyatlarını canladırıram gözümdə. Buna davam etmək çətin gəlir. Övladına bir cüt ayaqqabı almaq üçün ay sonunu gözləyən atalar. Dəyiş səhnəni. Alnında illərin qat kəsmiş qırışları ağappaq saçlarını örpəkdə gizlədən qoca bir qadın. Gözləri necə hüzünlü baxır. Qadından şəhid anasının ətri gəlir.Kədərli səhnələrin içində sevincləri tapmağa çətinlik çəkirəm. Səhnələri dəyişirəm,dəyişirəm, xoş bir gülümsəmə olmalı idi buralarda.Aha tapdım. Günboyu üzümü güldürən tək müşahidəm-bir körpə gülümsəməsi. Onun bu dünyadan xəbərsizliyi unutdurur mənə bir anlıq hər şeyi. İrəlidə gedən bir cütlük görürəm. Üzlərində bir səadət işarəsi. Eyni küçələrdə fərqli həyatlar. Gülüşlər belə çox ədalətsiz. Hava qaralır, kimsə pərdələri endirir.Sən demə çayım bitibmiş...


Şərhlər:
Baxılıb: 366
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz