Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İbrətamiz hekayə
İbrətamiz hekayə
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 621
Səs ver:
Bir dəfə yəhudilər Musa peyğəmbərdən soruşdular: "İnsanlardan ən ağıllısı kimdir?” Musa peyğəmbər cavab verdi: "İnsanlardan ən ağıllı olanı mənəm.” Allahın onun bilmədiklərini də bildiyini demədiyi üçün Allah onu qınadı və ona dərs vermək üçün buyurdu ki, "Həqiqətən iki dənizin qovuşduğu yerdə oturan bəndəm səndən daha çox bilir!” Musa peyğəmbər soruşdu: "Bəs mən onu necə tapa bilərəm?” Allah buyurdu: "Boxçana bir balıq qoy və yola çıx. Balığı itirəcəyin yerdə onu tapacaqsan.”
Musa peyğəmbər qulluqçusu ilə birlikdə yola çıxdı. Qulluqçusu boxcada balığı daşıyırdı. Onlar bir qayalıqda yatdıqları zaman balıq sürüşüb dənizə düşdü və üzüb getdi. Onların bundan xəbəri olmadı və oyandıqda yola davam etdilər. Günorta Musa peyğəmbər qulluqçusuna dedi:
- Naharımızı gətir yeyək, biz lap əldən düşmüşük.
Qulluqçusu boxçaya baxdıqda balığın orada olmadığını gördü və dedi:
- Biz qayalıqda olduğumuz zaman mən balığı itirmişəm. Onu xatırlamağı mənə şeytan unutdurub. Görünür balıq dirilib naməlum şəkildə dənizə getmişdir.
Musa peyğəmbər isə dedi ki, "Bizim istədiyimiz də elə budur!” və onlar izləri ilə geri, qayalığa qayıtdılar. Qayalıqda onlar öz paltarına bürünmüş bir nəfərə rast gəldilər. Musa peyğəmbər dedi:
- Sənə sülh olsun! (Əs salamu əleykum!)
- Sənin ölkəndə bu cür salamlamağı haradan bilirlər? – Xızır soruşdu.
- Mən – Musayam!
- İsrail oğullarından Musa?
- Bəli. Mən sənə öyrədiləni səndən öyrənmək üçün ardınca gələ bilərəm?
- Ey Musa, mənim yanımda qalmaq üçün sənin səbrin kifayət etməz. Allah mənə batini elmi öyrətmişdir, sən isə mən bilənlərdən agah deyilsən. Sənə isə zahiri elmləri öyrətmişdir və onları isə mən bilmirəm. Mən sənin elminə zidd hərəkət etsəm sən mənə qarşı çıxacaqsan.
- İnşallah, sən mənim səbrli olduğumu görəcəksən və mən sən deyənlərdən kənara çıxmayacam! – Musa peyğəmbər dedi.
- O zaman səbəbini izah etmədikcə məndən heç bir şey soruşma.
Onlar yola düşdülər. Gəmiləri olmadığı üçün, sahildə dayanan bir gəmiyə yaxınlaşdılar. Gəmiçilər Xızırı tanıyıb onları özləri ilə ödənişsiz göturməyə razı oldular. Gəmidə olduqları zaman Xızır gəminin taxtalarından bir neçəsini sındırdı. Musa peyğəmbər dedi:
- Bu insanlar bizi qarşılıqsız gəmilərinə götürüblər, sən isə onların gəmisinə zərər verirsən ki, onları batırasan? Sən çox böyük qəbahət işləyirsən!
- Sənə mənim işlərimə dözə bilməyəcəyini demədimmi? – deyə Xızır cavab verdi
Musa peyğəmbər üzr istədi və dedi:
- Məni unutduğum üçün danlama.
Onlar quruya çıxdıqdan sonra, yolla gedərkən başqa uşaqlarla oynayan bir oğlan uşağına rast gəldilər. Xızır o uşağı tutdu və öldürdü. Musa peyğəmbər dərhal dedi: "Sən heç bir günahı olmayan cana qıydın! Sən həqiqətən çox pis bir iş gördün!” Xızır dedi:
- Mənim yanımda səbrli qala bilməyəcəyini sənə demişdim.
- Əgər bundan sonra sənin etdiklərini yenə sorğu-sual etsəm, daha mənimlə yoldaşlıq etmə. – deyə Musa peyğəmbər peşman olduğunu bildirdi.
Onlar yollarına davam etdilər və bir kəndə gəldilər. Kənd əhlindən yemək istədilər, lakin kəndlilər onları xoş qarşılamadılar. Onlar orada yıxılmaqda olan bir divar gördülər. Xızır bu divarı təmir etdi. Musa dedi:
- Əgər istəsəydin, bu iş üçün yemək pulu ala bilərdin.
Xızır isə dedi:
- Burada bizim yollarımız ayrılır. İndi isə əməllərim zahirən səhv göründüyü üçün onlar barədə sənə xəbər verim. Mindiyimiz gəmi bir neçə kasıba mənsub idi. Onların padşahı salamat gəmiləri zorla sahiblərindən alırdı. Mən gəmini qorumaq üçün onu sındırmışdım. Oğlan uşağının valideynləri mömin insanlar idi, onun özünün isə böyüyəndə kafir olub valideynlərini səhv yola çəkəcəyindən ehtiyat etdim və onu öldürdüm. Əvəzində o ailəyə daha mərhəmətli başqa bir övlad verilməsi üçün dua etdim. Divar isə orada yaşayan iki yetim oğlanın idi və altında xəzinə vardı. Allah onların böyüyüb həddi-buluğa çatdıqdan sonra xəzinəni çıxarmalarını istədi deyə divarın uçmuş yerini təmir etdim. Mən bunları özümdən etmədim, Allahın buyuruğunu yerinə yetirdim. Sənin dözə bilmədiyin əməllərin mənası budur.


Şərhlər:
Baxılıb: 621
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz