Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üzərlik
Üzərlik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 687
Səs ver:
Dünyada bir ailə. Kədərlərinə son qoyub yeni həyata və xoşbəxtliklərə addım atan insanlar. Qismətləri və talelərilə barışanlar, ümid işıqlarını heç zaman söndürməyən qəlblər. Nəfəs alır, yaşayırlar. Daha bir bədbəxtlik....

10 ilin səssizliyinə son qoylumuşdu. Raminin 10 ildi ki, üzü ilə yox, qəlbi ilə gülür, fərəhlə. Bu xoşbəxtliyə və paya görə Allaha şükür edirdi. Ürəyində heç vaxt Allaha üsyan etməmişdi. Amma boşluq onun qəlbini sıxırdı. "Həyatda hər şeyin öz yeri və vaxtı olur" düşüncəsi onda hakim idi. Düz 10 il o səbr etmişdi. Məleykə ilə evlənəndə xoşbəxt idi. Amma bu xoşbəxtlikdə boşluq vardı. Artıq onlar üçün bir Günəş doğdu. Allah onlara övlad payı verdi. Amma....

Məleykə bu xəbəri Raminə deyəndə o qədər sevinmişdilər ki, elə bil bir daha ağlamayacaqlar.

Məleykə öz sevicindən dili tutula-tutula:
- Ramin sənə bir söz demək istəyirəm.

Ramin sakit halda
- Eşidirəm
- ...........
- Hə, nə oldu? Mən səni göləyirəm.
- Mən ....
- Ürəyimi partlatma, de, qurtar.
- Sən ata olacaqsan.

Ramin yerində dondu. Qaçmaq, sevincini dünyaya qışqırmaq istəyirdi. Amma əlləri, ayaqaları tərpənmirdi. Elə bil nəfəs almırdı.
- Nə dedin?! Mən ata olacam?!
- Hə...

Elə bil qulaqlar bu sözləri birinci dəfə eşidirdi. Ürək "üç hərflə" indi doğmalaşdı və onu qəbul etdi.

Raminin ailəsi o qədər də savadlı, dünyagörmüş ailə deyildi. Atasını iki il olardı itirmişdi. Ona da təsir eləyən atasının nəvə dadı görə bilməməsidir. Ürəyində həmişə bunu salırdı. Anası Saray xanım oğluna təsəlli versə də o da nəvə həsrəti çəkirdi. Üzdə biruzə vermirdi.

Saray xanım adət-ənənyə çox bağlı olan, dünyagörüşü zəif olan, xalq təbabətinə inanan qadındır. Hər şeyi öz bildiyi kimi eləyir. Evdə o, böyük olduğundan xətrinə dəyən də olmur. Raminlə Məleykə çalışırlar ki, bütün işlərini onu razı olduğu kimi görsünlər. Hər məsələdə onunla məsləhətləşirlər. Həm də onlar anaya nəvə dadı yaşatmadıqlarına görə özlərini borclu sayırdılar.

9 ay yaşanan sevinc və xoşbəxtliyi körpənin ağlayışı daha da canlandırdı. Üçünün də canı iki əlin saxladığı kiçiçik körpədə idi. O, onları yenidən sevindirən, həyatda insan kimi hiss eləməyə layiq olduqlarını göstərirdi. Onun gəlişi ilə ailədə hər şey dəyişmişdi. Hamı bir-birinə "can" deyə müraciət edirdi. Adını Fərhad qoydular.

Məleykə:
- Ana, bu uşaq gecələr yaman pis yatır. Tez-tez oyanır.

Saray xanım tərəddüd etmədən:
- Eybi yox, bala, körpədi. Biz hamımız belə böyümüşük.
- Ana, olmağına gündüzlər o qədər də narahat olmur. Ciddi bir şey yoxdu?

Saray xanım arxayın halda:
- Heç nə olmaz qızım. Yəqin göz dəyib. Gəl, bir üzzərik yandırım keçib gedəcək.

Saray xanım belə işlərdə məharəti vardı. Nəsə pis bir şey, uğursuzluq baş versəydi onu göz dəyməklə, düşər-düşməməzliklə, insan ayağının pisliyi ilə əlaqələndirərdi. Elə vaxt olurdu evə üzərriyin tüstüsündən, iyindən girmək olmurdu. Ramin evə yorğun gələndə yaman əsəbləşərdi. Amma anasıdı deyənə hirsini içində boğardı. Dəfələrlə Fərhad ağlayanda Saray xanım üzərrik yandırmışdı və körpə bununla sakitləşmişdi.

Bir gün Ramin Məleykənin körpəyə güclə yemək yedizdirdiyini gördü. Körpə tez-tez ağlayır, narahat olurdu.
- Körpənin nəyi var elə?

Məleykə:
- Mən də narahatam amma ana dedi ki, körpədi belə hallar təbiidir.

Saray xanım oğlu ilə gəlinin söhbətini eşidib:
- Ay bala siz hamınız Fərhad kimi olmusunuz. Elə bilirsiz uşaq böyütmək asan işdi.

Gecə Fərhad səhərə qədər ağladı. Saray xanım nə qədər üzərrik yandırsa da xeyri olmadı. Səhər açılar-açılmaz Ramin Fərhadı xəstəxanaya apardı. Məryəm də onlarla birgə getdi.

Həkimlər körpəni müayinə etdi. Ana və ata həyəcanlı halda gözləyirdilər. Onların dayağı büdrəmişdi. Həkim üzündə qəmgin halda:

- Çox ciddi ürək problemləri var. Gecikdirmisiniz, qarşısı alınmaz vəziyyət yaranıb. Biz də başa düşmədik nə məsələdi. Ürək öz fəaliyyətini getdikcə zəiflədir. FƏRHADI TEZLİKLƏ İTİRƏCƏKSİNİZ.

Mehman Məmmədov


Şərhlər:
Baxılıb: 687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz