Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam
Salam
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 426
Səs ver:
Bizim kənddə bir Hacı yaşayayırdı və bu Hacı digər hacılardan fərqlənirdi. Elələri var ki, hacılıq adını alıb öz məqsədlərinə görə istifadə edirlər. Yəni onlar bu adı aldıqdan sonra cəmiyyətdə böyük nüfuz qazandıqlarını zənn edib avamları və onlara inanaları aldatmağa və "atanşiklik" etməyə başlayırlar. Bu zavalılar da nə peyğəmbərimizin hədislərini bilir, nə həyatından xəbərləri var nə də Quran oxuyub. Onlar da ağızların acıb yalandan hacı adını alan bu ikiüzlülüərə baxır və onlar nə deyirsə inanır. Amma bu Hacı bu cür işlərdən uzaq idi. Əhli sünnə adamı idi. Adı sadəcə Hacı idi.

Hacı bir xüsusiyyətə malikdir ki, hamının təəccübünə səbəb olardı o cümlədən də mənim. Mülayimlik və sevinc bu insanda ən böyük əlamət sayılırdı. Bu insanı üz cizgilərindən tanımaq olurdu. Onun yanından keçəndə, söhbət edəndə insanada xoş əhval ruhiyyə yaranır. Bəzən bu insanın qəribəliklərini anlamaq olmurdu. Bu hal çox zaman onun yanından keçəndə və salam verəndə baş verirdi.

Bu vəziyyətlə mən də rastlaşdım. "Günortanız xeyir" deyib yanında keçdim amma bu insandan səs çıxmadı. Bu zaman o məsçidin qabağında oturmuşdu. Mən bəlkə dərdi var fikirləşərək yanından ötdüm. Axşam küçədə yenə də qarşılaşdıq və mən hörmət əlaməti olaraq "axşamınız xeyir" deyərək yoluma davam etdim. Yenə Hacı heç nə olmamış kimi mənə baxdı. Bu hadisə bir neçə dəfə təkrarlandıqdan sonra səbrim tükəndi və ondan bunun səbəbini qəti olaraq öyrənmək qərarına gəldim.

Cümə günü idi və mən Hacını məscıddə tapacağımı zənn edərək ora getdim. Məscidə girdim. Hacı "Quran" oxuyurdu, salam verib ona yaxınlaşdım. Hacı salam sözünü eşidib mənə tərəf döndü və "əssəlamu əleykim" dedi. Onun yanında bardaş qurub Hacının "Quran" oxumasını dinlədim. Bu səs insana elə bir an yaşadırdı ki, bunun verdiyi zövqü bu dünyada heç bir şey verə bilməz. Hacı "Qurand"an surə oxuyub qurtardıqdan sonra dedim

- Hacı sizə sualım var, - deyə dilləndim.

- Buyur,- deyərək "Quran"ı örtdü və yerinə qoydu.

- Hacı sizin yanınızdan keçəndə hörmət edib salam veririk amma sizdən səs-səmir eşidilmir bunun səbəi nədir?

- Ay bala, axı, sən mənə Allahın "salam" kəlamını demirsən.

- Bəs mən sizə "günortanız xeyir", "axşamınız xeyir" deyirəm. Gözlərimi ona zillədim. Onun cavabını gözləyirdim.

- Dediyin bu sözlər salam sayılmır və əhli sünnəmizdə bu cür kəlamlar yoxdur.

Mən fikirləşməyə başladım sonra:

- Axı, bütün günü biz öz aramızda bu cür sözlərlə biz bir-birimizlə söhbət etməyə başlayırıq.

Hacı yüngülcə gülümsədi və sonra mənə bəzi səbəbləri izah etməyə başladı:

- Biz müsəlmalığı qəbul edən ölkədə yaşayırıq. Allaha və onun dininə inanırıq. Bunu təkcə dildə demək yox, əməldə göstərmək lazımdır. "Sabahınız xeyir", "günortanız veyir", "axşamınız xeyir" kimi ifadələri işlətmək əhli-sünnənin dilindən uzaqdır. Bunun əvəzinə Allah kəlamını işlətmək daha məsləhətdir. Bunula həm Allahı zikr edirsən həm də özünü müəyyən dərəcədə imanın möhkəmlənməsinə yardım edirsən. Bunu davamlı etsən. Mənsə sənin işlətdiyin bu sözləri qəbul etmirəm. Salam başqa sizin dilinizdən çıxan ifadələr başqa. Çalışıb Allahın salamını vermək lazımdır. Çünki bizim sahibimiz Allahdır və bizi demək olar ki, heç nədən yaratdı.

Mehman Məmmədov


Şərhlər:
Baxılıb: 426
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz