Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qisas...
Qisas...
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 362
Səs ver:
Qapı arxasınca örtüləndə Səməd azadlığa çıxdığına inandı. Yox, deyəsən, doğrudan da azadlıqdayam, axı -düşündü...
Ömründən keçən bu  üç il ona qəribə və qorxunc bir yuxu kimi gəlirdi. Əslində o, böyük şəhərə işləməyə-pul qazanmağa gəlmişdi. Lakin, taleyinin ona belə oyun oynayacağını bilmirdi.
Atasını çox erkən itirmişdi. Anası onu və ondan 3 yaş böyük olan bacısını min-bir əziyyətlə böyütmüşdü.  Bacısı orta məktəbi bitirdikdən sonra ailə qurmuşdu. Yəni, təhsilni davam etdirməyə maddi imkanları olmadğından anası onu elə öz kəndlərinə-uzaq qohumlarından birinin oğluna ərə vermişdi. Səməd də təhsilini davam etdirə bilməyib, məktəbi bitirdikdən sornra işləməyə məcbur olmuşdu. Bir il kənddə işlədikdən sonra hərbi xidmətə getmiş və  xidmətini sağ-salamat  başa vurub qayıtmışdı. İki ay evdə qalıb həyət-baca işlərində anasına kömək etmişdi. Ancaq, maddi imkanları həddindən artıq zəif olduğundan anasına kömək etmək lazım idi. Anası qonşuları Saranın oğlunun da əsgərlikdən qayıtdıqdan sonra Bakıda işlədiyini  və pul qazanıb anasına göndərdiyini danışmışdı. Elə Səmədin Bakıya gəlişinin səbəbi də bu qonşunun oğlu Rafiq olmuşdu. Səmədi də özü ilə kirayə qaldığı evə gətirmiş  və ona işlədiyi yerdə fəhləlik işi də tapmışdı. İlk günlər şəhər həyatı Səmədi çox sıxmış, lakin sonralar vərdiş eləmişdi.Hətta, gündən-günə şəhərə daha çox alışırdı. Günlər keçdikcə ona elə gəlirdi ki, heç rayondan-kənddən gəlmiyib, elə Bakıda doğulub böyüyüb. Şəhərə gəldiyindən iki il keçmişdi, artıq. Səməd tamamilə dəyişib, başqalaşmıdı. Şəhərə gələndə adi mobil telefon işlətməyi bacarmayan Səməd artıq internet klublarında itib-batmışdı. Bir dəfə təsadüfən internet saytlarının  birində bir xanımla tanış oldu. Elə bu tanışlıq da onun həyatını tamamilə alt-üst ellədi. İlk günlər söhbətləri dostluq çərçivəsində oldu. Lakin, sonralar...
Heç özü də bilmədi ki, necə bağlandı ona.  Bir müddət  sonra qadın ona ailəli olduğunu və iki qızının da olduğunu etiraf etdi. Qadın hər dəfə ərinin, qaynanasının ona verdiyi zülümlərdən, işkəncələrdən yazar, onunla dərdləşərdi. Get-gedə aralarındakı münasibət tamamilə dərinləşmiş və tamam başqa bir yol almışdı. Səməd artıq onsuz darıxırdı. Ondan təkidlə ev ünvanlarını istəyirdi. Qadınla sərbəst yazışıb-danışmaq üçün kreditə kompyuter belə götürmüşdü. Rafiq ona kənddə pul gğzləyən anasını xatırlatsa da, Səməd tutduğu yoldan dönməmişdi. Bir müddət yazışdılar, skaypla danışdılar. Səmədin fikri qəti idi. Qadına ərindən boşanıb onunla evlənməyi təklif etmişdi. Nəhayət, qadın evlərinin ünvanını ona vermiş və onu evlərinə dəvət eləmişdi. Bazar günü evdə kimsənin olmayacağını və onu gözləyəcəyini demişdi. Qadının dediyi gün onlara getdi. Həyəcandan ürəyi çırpınırdı. Qadının dediyi ünvanı tapdı, qapını astaca döydü. Lakin, gözlədiyi kimi qapını sevdiyi xanım yox, bir yaşlı qadın açdı. Əvvəl düz gəlmədiyini fikirləşdi. Lakin, sevdiyi qadının yaxınlaşıb onu tanımırmış kimi "mama, bu kimdir?" deməsi onu dəhşətə salmışdı.  Sakitcə:
-Bağışlayın, deyəsən, səhv gəlmişəm, dedi.
Pillələri asta-asta düşdü. Ürəyi elə sıxılırdı ki, yeriməyə taqəti belə qalmamışdı. Özünə gəlmək üçün divara sökəndi. Gözlərini açanda özünü xəstəxanada gördü.  Düz bir ay qaldı orda. Rafiq hər gün işdən gələndə gəlib ona baş çəkirdi. Həkimlərin dediyinə görə qəfil sarsıntı keçirmiş və da onun səhhətində çox ağır iz salmışdı.  Huşu gedib-gəlirdi. Həkimlər bir müddət sakit bir mühitdə dincəlməyi məsləhət bilmişdilər. Lakin, kəndlərinə  getməyə nə maddi imkanı vardı, nə də üzü gəlmirdi. Bir az pul  yığa bilmiş, onu da xəstəxanaya xərcləmişdi.
Kirayə qaldığı evə gəlmiş, yenidən  işinə qayıtmışdı. Rafiq də ona daha heç kimə inanmamağı demişdi. Lakin, ürəyinə hec cürə söz keçirə bilmirdi. Yenə internetə, sayta girməyə başlamışdı. Xanım yenə ordaydı.  Yenidən münasibətləri başlamışdı. Qadın ona min-bir dil tökmüş, qapını açanın qaynanası olduğunu, həmin gün qızıgildən tez qayıtdığını demiş və yenidən mehribanlıq eləmişdi. Qadının onunla belə şirrin, mehriban münasibəti Səmədi ona tamamilə bağlamışdı.  Lakin, bir gün hər şey dəyişdi. Xanım bir müddət sayta gəlmədi. Gələndə isə Səmədi tanımaq istəmədi. Artıq, ərinin xasiyyətinin düzəldiyini, onu əvvəllər olmadığı qədər çox sevdiyini dedi. Səmədin dünyası yıxılmışdı, sanki.. Xeyli müddət özünə gələ bilmədi.  Bir gün  onlara gedib, onunla qəti, üz-üzə danışmaq qərarına gəldi. Yenə də qapını həmin yaşlı qadın açdı və Səmədi görüb,  "noolub, elə sən hər dəfə səhvən bizə gəlirsən?"-dedi.
Heç demə sevdiyi qadının əri də evdəymiş. Hadisələr elə sürətlə baş verdi ki, Səməd özünü itirdi. Anasının  səsinə gələn kişi onun yaxasından tutub zərblə divara çırpdı, arxasınca da yumruq zərbələri...
Gözünü yenə xəstəxanada açdı. Həkim vəziyyətinin yaxşı olmadını, üstəlik  müstəntiqə ifadə vermək lazım olduğunu dedi. Yalnız indi olan hadisələr  Səmədin yadına düşməyə başlamışdı.  Sevdiyi qadının əri onu ölümcül döyüb xəstəxanalıq etmişdi. Artıq, 15 gündən çox idi ki, burdaydı. Aldığı zərbələr o qədər ağır olmuşdu ki, qabırğaları sınmış, sir-sifəti tanınmaz hala düşmüşdü. Qadının ərini həbs etmişdilər. Hələ məhkəməsi olmamışdı. Hər şey Səmədin verəcəyi izahatdan asılı idi. O, özünü tək bu kişinin yox, həm də onun yolunu gözləyən anasının da qarşısında günahkar sayırdı. Müstəntiqə şikayətçi olmadığını, hər şeyin anlaşılmamazlıqdan baş verdiyini dedi. Xəstəxanadan çıxanda elə bilirdi ki, dünyaya yenidən gəlib. Qərarı qəti idi, kəndə evlərinə qayıtmaq istəyirdi. Lakin, aldığı xəbər onun həyatını tamamilə alt-üst eləmişdi. Onun yolunu gözləyən zəhmətkeş anası dünyasını dəyişmişdi. Kəndə getdi,  anasına son borcunu ödəmək üçün..
Bir müddət sonra yenidən Bakıya qayıtmış, işinə başlamışdı. Lakin, heç cürə aldığı  mənəvi zərbələrdən sonra özünü ələ ala bilmirdi. Həyatını məhv edən qadından nə olursa olsun, qisas almağı düşünürdü. Bir gün yenə onlara getməyə qərar verdi. Ancaq, sevgisində deyil, qisas almaq üçün.. Qadın yaxınlıqdakı marketdən gəlirdi. Səməd qəfildən onun qarşısına çıxdı. Onu qəfildən görən qadın özünü itirsə də, Səmədi tanımırmış kimi keçib getmək istədi. Lakin, Səməd imkan vermədi. Cibindən çıxardığı bıçaqla ona zərbələr endirməyə başladı. Səsə ətrafdakılar tökülüb gəldi.  Qadını "təcili yardım"la xəstəxanaya, onu isə həbsxanaya apardılar.  Səmədin vurduğu zərbələr dərin olmadığı üçün xanım bir müddət sonra sağlamlığını bərpa etmişdi. Lakin, bu hadisədən sonra onun da ailəsi dağılmışdı.
Xanım şikayətçi olmasa da Səmədi həbs etmişdilər...
Bu gün isə o, həbsdən çıxmışdı. Sevinirdi, çünki, onu qarşıda xəyal etdiyi təmiz bir həyat yolu gözləyirdi...


Şərhlər:
Baxılıb: 362
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz