Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günəş hər şəhərdə isidə bilmir insanları...
Günəş hər şəhərdə isidə bilmir insanları...
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 342
Səs ver:
Gəmiylə səyahət edən bir yolçu kimiyəm. Sahildə yola salmaq üçün yığılan əzizlərim. Ayaqlarımı tutub bağlamışlar sanki quruya. Bir kədər. Yavaş –yavaş sonuncu dəfə sağ ol deyib götürürəm ayaqlarımı yerdən. Gəmidə durmuş sonuncu dəfə baxıram sahilə.Hər baxanda əzizlərimə ruhum bir anlıq "getmə” deyir. Dönüb bir də baxıram geriyə və gəminin fiti çalınır. Uzaqlaşmağa başlayır sahildən. Alışıb yanan hisslərim dənizlə birlikdə sönür. Hər dəfə bir az da uzaqlaşdıqca sahil necə kiçilir. Artıq doğmalar da görünmür. Sular getdikcə aramızda necə böyüyür. Sahili seyr etməkdən əl çəkirəm,sahildə buraxdıqlarım sahildə qalır. Dönüb baxıram irəli qarşımda uzanan mavi sular. Sonsuzluğa səsləyir. Sulara doğru üzür gəmi. Mənzərə dəyişmir. Gəmi uzaqlara çox uzaqlara gedir. Və artıq suların ortasında buraxıram sahili düşünməyi,düşünürəm gedəcəyim şəhərləri. Hisslər necə tez dəyişir. Köhnə şəhərin kədərini yeni şəhərin həyəcanı alır. Günbatımı yaxınlaşır. Gəmi çəhrayı şəfəqlərin ahəngində günəşə doğru üzür. VƏ yaxınlaşdıqca işığa günəş bir az da gözdən itir. Bir sahil gözləyir məni. Uzaqda canlanan bir qaraltı. Sular məni bir qurudan alıb digərinə aparır. Bir şəhər dayanmış qarşımda qollarını açaraq məni ağuşuna alır. Anasından ayrı düşən bir körpəyə qonşunun göstərdiyi nəvaziş kimi.Amma bir şeyin yoxluğu bir boşluq yaradır içimdə.Birdən hiss edirəm ki isitmir bu şəhərin günəşi məni. Dönüb baxıram geriyə.Yoxdur arxada şəhərim.Necə də soyuqdur bu şəhər.Üşüyürəm. Necə də gözəl görünür qarşımdakı binalar.Hələ qarşımda uzanan sular. Rəngarəng güllər və ağaclar.Necə təmizdir bu şəhərin qoxusu. Günəşdən gözlərimi qıyaraq seyr edirəm şəhəri.Üşüyürəm. Üzümü yandıran günəş üşüdür məni. Və yavaş-yavaş alışıram günəşsizliyə.Ruhum titrəyir bu şəhərin küçələrində. Qalın geyinirəm əynimi və Unuduram şəhərimi. Amma əllərim daima buz kimi.O qədər soyuq ki,hisslərim buz bağlayır. Və hər səhər gəlib sahildə nifrətdolu seyr edirəm məni bir qurudan alıb digərinə çırpan suları...Günəş hər şəhərdə isidə bilmir insanları.


Şərhlər:
Baxılıb: 342
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz