Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Heç kimi qınamayın!
Heç kimi qınamayın!
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 561
Səs ver:
Həmişə toya gedəndə hamıdan yaxşı geyinirdi. Düşünürdü ki, toya özəl hazırlaşmaq lazım. Bir ay qalmış artıq hazırlıq işləri görürdü. Bu paltarın rəngi onu açmır, o birini bir dəfə harasa geyinib, bir başqası artıq dəbdən düşüb və s. Bu minvalla daim dükanlarda yeni -yeni paltarlar ,ayaqqabılar, aksessuarlar alardı. Hamıdan gözəl, zövqlü və fərqli görünmək onun xobbisinə çevrilmişdi. Biri toyda cins geyinmişdi, o da lağ edib gülmüşdü ki, «toya da cins geyərlər? Bu adamların zövqü yoxmuş. Dəhşət!». İllər ötdü, artıq ailə qurdu. Yoldaşını ilk baxışdan sevmişdi, buna görə onun elə də imkanlı olmamasının fərqinə varmamışdı. Hər kəs onu əvvəlcədən xəbərdarlıq etsə də, heç kimin sözünə məhəl qoymadı: " Mən Allahdan istəyirəm, varı — dövləti adama Allah verər, sevmədiyimə getsəm, sabah kasıblaşar, onda nə pulum olar ,nə sevgim, indi bilərəm ki heç olmasa pulum yoxdusa da sevdiyim adam yanımdadı".

Amma pul olmayanda da problemlər olur təbii ki. Bir gün toya getməli oldu. Onun çox sevdiyi və həmişə önəm verdiyi toy. O toy ki, orda hamıdan fərqli və zövqlü idi. O toy ki, orada hər kəs ona heyran idi. Bəs indi? İndi geyinməyə heç nəyi yox idi. Aman Allah indi dəfələrlə bir çox yerlərə geyindiyi paltarı toya geyəcəkdi. İnana bilmirdi. Amma ən qorxulusu, heç saç ustasına belə gedə bilməzdi. Pul yox idi. «Daha neyləmək olar? „- deyə düşündü və toya hazırlaşmağa başladı. Paltarını geyindi, özü makiyaj etdi və saçlarını fen ilə düzəltdi. " Əzizim, sən də hazırsanmı?»- deyib yoldaşına sarı çevrildi. Nə görsə yaxşıdı? Yoldaşı cins geyinmişdi. " Yoxsa bu cins şalvar ilə getməyi düşünürsən?" — " Başqa şalvarım var ki?" — o cavab verdi.

İndi anlamışdı, o vaxt toya cins şalvarla gələn adam da heçdə zövqsüz deyilmiş, sadəcə olanı o idi. " Yaxşı, demək belə də toya getmək olar, burda nə var ki?" — deyə o gülümsədi -" Əsas odu ki, sən yenə də hamıdan yaraşıqlısan, hətta cinsdə də".

P.S Heç vaxt heç kimi qınamayın. Qınadığın başına gəlməyincə ölməzsən. (Hədis)


Şərhlər:
Baxılıb: 561
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz