Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndiki axşam
İndiki axşam
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 460
Səs ver:
Həyat necədə gözəldi. Yaşamağı bacarmaq və içindəki hissləri gözlərində təsvir edə bilmək bacarığı. İstədiyin biri olmaq və onunla yaşamaq, görəsən həyat adlanan bumu? Görəsən ulduzlar niyə bu qədər çox, görəsən ay niyə bu qədər tək və günəş bu qədər enerjini hardan alır?
- Nə fərqi var, ulduzların çoxluq təşkil etməsinin, onsuzda onlara baxdıqda, nöqtə kimi görürsən hamısını. Məncə həyat bu deməkdir, ailən, dostların və sənə bunları bəxş edən qüsursuz bir Allah. Məncə bundan yaxşısı yoxdur.Bəlkədə vardır, cənnət adlanan yer və.s amma yer kürəsində, yəni hal-hazırda yaşadığımız yerdə, sadəcə biz və yaşananlar vardır. Harası gözəl olardı axı, varlı doğulmaq və ancaq rəsmi ifadələr işlətmək. Həyat bir oyunsa, onu çətinliklərlə keçmək məcburiyyətindəyiz.Yəni, həqiqətən oyunsa. Bilmədiyim bir müsuqinin sözlərini yazmaq, axmaq kimi yoldan keçərkən gülməli bir hadisəni düşünmək və gülmək. Həqiqətən həyat çox gözəldir. Bunu yeddi yaşlı sedrikin dilindən söyləmirəm, sadəcə ümumi xatirələri və olduğum vəziyyəti nəzərə alıb söyləyirəm. Həqiqətən inanıram ki, orda, buludlardan da, daha ötədə bir kəs vardır, çox gümanki bu yazını oxuyur və əminəm ki, sabah sizlərlə paylaşacağımıda öncədən bilir. Oxuduğum kitablar, baxdığım fəlsəfi və ədəbi filimlər, insan beynini çox yüksəltiyini, söz xəzinəsini artırdığını bilirdim, amma hisslərinin dostu olub, Allaha bu qədər yaxın edəcəyini düşünmürdüm. Hər kəs doğulmaq və ölmək üçün dünyaya gəlməyib, bu sadəcə dəyişərək baş verən eyni bir haldır, yəni hər kəs bilir bunu. Əminəm ki, bizlər təkcə doğulub, basdırılmaq üçün deyildə, həyatda xoşbəxt olub, bu xoşbəxtliyi bölüşmək üçün yaranmışıq.Qəribə həşaratlar və suda yaşayan heyvanlar. Əminəm onlarında nəsə bir mübarizəsi vardır, yaşamaq üçün. Əgər onlar ölmək üçün yaradılmışlarsa, niyə təhlükə hiss etdiyi anda qaçır və övladlarını bəsləmək üçün yem axtarırlar, yerində dayanıb ölümünü gözləyədə bilərlər ?...Kitabların və verdiyim sualların təsirindəndi yəqin, bu yazıların mənim üçün belə maraq kəsb etməsi.
- Həyatın ən gözəl yanlarından biridə ikinci şansın olmasıdır. Yəni səhvini bərpa etmək üçün ikinci döyüş vəya ikinci yoxlanış kimi bir şey.Hərdən fikirləşirəm ki, görəsən bir gecyə bir kitab yaza bilərəmmi? Sonradan anladım ki, mən hər gecə bir həyat yazıram.
- Kimin həyatınımı?
- Əlbətdə öz həyatımı və mənim həyatıma bənzər digər həyatları. Fərqi yox, yaxşı ya pis, əsas odur ki, bunları yaşadıqdan sonra qələmə ala bilirəm. Və ən azı şükür edirəm ki, iki şeydə daha çox üstünəm. Yaşamağa və onları yazılarda yaşatmağa. Bilirsiz, xoşbəxtlik bir teoremin, nədə bir müqəddəs qabın içərisində gizli deyil. Biz əvvəl yaşdıqlarımızı yenidən indiyə qaytarıb onu təqdim edirik və beləcə böyük mükafatlara sahib oluruq. Məncə onların böyüklüyü, çox saxtadır. Yəni insan, insanı necə mükafatlandıra bilər? ...
- Ən gözəl mükafat yaradanın bizə bəxş etdiyi mükafatdır əslində, hansı ki, yüz illər boyu çalışsaqda, ərsəyə gətirə bilməyəcəyimiz mükafat. Sizdə nə zaman yorğun olsanız, ətrafa baxaraq "İlahi mən necə mükəmməl biriyəm və məni belə yaratdığın üçün sənə minnətdaram" söyləyin. Həqiqətən Yaradan mükəmməl və qüsursuz İlahdır. Ən azından məni və ailəmi mənə bəxş etdiyi üçün. Sənə minnətdaram Allah, hər şey üçün...

- Süleyman Əliyev


Şərhlər:
Baxılıb: 460
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz