Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günahı tərk etməyin stimulu
Günahı tərk etməyin stimulu
Göndərən: Menim balam
Şərhlər:
Baxılıb: 323
Səs ver:
İnsan bir işi görən zaman stimula ehtiyac duyar. Əgər  olmazsa, həmin iş dəyərsiz və mənasız olar. Biz insanların hamısı gündəlik işlərdən tutmuş, ibadət işlərinə qədər stimula malik oluruq. Bu, stimuldur ki, bizi hərəkət etdirir. 
bir neçə gün əvvəl qədim dostlarımdan birini gördüm və mənə dedi: "Günah etməkdən yorulmuşam. Günahlarımı tərk etmək istəyirəm". Ona dedim: "Yaxşı qərardır, ancaq bu işi görməzdən əvvəl bax gör, stimulun nədir? Günah etmək istəmirsən ki, nə olsun? Məgər günah ləzzətli deyildirmi?".
Bir qədər fikrə getdi. Ona dedim: "Əgər bu işdə müvəffəq olmaq istəyirsənsə, gərək günahı tərk etmək üçün stimulun olsun".
Dostum dedi: "Heç indiyə qədər bunu düşünməmişəm. Mənə yol göstər".
Dedim: "Mən o kəs deyiləm ki, sənə yol göstərim, çünki özüm də başdan-ayağa günaha batmışam. Ancaq din alimlərindən eşitmişəm ki, günahı tərk etmək üçün onun batinini tanımaq lazımdır. Misal üçün, qeybətin batinini qardaşının murdar ətini yemək kimi tanımalısan.
Başqa yerdə yetim malını yemək - atəş yeməyə bərabərdir. O kəslər ki, yetimin malını zülmlə yeyərlər, əslində qarınlarını atəşlə doldurarlar".
İmam Sadiq (ə) pis baxışların batini barədə buyurur: "Naməhrəmə baxmaq - şeytanın zəhərli oxlarındandır. Hər kim onu Allaha xatir tərk edərsə, Allah qəlbində təhlükəsizlik qərar verər ki, ləzzətini dadar".
İmam Əli (ə) rüşvətin batinini zəhərli bir ilanın yediyi yeməyə bənzədir ki, onu mədəsində zəhərlə qarışdırıb sonra qaytarmışdır və insan da ilanın bu qaytarılmış yeməyini yeyər.
Biz gərək qəbul edək ki, bu dünyada gördüyümüz əməllərin nəticəsini axirətdə dadacağıq. "Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı". ("Ali-İmran" 30).
Ona görə də deyə bilərik ki, günahın batini çirkinlikdən və atəşdən başqa bir şey deyildir".
Dostum başını aşağı saldı və sonra mənə baxıb dedi: "Bu cür günah ləzzətlidirmi?".
Əmirəl-möminin buyurur: "Günahı tərk etmək çətindir, behişti tərk etmək daha çətindir".
Dostum dedi: "Mən gərək günahı tərk etmək üçün onun ləzzətindən üstün olan bir stimul tapım. Onlardan biri budur ki, günahın ləzzəti - keçici və davamsızdır. Bu qısa ləzzətə görə həyatımı sata bilmərəm".
Ona görə də ey, əziz dost! Günahı tərk etməzdən əvvəl onun batininə nəzər sal və nə qədər çirkin və batil olduğuna diqqət et. Ondan sonra onu tərk etməyə çalış. Ancaq bu zaman müvəffəq ola bilərsən.


Şərhlər:
Baxılıb: 323
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz