Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu da sevginin axırı
Bu da sevginin axırı
Göndərən: Denizimm
Şərhlər:
Baxılıb: 653
Səs ver:
Onlar beş il evli idilər. Allah iki gözəl fidan bəxş etmişdi onlara. Hər şey öz yolunda kimi idi elə bil. Lakin son vaxtlar nəsə soyuqluq hiss etmişdi Aynur. Yoldaşı evə gec gəlir, bəhanə axtarırmış kimi hər şeyi problemə çevirib, söz- söhbət salırdı. O, səbr edib hər şeyə dözürdü. Düşünürdü ki, yəqin işləri düz getmir, axır vaxtlar stress, gərginlik bütün bunlarla əlaqəlidir. O, yoldaşına dəstək olmalı, ona arxa olmalıdır. Çalışırdı ki, ailə daxili əsayişi qorusun, yoldaşı ilə üz- üzə gəlməsin, pərdə götürülməsn. Qəfil zəng hər şeyi dəyişdi. Heç vaxt ağlına gətirmədiyi hadisə onun başına gəlmişdi. Yoldaşının həyatında başqası var idi. Qəfil, anonim zəng qısa və konkret şəkildə " Yoldaşının həyatında başqa qadın var, inanmırsan yoxla" demişdi. Əvvəl inanmadı, düşündü yəqin səhv düşüblər, bu zəng ona ünvanlanmayıb. Sonra son vaxtlar yoldaşının davranışını yadına salınca, yoxlamağı qərara aldı. Aynur ümid edirdi ki, bu anlaşılmazlıqdı, heç cür qəbul edə bilmirdi ki, belə hadisə onun başına gələ bilər. «Bu ola bilməz, heç vaxt iki balası olan ata belə iş tutmaz. Axı, mən də pis adam deyiləm, hər dediyini edirəm, evdə səs qaldırmıram, hörmətini saxlayıram, yox, o, heç vaxt mənə xəyanət edə bilməz». Aman Allah, xəyanət sözünə necə nifrət edirdi. Bu yeddi səsli söz onu necə də hövsələdən çıxarırdı. O, bu sözü nə dostluqda, nə sevgidə, heç bir halda qəbul etmirdi. Amma indi… bu sözü nəyinki qəbul etmək, hətta yaşamaq üçün güc tapmaq lazım idi. Yox, indi o, hər şeyi araşdıracaq və əmin olacaq ki, hər şey öz yolunda, yoldaşı tərtəmiz, vicdanlı, məsuliyyətli bir insandır, belə iş tutmaz.

Aynur unudurdu ki, biz insanıq, nəfsimiz var, yalan danışmaq da əlimizdən gəlir. Unudurdu ki, insan hər şeyə qadirdi, sadəlövhcəsinə inanırdı. İnanırdı və bu onun faciəsi idi.

Aynur öz dünyasında yaşayırdı. Saf, yalandan uzaq, bu real dünyadan çox fərqli, utopik dünyasında. O, inanırdı ki, pis bir şey onun başına gələ bilməz. lakin şübhə elə acı və qorxulu toxumdur ki, tez boy atır və bütün vücuduna hakim olur. Nəhayət, ürək edə bilmədiyi bir işə başlamağı qət etdi. O, hər şeyi yoxlamalı, araşdırmalı idi. Gecə yoldaşı yatınca onun telefonunu axtardı. Tapa bilmədi. Birdən ağlına gəldi ki, son vaxtlar yoldaşı telefonu yastığının altında gizlədir. Buna gizlətməkdən başqa nə ad vermək olardı ki? Ehmalca telefonu götürdü. şübhəli gələn nömrələri qeyd etdi və onlara bir-bir zəng vurmağa başladı. Bu proses elə də asan deyildi. Onun bütün bədəni tit-tir əsirdi. Ona bir anlıq elə gəldi ki, yer ayağının altından qaçdı, başı fırlandı, əli titrəməyə başladı. Lakin bir neçə zəng hələ heç nə demirdi. O sakitləşdi. Sevinməyə başladı, gözlərində ümid işığı yandı, lakin sonincu nömrəni yığdıqda telefona qadın səsi cavab verdi. O, inana bilmirdi qulaqlarına. Bu ola bilməzdi. Bu qadın kim idi? Necə olmuşdu ki, onun nömrəsi yoldaşının telefonunda ən çox zəng etdiyi nömrələr sırasında olsun? Yəni, anonum zəng həqiqəti ona söyləmişdi? Aman Allah, niyə bunlar onun başına gəldi? Yox, bu həqiqət ola bilməz, burda nəsə bir anlaşılmazlıq var.

Aynur, halsız şəkildə divana oturdu. bir müddət düşünmə qabiliyyətini itirdi, gözləri bir boşluğa zillənmişdi, nə edəcəyini, bundan sonra necə yaşayacağını bilmirdi. Ancaq onu bilirdi ki, həyatı alt -üst olmuşdu. Özünü kimsəsisiz, aciz, lazımsız hiss etdi. Hər şeyi aydınlaşdırmaq lazım idi. O hiss edirdi ki, içində nəsə, heç vaxt duymadığı hisslər baş qaldırır. Nəsə anlaşılmaz, ağır, onun nəfəsini kəsən hisslər. O, uyumalı idi. Yatmaq, dincəlmək lazım idi. Belə də etdi. Neçə saat yatdığını bilmədi. Ancaq onu bilirdi ki, heç ayılmaq belə istəmirdi. Sanki ölmək, canını qurtarmaq çıxış yolu idi. Ancaq ölməmişdi və olanları yaşamaq, reallıqla barışmaq, həyatına davam etmək, ayaqları üstə dayanmaq, sınmamaq lazım idi. O, düşünürdü ki, indiyə kimi elə bil yuxuda imiş, balaca uşaq kimi nağıllarda yaşayırmış.

Axşam yoldaşı evə gəldikdə onun gözlərinə diqqətlə baxmağa başladı. İndi bu gözlərə məhəbbətlə yox, başqa cür baxırdı. İndi onlara əvvəlki tək qürurla baxmırdı. İndi onlara əvvəlki tək güvənmirdi. Əksinə olmuşdu hər şey. İndi onlara şübhə ilə, yad insana, tanımadığı birisinə baxdığı kimi baxırdı. Qarşıdakı insanın, ona hər zaman hamıdan yaxın olan, bir yastığa baş qoyduğu bu şəxsin kim olduğunu xatırlaya bilmirdi sanki. Belə də olur demək. İnsan bir günə, bir saata da böyüyə bilərmiş. İndi o, anlamışdı ki, indiyə kimi 5 yaşlı qızcığaz imiş. Nə olsun ki, iki uşaq anasıdır. Psixoloji baxımdan elə balalarından heç də fərqlənmir. İndi isə çox qocalmış, beli bükülmüşdür. Sevgi insanı xöşbəxt etmək qüdrətinə malikdir, amma...bədbəxt etmək qüdrəti var imiş. Xöşbəxtlik çox qısa olur, unudulur, bədbəxtlik isə ömrünün sonuna kimi sənə yoldaşdır. Bütün bunları bir günün içində anlamışdı. O, yatmış, oyandıqda tamam başqa insan kimi durmuşdu. 5 yaşlı qız yatmış 65 yaşlı qarı kimi oyanmışdı. Həyatda güclü olmaq lazımdır, əks halda necə yox olduğunu heç özün də hiss etməyəcəksən. Səni hər kəs unudacaq. İnsanlar unutqan olur.

Anonim zəng, telefon nömrəsi barədə yoldaşına hər şeyi danışdı. Təbii ki, o da hər şeyi inkar etdi. Lakin artıq onun üçün heç nəyin fərqi yox idi. Bir günün içində onun gözlərindən qəflət pərdəsi qalxmışdır. İndi onun necə şirin yalan danışdığını görürdü. Əvvəl gözüyumulu ona inanırdı. İndi isə… hər kəlməsinin yalan, ya həqiqət olduğunu necə də aydın görsənirdi.

Həyat budur… Niyə də o seçilmiş olmalıydı? Bu həyatda o qədər əziyyət çəkən insan var ki. Niyə o bu insanlardan fərqli olmalı idi? Hansı səbəbə görə? Həyat yalnız yeyib — yatmaqdan ibarət deyil ki. Həmişə onun bəxti gətirməli deyil ki...Bunları düşünə- düşünə sakitcə pəncərəyə yaxınlaşdı və yağışı dinləməyə başladı. İçindəki inam, insanlara və hər kəsə olan inamı bu yağışla birgə yuyulub gedirdi. İçindəki saflıq yox olmuşdu. Artıq o, kinli realistə çevrilmişdi. O, bütün gücünü səfərbər etmiş və indidən sonra necə yaşayacağını düşünürdü


Şərhlər:
Baxılıb: 653
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz