Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanlış istək
Yanlış istək
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 484
Səs ver:
- Burası haradır?! İnsanlar hanı?!
Lənətə gəlsin! Heç kəs yoxdur,hara gedib hər kəs?!
- Şəhəri hamı tərk edib...
Mağazalar,maşınlar hər şey yerindədir,bəs bu insanlar hanı?!
- Heç kim yoxmu?! (Qışqıraraq)
Məni qorxuza bilməzsiz səfehlər! Bax əsl azadlıq budur.Hər şey edə bilərəm,heç bir əngəl yox,hər cür meyvə yeyib,maşın sürə bilərəm artıq. Onsuz sizdən,ailəmdən bezmişdim. Arzularıma nail oldum!!
- Gedib biraz maşın sürüb,içki içim.Yeni paltarlar alıb,telefonumu dəyişməyin əsl vaxtıdır.Daha anam"səbr et qızım bu aralar atanın işi çox pis gətirib"-deməyəcək,atamda üzümə baxmağa utanırmış kimi,yemək yeməyib otağına çəkilməyəcək...Artıq pulum var,mənəm burda şah! Mənim şəhərimdir,mənim dünyamdır bura! Siz illərdi əldə etmək istədiyiniz var-dövləti,mən dəqiqələr içərisində qazandım və heç bir əziyyət çəkmədən! (Qışqıraraq)
- Axı mən kimə deyirəm,onsuz heç kəs eşitmir.Nəyimə lazımdır, heç eşitməsinlər.Əgər ikinci insan olsa idi,əminəm ki,onu acımadan öldürərdim
( Üstündən bir neçə saat keçdikdən sonra...)
- Çox darıxdım,axı hardadır bu insanlar?!
- Niyə hamı tərk edib getdi?!
- Boynuma alıram çox darıxdım...
- Axı niyə?... Hə! hə! Yadıma düşdü!
- Dünən gecə anamın üstünə qışqırıb, "sizə nifrət edirəm" deyə qışqırdım, sonra isə "kaş ki,bunlardan canım qurtulaydıda,tək qalardım dünyada"-deyə arzu etdim.Çox pis oldum indi,kaş ki, qışqırmazdım,elə deməzdim anama....İndi mən yoxam deyə anam,atam dəli olublar... Bir paltara görəmi bütün bunlar?!
- Mən nə etdim İlahi?!
- İlahi yardım et mənə,qaytar məni evimə nolar.Çox darıxdım ailəm üçün,söz verirəm bir daha incitməyəcəm onları... (Göz yaşı içində)
- Yardım et,yardım et mənə.Nəfəsim kəsilir, ürəy döyüntüm azalır,danışa bilmirəm. Yox, yox,yox...
- Yooox! Ehh yuxuymuş, dəli olmuşdum az qala,çox şükür sənə Allahım.
- Noldu qızım? Səs eşitdim nəsə.
- Anacan! (Qucaqlayaraq)
-Bağışla məni ana,səni çox sevirəm.Atamıda sənidə.Dünən dediklərimdən əzab çəkirəm ana...Nolar bağışla məni.
-Mən səni hər bir zaman bağışlamışam,çünki sən mənim qızımsan. Sil göz yaşını indi,bax atan görsə pis olar...Biz səni çox sevirik.Sən doğularkən atan çox sevincli idi,sonra həkimlər iliyində xərçəng olduğunu müəyyən etdilər.Atanınsa çoxlu pulu varıydı o zamanlar.Bütün var dövlətini sağalmana xərclədi. Bir çox ölkədə müayinə olundun. Və sonda sağaldın. İkimizdə səni çox sevirik,çünki sən yeganə varlığımızsan!
- Nə gözəl ana-bala mehriaban söhbətləşmək..
-Ata... Bagışla məni ata,səni çox sevirəm (qucaqlayaraq)
-Məndə səni çox sevirəm qızım,bu gün işimiz uğurlu oldu. Müdür yeni və yüksək vəzifəyə təyin etdi məni.Al bu pulu istədiyin paltarı al.
- Yox ata götürə bilmərəm.
- Yox! Götürəcəksən. Sən mənim baş tacımsan,çünki sən mənim yeganə və gözəl qızımsan!...

- Süleyman Əliyev


Şərhlər:
Baxılıb: 484
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz