Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təkrarlanan tarixçə
Təkrarlanan tarixçə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 385
Səs ver:
Bu günüdə yaşamaq üçün qazandım.Bu gündə bayramları görmək üçün,dua etdim. Böyüdükcə hər şey gözdən uzaqlaşırdı. Bir neçə addım sonra qabaqdan üstü yüklə dolu suallar gələcək. Artıq tam başqa olub yaşadığımız bu günlər və yaxın dünənlər.Böyüdükcə nəyə nail olduğunu anlamırsan. Əslində uşaq ikin Tanrı bizə hər şeyi bəxş etmişdi,hətta özümüzüdə.- Nə üçün yaradılmışıq? Nədən doymayacayıq?
- Düz iki il bundan öncə yəni onuncu sinifdə oxuyarkən,idman müəllimimə "bircə bu universitetə qəbul olsaydım,daha rahat olardım,hər şey əla olardı"-söylədim. Müəllimim əlini çiynimə qoyub dedi:-"Hər şey istədiyin kimi olacaq,amma sən nə istədiyini bilməyəcəksən"-deyə yorğun bir üzlə mənə baxdı.
- "Necə yəni müəllim? Mən əgər istədiyim kimi olmaq istəyirəmsə,niyədə istəməyim?! -Fərqi nə,pis yolda olsam belə,yanılsam belə sırf iradəmin yolu ilə gedəcəm. İnanmıram peşmanda olum".
- Yox ay oğul səhv başa düşdün məni.Yəni deyirsən ki, kaş universitetə qəbul olsaydımda,hər şey yaxşı olardı. İnan ki,universitetə qəbul olacaqsan və qəbul olduqdan sonrada "O düz söz imiş,universitetə bir girən sevinir birdə çıxan"-deyəcəksən. ( Elədə oldu)
- Sonra isə, bircə bu universiteti bitirə bilsəydim deyirsən və dörd il keçir bitirirsən. Qabağdan əsgərlik gəlir,əsgərliyə getdikdən 1 həftə sonra çox darıxırsan və bircə bu əsgərliyi bitiriə bilsəydim deyə ümidlənirsən.Bir il keçir əsgərliyi bitirib geri qayıdırsan. Vaxt gəlib çatır,evdən işləmən lazım olduğunu dəfələrlə üzünə vururlar və birtəhər iş tapıb,pis-yaxşı işləyirsən.Və iş vaxtı saatları gözləyirsən ki,"bircə bu vaxt tez gəlib-keçsəydi". Sonra evlənmə yaşına çatıb,toy edirsən. Və sonra bir gözəl körpə dünyaya gəlir,ehtiyaclar artır.Yenədə arzu edirsən ki,bircə müdrüm maaşımı tez verəydidə,evin,xanımımın,u şağımın ehtiyacını ödəyə biləydim.
Və illər belə sıxıntılar ilə davam edər,düzdü yaxşı günlərdə olar,amma sayı o qədər az olar ki,hiss edə bilmərsən,amma həmişə yadda saxlayarsan.
- Müəllim,siz bunları hardan bilirsiniz?
- Sus! Sözümü kəsmə...
- Bağışlayın müəllim zəhmət olmasa davam edin...
-Və sonda özünə bilirsənmi nə deyərsən?
- Xeyir,nə?
- Mən niyə dünyaya gəldim?!...
Zəng vuruldu,və hamı çıxıb getdi. Qayıdıb müəllimimə sual verdim ki"Bu sizin yaşadığınızdı,bəs yaşamaq istədiyiniz nə olub?"
- Ümumiyyətlə bilsəm ki,ən azı bircə istəyim yerinə yetəcək:"Bu dünyaya gəlmək istəməzdim!".

- Süleyman Əliyev


Şərhlər:
Baxılıb: 385
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz