Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qayıt Ana
Qayıt Ana
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 545
Səs ver:
-Böyük qız oldum artıq ana,gəl, saçlarımın hör yenədə. Birdə "gəl yeməyini ye, soyutma toppuşum"-söylə.Söz verirəm əsəbləşib "mənə toppuş demə"-söyləməyəcəm.Darıxır am sənin üçün ana,hər gün gözlərim yollarda,yolunu gözləyir.O günləri qaytarmaq üçün Allaha altı dildə dua etmişəm,hansı daha tez duyularsa yerinə yetirsin deyə.-Yadındadırmı ana sənə sual vermişdim ki,görəsən Allah bizim danışdığımız dili bilirmi?
- Sən isə cavabında,o sənin söyləmk istədiyin duaları səndən öncə bilir,çünki o sənin qəlbindədir.Qəlbdən edilən dualar isə,həmişə yerinə yetir. Qəlbimin qırıldı ana.Kaş o günlərə dönsəydik, atam əlində meyvə dolu səbətlərlə gələrdi,səndə qabağın kəsib, yenədə pendir almadınmı deyə danlıyardın,mən isə qəh-qəhə çəkərək ürəkdən gülərdim.Atamda "Siz ana-bala birləşmisiz yenə mənə qarşı?" deyərək gülümsəyib,gedər pendir alardı. İndi isə gözlərini tor basıb, əlləri tir-tir əsir.Atamda dönəcəyinə inanıb,qapı tıkkıltısının səsini eşidən kimi,diksinib tez yerindən qalxaraq qapını açır,sən olmadığını görən kimi gözləri dərinliyə çəkilir.Hətta bir dəfə mən evə qayıdarkən, qapını döyüb atamın açmasını gözlədiyim an,qapını açıb "nə tez qayıtdın Sevda"- söylədi. Donub qaldım yerimdə,gözlərim doldu,ağlayaraq atamı qucaqladım...
- Hətta on illiyində,məzar başına gələrkən dözə bilməyib hönkür-hönkür uşaq kimi ağlayıb,baş daşını qucaqladı. Mən səni, o isə öz Sevdasını itirmişdi.Darma-dağın olmuşuq ana.
- Hər gecə yuxuda məni ziyarət etdiyin kimi,atamıdamı ziyarət edirsən?
Qorxuram atamdan soruşmağa,dözə bilmirəm atamın göz yaşlarına.Sanki illər onun üzərindən şütüyüb keçib,hündür,enli kürək kişidən sadəcə titrək əllər və yorğun gözlər qalıb.Nolar arada gəl görsən bizə,sənsiz yetim qalmışıq ana.Artıq şəkillərdən səni canlandırıb danışa bilmirəm.Danışmaq kifayət etmir,gəlib özündə görməlisən.Gülüşlərin otaqlardan əksik olmur,hələdə barışa bilmirik.O gözəl saçlarının qoxusunu heç birimiz unuda bilmədik,Atam hər gün örpəyinlə gözlərini silib,qoxunu duyur.Nəfəs borusuyla yaşıyan xəstə kimi,örpəyindəki qoxudan doya bilmir.Atamı ruhundan ayırmaq olar,amma o örpəkdən əsla ayırmaq olmaz.Yerini söylə gələk ana,cənnət nə qədər uzaqdadır?! -Gəl əyaqlarından öpüb,bizdə yanına gələk.Gözlərimi açanda yox olmağın,çox təsir edir mənə anacan.
- Son sözün "qızıma onu sevdiyimi söylə və həmişə onunla olacağam"-olubmuş. Hərdən fikirləşirəm ki,atam səni məndən çox sevib ...Yoxluğun düşüncəmə,ruhuma,qəlbimə təsir edib mavi gözlü anam...
-"Anacan sən rəhmətə gedən günün gecəsi,atama sual verdim ki,anam ölübmü ata? Cavabında isə'anan sağdır ölmüyüb,həyatda yaşıyanlar ölüdür"-deyərək, gözlərindən sən süzüldün ana.Məni indi anlayıram nə demək istədiyini atamın...
-Gəl artıq ana,bir payız yağışıyla özünü bizə yetir.Qapını döy,atam açsın həmişəki qayda ilə,təəccüblənməmiş şəkildə öpüb qoxlasın.İçəri buyurub yeməyimizi bişir,bizə oralardan danış ,layiq olduğun cənnətindən ana...

- Süleyman Əliyev


Şərhlər:
Baxılıb: 545
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz