Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Pambıq adam
Pambıq adam
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 454
Səs ver:
- Bu dəfədə Elcanın səhhətində dəyişlik yox idi.Mütləq əməliyyat olunmalıdır, vaxt azlığı balaca Elcanın ağrılarında hiss olunurdu. Ata həmişə özünü günahlandırırdı, olanlara görə.Yorğun əllər heçnə vəd edə bilmirdi, balaca Elcana.
Elcan: ata hara gedirik belə ?
Ata: Gedək bir az ərzaq alım evə. Yemək bişirib yeyək, sonra yenidən işimizə qayıdarıq.
Elcan: Ata səninlə qürur duyuram, kaş ki, hər gün belə xoşbəxt ola bilsək...
Bu sözlər atanın ürəyini dəlib keçdi.Oğluna baxıb gözləri doldu. Oğlunu qucaqlayıb başından öpdü.
- Ata sil göz yaşlarını, elə bilmə görmürəm))
Atanın gözləri qızardı, özünü güclə tutdu. Alnından,üzündən öpüb bağrına basdı, canındanda əziz Elcanını...
Göz yaşını silib, yola davam etdilər. Biraz öndə ərzaq mağazası var idi.
Ata: Elcan sən burda otur, tərpənmə heç yerə.Mən içəridən tez evə lazım nə varsa alıb çıxacam, indi içəri sıxlıq olar, ürəyin sıxılar.
Elcan: Narahat olma ata, gözdüyürəm səni burda.
Ata içəri girib ərzaqlara göz gəzdirdi. Üstündən 1-2 dəqiqə keçər-keçməz Elcan it səsi eşitdi.İtdən çox qorxurdu. Hər saniyədən bir, səsin dahada yaxınlaşdığını hiss edirdi.Elcan ata-ata deyərək qışqırdı. Səsin daha yaxınında olduğunu hiss edib, özüdə bilmədən yola tərəf qaçdı.Və həmin anda üstünə gələn maşın, tormuzu sıxaraq güclə saxladı.Elcan dizi üstə yerə yıxıldı.Əlləri titrək vəziyyətdə ata-ata qışqırdı.
Ata bu səs-küyü eşidib əlindəki ərzaq paketlərini tullayaraq yola tərəf qaçdı.Tez gedib oğlunu əyağa qaldırıb qucaqladı. Maşından bir qadın sürücü düşüb əsəbi halda uşağa: Korsan?! görmürsən ki, bura yoldur?!
Elcan atasının qucaqlayıb, bərk qorxdu...
Ata: Bağışlayın oğlumun gözündə qüsur var, görmə qabiliyyətini itirib...
Qadın sürücü bir-təhər oldu.Susqun vəziyyətdə maşınına əyləşib yoluna davam etdi.
Elcan: Ata nolar ata məni buraxıb getmə, sən mənim görən gözümsən...
Ata: Söz verirəm səni buraxıb getmiyəcəm birdə...
- Həmin gecə ata özünü ən zalım bir qatil adlandırdı. Özünə verdiyi suallar özünü məhv edirdi. Birdən nəsə olsa idi?! Bağışlaya bilərdimmi özümü?!
Ata, Elcan yatarkən onun başında dayandı bütün bir gecə.
- Səhəri gün Elcan yuxudan oyanar-oyanmaz atasını çağırdı.
Ata: Hə oğlum burdayam.
Elcan:İşə gecirik, tez ol tərpən. Hər gün mən oyandırıram səni elə)
Ata: Oğlum sən çox yorulmusan, yaxşısı budur ki, sən bu gün Rübabə nənən gildə qal. ( Rübabə doğma nənəsi yox, qonşularıdır.Oda tək qalır və tez-tez bir-birlərinə gedib gəlirlər)
Elcan: Yox ata, Vallah yorğun deyiləm.Xahiş edirəm apar.
Ata razılıq verib, Elcanı geyindirdi.
- Ata balaca bir köşkdə pambıq satırdı.Elcanda atasının yanında stolda oturub söhbət edirdi.
Biraz keçmişdi ki, bahalı bir avtomobil, köşkün qabağında dayandı.İçindən xanım bir sürücü düşdü.Ata bu qadını görər-görməz tanıdı. O həmin qadın idi....
- Zəhmət olmasa 10 ədəd bambıq verin. Sözünü bitirməmiş, atadan üzür istədi, o gün olanlara görə.Həqiqətən təssüfləndiyini bildirdi.
- Mən sanmışdım ki, oğullarına laqeyid qalan valdeyinlər kimisiz və uşağında qüsuru olduğunu bilmirdim
Ata: Narahat olmayın yanlış anlayan tək siz deyilsiz.
Sonra aşağı əyilib pambıq yeyən Elcana salam verdi
Elcan: Siz o insansız mənə kor deyən?
Qadın bir-təhər olub sakit səslə: Təssüf ki, hə.
Elcan: Kor olmaq dünyanın saxtakarlıqlarını görmək deyil, kor olmaq qəlbini, dualardan məhrum etməkdi...
Qadın: Balaca filosof adın nədir ?
Elcan: Bunu mənə atam deyib))Adım Elcandır.
Elcan: Bəs sizin adınız nədir?
Qadın: Christina
Elcan. Maraqlı adınız var. Mən bu adı kinolarda eşitmişəm))
Christina:Təşəkkür edirəm balaca dostum.
Elcan gülümsüyüb təşəkkür etdi. Christina pambıqları alıb Elcanın atasına sual verdi: Düzəlməsi mümkündürmü ?
Ata: Hələ 9 yaşı var.13 yaşında əməliyyat olacağını bildirdi.
Christina: Anasıda çox üzgün olar yəqin belə olduğuna ?
Ata: Anası Elcan doğularkən vəfat etdi.
Christina pis oldu. Atanın nələr çəkdiyini təxmin etdi...Yorğun baxışlar ancaq bu cür suni cavablar verə bilərdi...
Christina maşına əyləşib getdi...
- Və hər sabah Christina bura gəlib 10 ədəd pambıq alıb, birazda Elcanla söhbət edib gedirdi.Christina məəttəl qalırdı, uşaqlıqdan doğma atasını belə görməyən biri necə bu qədər deyib-gülürək,məmnun ola bilir həyatdan?...
- Səhəri gün Chiristina köşkə gələrək Elcanın pambıq yediyini görüb,gülərək deyir: Necəsən pambıq adam?
Elcan deyilmiş ən gözəl söz idi bu.Christina özdə bilmədən Elcanı daha çox sevindirdi.
Elcan: İkinci adamsan ki, mənə bu sözü deyirsən. Mənə atam deyirdi Pambıq adam...
Christina: Düz deyirdə atan, o qədər pambıq yemisən ki, pambıq kimi şirin olmusan)
Christina Elcanla deyib-gülərək biraz söhbət etdi. Elcan hər sözü ilə, hər gülüşü ilə Christinanı məəttəl qoyurdu.
Elcan: Bir gün bizə qonaq gəl, atam sehirli yeməklərindən sizədə hazırlasın..
Christina: Demək elə, sehirli yeməkdə olurmuş?
Elcan: İnanmırsan atamdan soruş.
Ata: Bəs söz verdki ki, sir qalacaq bu))
Elcan: Sehirli sözləri demədim ki, belə bir yeməklərin olduğunu bildirdim...
Christina: Yaxşı dalaşmayın) Onda bu gün 21:00 da sizə gələcəm.
Ata Christinaya evin tam ünvanını dedi. Christina sağollaşıb getdi
Ata və Elcan işdən tez çıxıb evə yemək bişirməyə getdilər.
Saat 20:25 Hazırlıqlar hələdə davm edir.
Demək olar ki, hazırlıqlar bitəndən 5-10 dəqiqə sonra qapı döyüldü.Ata qapını açdı və Christina evə daxil oldu. Səliqəli bir evləri olduğunun şahidi oldu.
Christina əlində böyük bir hədiyyə içəri keçdi.
Christina: Kiçik bəyimiz nə yaraşıqlı olub bu gün
Elcan: Mən həmişə yaraşıqlıyam))
Ata və Christina özlərini güclə saxladılar gülməsinlər deyə.
Christina Elcanı qucaqlayıb ona hədiyyəsin verdi.
Elcan: Bu nə hədiyyədir? Məndədə böyük?)
Christina gülərək cavab verdi: Yekə bir suvinirdi, üstündə adın yazılıb...
Elcan: Hədiyyəni görə bilməsəmdə onu çox sevdim, çünki mənə hədiyyə alan 3-cü insansan. Elə tanıdığım 3-cü insansan...
Elcan: Çox sağol Christina xala...
Xala sözü Christinanı həddən artıq sevindirdi. Elcanın qucaqlayıb, öpdü.
Elcan: Christina xala siz evlisiz ?
Christina: Yox Eliş)
Elcan gülümsüyərək: Eliş?? İlk insansız məni belə çağrırsız) Bəs niyə evlənmədiz?
Christina: Çoxu pula görə evlənmək istəyir ona görə hamısını cəhənnəm etdim, deyərək gülümsədi)
Yemək yeyib söhbət etdikdən sonra Ata Christinanı yola saldı.
Və günlər beləcə keçdi yenə hər səhər Christina gəlib onlarla söhbət edərək işə gedirdi.
- Sabah yenidən Christina həmin köşkə gəldi, lakin Elcanı orda görmədi. Maşını köşkün qabağında saxlayıb atası ilə söhbətləşdi və Elcanın bu gün niyə gəlmədiyini soruşdu.
Ata: Biraz xəstələnib ona görə dedim gəlməsin.İndi Rübabə xala bizdədi.İsti şorba bişirdi ki, yeyib düzəlsin.Christina bunu eşidib biraz pis oldu. Sağollaşaraq Elcanın yaına getdi.Qapını döydü. Rübabə xala qapını açdı. Christina Rübabə xalaya kim olduğunu başa salmaq istəyirdi ki, Rübabə xala Christinanın sözünü kəsib, gülümsəyərək dedi: Bilirəm qızım kimsən, elə Elcan bəyaqdan sizdən danışır mənə. İçəri keçərək Elcanın yanında oturub dedi: Eliş niyə xəstələnmisən? Dedim axı Pambıqdan çox yemə...
Elcan: Az yemişəm ki, xəstələnmişəm)))
Rübabə xala və Christina güldülər))
Hər danışdıqca Elcanın səsi dahada yavaşıyırdı.Christina əlini Elcanın alnına qoydu və dəhşət qızdırması olduğunu gördü. Halı hər dəqiqə dahada pis olurdu.
Christina: Dur gedirik həkimə
Elcan mən yaxşıyamm demək istəyəndə özündən getdi.
Christina qışqırdı, Elcan!
Tez Elcanı qucağına alıb maşına mindirdilər, Rübabə xalada onlarla getdi...Rübabə xala Tez atasına zəng etdi və Elcanın halı pis olduğunu deyib,xəstəxanaya apardıqlarını bildirdi.
Elcanın atası köşkü bağlayıb tez yola düşdü...
Christina gil xəstəxanaya çatan kimi Elcanı qucağına alıb içəri girib qışqırdı: Kömək edin tez!
- Həkimlərin müdaxiləsindən sonra Elcan özünə gəldi...
Christina: Həkim nolmuşdu ? Niyə özündən getdi ?
Həkim: Təziqi qalxdığına görə. İndi qaydasındadır. Niyə əməliyyatı gecikdirirsiz?
Christina: Necə yəni ?
Həkim: Əməliyyat olunmadı gözündən. Nə qədər tez olsa, görmə təhlükəsidə bir o qədər az olacaq.
Christina: Bəs atası deyib həkim deyir, 13 yaşından sonra ?
Həkim: Xeyr, nə qədər tez olsa bir o qədər yaxşıdır.Əməliyyat üçün həkimlərdə burdadılar. Keçən həftə belə bir uşağı əməliyyat etdilər və sağaldı.
Christina: Əməliyyat üçün nə lazımdırsa edin, nə qədər məbləğdə pul lazımdırsa verəcəm. Özünüzdə atamı tanıyırsız.
Həkim:Əlbətdə tanıyıram.1 saatdan sonra əməliyyata başlayarıq o zaman.
Christina: Xahiş edirəm, ona kömək edin. O görməlidi!
Həkim: Narahat olmayın əlimizdən gələni edəcəyik, siz əyləşib sakitləşin biraz..
Biraz keçdi Elcanın atası gəlmədi.Rübabə xala zəng etdi ama zəng çatmadı.Christina bunu eşidib daha da pis oldu. Görəsən harda qaldı ?
Rübabə xalaya sən burda qal mən köşkə gedib gəlirəm. Rübabə xala: Narahat olma qızım sən get. Christina aşağı düşəndə 1-ci mərtəbədə qanın içərisində bir nəfərin içəri alındığınıı gördü.Yanından keçərkən gözləri bərələ qalıb, dizləri üstə yerə yıxıldı.Həkimlər gəlib Christinaya kömək etdilər.
Bir-neçə Saatdan sonra Christina özünə gəldi: Tez Elcanın atasının yatdığı palataya gedib Həkimdən onun vəziyyətini soruşdu. Həkim: Hələ həyatı təhlükəsinin sovuşmayıb. Christinanın əlləri titrədi.Gözlərindəki yaş damla-damla yanağına əzab verirdi.Biraz keçdi Elcanın atası gözünü açdı. Christina həkimdən xahiş edib içəri girdi.
Chiristina:Elcanın sənə ehtiyacı var hələ...
Elcanın atası ağzından nəfəsliyi çıxardıb: Oğluma deyərsən ki, onu çox sevirdim. Elcan sənə əmanət.... Siqnallar dayandı, xışıltılı səs dayandı. Christina qışqırıb həkimləri çağırdı amma çox gec idi. Artıq o burda yox idi.Christina qışqıraraq: Elcana nə cavab verəcəm indi....?!!
Elcan 4 saatlıq əməliyyatdan sonra gözünü açdı.İlk gördüyü həkimlər oldu. Gözünü açar-açmaz: Atam hanı?
Rübabə xala içəri girib Elcan deyərək səsləndi.
Elcan: Rübabə nənə? Ayağ qalxıb qaçaraq Rübabə nənəsini qucaqladı.
Elcan: Rübabə nənə Atam hanı ? Christina xala hanı ?
Rübabə nənədə nə baş verdiyini bilmirdi.
Rübabə nənə: Burdadılar gələcəklər..
Həkim: Artıq Elcan sağlamdır. Əməliyyat çox gözəl keçdi, istəsəz evə apara bilərsiniz..
Rübabə xala həkimə minnətdarlığını bildirib otaqdan çıxdılar. Beş-on addım qabağında Christina dayanmışdı Lakin Elcan onun olduğunu bilmirdi.Christina göz yaşı içində Elcana baxaraq: Mənim Elişim..
Elcanın gözləri parladı, önündə gözəl bir şəhzadə dəyanmışdı sanki.Tez qaçaraq Christinanı qucaqladı. Alnından, üzündən öpərək qucaqladı
Elcan: Niyə ağlayırsan xala?
Christina nə cavab verəcəyini bilmədi
Elcan: Atam hanı bəs ? Mənim usdam hanıı? deyərək gülümsədi.Amma artıq o yox idi. Christinanın gözləri qızarmışdı. Və səssizcə Elcanın parlaq, günahsız gözlərinə baxıb gözləri doldu...
Christina xala ağlama! Atam hanı? Yoxsa məndən küsüb?
Christina: Atan səni çox sevdiyini söyləyib, göylərə üz tutdu..
Elcan: Christina xala mən uşaq deyiləm, aldatma məni! Atamı gətir mənə!
Bunu deyər deməz bir neçə həkim Qabaqdan gəldiyini gördü.
Rübabə nənə Bunun Elcanın atası olduğunu görüb adını çəkərək qışqırıb-ağlamağa başladı..Elcanın bunun atası olduğunu bilib qışqırdı: Ata!
Christina Elcanı tutudu. İstəmədi onu elə vəziyyətdə görsün, artıq onu morqa aparırdılar.Həkimlər tez başını örtdülər.
Elcan ağlayaraq! Ata getmə! Məni qoyub getmə!
Təsəvvür edən də ki, yenicə göz açmış gözlər göz yaşı ilə dolur....
Elcannın üsyanı gözlərindən tökülən yaşlardan məlum olurdu.
Elcan sadəcə bunları təkrarlayırdı: Getmə! Mənim görən gözlərim getmə! Pambıq adam getmə!
Pambıq adam getmə! Getmə pambıq adam!
.......................... .......................... ....
-12 il sonra...
İşci:Cənab olar bir sual verim sizə?
Elcan: Buyur
İşci: Yemək restoranın adını niyə məhz "Pambıq Adam" qoymusuz?
Elcan: Hər kəsin bir hekayəsi var. Məndə görmədən əvvəl, adlandırdığım bir hekayənin adını bu restorana qoydum.
İşci: Görünür sizə çox müqəddəsdir bu ad?
Elcan: Mən Tanrı olsaydım yaratdığım cənnətin adını: "Pambıq adam" qoyardım. Yəni o qədər...

- Suleyman Əliyev


Şərhlər:
Baxılıb: 454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz