Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vicdansız mən
Vicdansız mən
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 438
Səs ver:
Yenə gəldim mən.Vicdansız mən.Hər addımım səhvlərlə dolu bataqlığa itələndikcə gözlərim yaşla dolurdu.Sən getdiyin gündən yoxsulluğun mənim üzərimdə hökm etdiyini anladım.Həyatım son damlasına qədər doldu, çıxışı olmayan prablemlərlə.Getmə deyə günlərlə özümə səsləndim. Gecələr ağlayaraq üstünə qışqırdığım yalnızlıq,səhərlər gülərək məni təpiklə oyadırdı.
- Dözə bilmədim.Dözə bilmədim olanlara. Göz yaşlarım üzümə tüpürüb, gözümdən qaçıb gedirdi, hər gecələr.Ağladıqca üzmə tüpürən göz yaşları...Səni buraxmamalıydım payızın küçələrində. Gedərkən əllərindən tutmalıydım,o vaxt. Əllərindən tutub qal desəydim, bəlkədə indi qürurumun yaxasından tutub, özümü boğmayacaqdım.Sənin vicdanın var idi mənimsə xəstəliyim...
- Yox oldu hamısı bir bulud topasının içində. Bilmirdim inan ki... Bilmirdim xəstə olan mən idim... Mənim xəstəliyimə görə uşağımız olmurdu.. Mən o xəstəliyin özündə olduğunu dedin... Niyə axı?!
Mən sənə niyə sərt davrandım?! Gözü yaşlı gəlməyimi gözləyirdin... Səni necə boşayacam deyə günlərlə fikirləşirdim, sənsə evdə yemək bişirib həyat yoldaşının yolunu gözləyirdin... Sırf məni üzmüyəsən deyə hər dəfə həkimdən gələndə xəstəliyin özündə olduğunu və müalicə ola biləcəyini söyləyirdin...Ümid kəsilməz deyərdin...Amma mən nəyin ki ümidimi, həyatımda xoş görünən nə var idisə kəsib atdım! Ən əsasda səni... Hər gün qışqırdım,söydüm,döydüm.. Mən! Vicdansız mən!
Mən bu vicdan ağrısıyla hələdə həyatdayam...Sən ağlayaraq ölüb getdin...Hələdə səni danlayıram! Yerimi oğurladın məzarda! Orda mən olmalıydım sən yox qadın!
- Hamı deyir 2014-də yaşadığın acıları,uğursuzluqları o ildə qoy get, amma mən səni qoyub gedə bilmədim.... Olmuyan ürəydə səni daşıyıram hələdə...
Sən necə qadınsan anlamadım... Ölən gündə belə adımı çəkdin...
Sənə nifrətdən,yoxsulluqdan,göz  yaşından başqa nəsə verə bildimsə halal xoşun olsun...!
Xəbərin oldu Yeni ilə sənsiz girdim?...Sənsiz!
Çox soyuq idi hava, yenədə qar yağmadı...
Çoxları Yeni ili bahalı restoranlarda,bulvarda ailəsi ilə bir yerdə keçirdi.Mən isə sənin məzarının yanında....
- O dünyada da əlim iki yaxanda olacaq,məni bağışlasan!
Mən cəhhənnəmdən qaçaraq bu dünyaya yerimiş insanam..
Mən vicdansızam. Vicdansız mən! ...

- Süleyman Əliyev


Şərhlər:
Baxılıb: 438
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz