Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həzrəti Peyğəmbərin (sav) dillərə dastan pişik sevgisi
Həzrəti Peyğəmbərin (sav) dillərə dastan pişik sevgisi
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1565
Səs ver:

Bir gün bunu edəcəyimi heç düşünməmişdim. Hər təklif edildiyində bitərəf qaldığım şeyi etdim. Sonunda "Ümmü Hüreyrə" oldum! Evimizdə sevimli bir pişik var, artıq. Gündüz yatarkən izləyirik onu ... Gecə və xüsusilə səhər namazı vaxtı isə tam bir enerji partlamasıyla evi hərəkətə keçirir evin kiçik fərdi. Oradan oraya qaçır, tullanır. Kompüterdə çalışarkən yanımızda dayanıb  baxanda mənalı baxışı hamımızın xoşuna gedir.

 

İnsanlar arasında "nankor" olaraq adlandırılması qətiliklə haqsızca bir ittiham. Çünki bu gözəl canlılar nemətə deyil neməti verənə, yəni Allaha (cc) şükür  edirlər. Bu xüsusiyyətləri səbəbiylə Əfəndimizin (sav) yanındakı yerləri ayrıdır.

 

Həzrəti Peyğəmbərin (sav) pişik sevgisi olduqca diqqət çəkicidir. Bir rəvayətdə Uhud Döyüşünə gedərkən balalarını əmizdirən pişiyin ordudan zərər görməməsi üçün bir əsgərin onu qorumaqla vəzifələndirdiyi nəql edilər. Savaş dönüşü Əfəndimizin (sav) o pişiyi sahibləndiyini və adını da muezzam qoyduğu gələn rəvayətlər arasındadır. Yanından bir pişik keçirsə yanındakı suyu uzadıb, içməsini təmin etməsi, Əfəndimizin (sav) pişiklərə olan məhəbbətinə ayrı bir nümunədir. Əfəndimiz (sav); "Şübhəsiz ki, pişik nəcis (murdar) deyil, o da ev xalqından biridir." Buyurur.

 

Birlikdə keçirdiyimiz qısa zamanda hədisin təzahürünü yaşayırıq. Hər yeməkdən sonra dəqiqələr sürən təmizliyini izləyirik. Tualet ehtiyacını qum dolu bir qaba etmə mövzusunda həssaslığı və sonra o nəcasəti sürətlə qumla örtməsi bu heyvanı daha bir fərqli edir insanın nəzərində. Tüpürcəyi axmayan, təmizliyə çox diqqət göstərən bu canlıların ağızlarının dəydiyi su İslam baxımından mundar deyil; o su ilə dəstəmaz alına bilər. Əfəndimiz (sav) Hz. Aişənin (r.anha) rəvayət etdiyi hədisdə, pişiyin içdiyi sudan qüsl dəstəmazı aldıqlarını xəbər verir.

 

Səhabələr bir gün Hz. Əbu Hüreyrə (ra) haqqında Əfəndimizə (s.ə.s.) məzəmmətdə bulunurlar: Küçədən pişik yığıb onları evinə apardığını izah edirlər. Əfəndimiz (sav) bunun səbəbini Əbu Hüreyrəyə (ra) soruşduğunda o, ac və sahibsiz pişikləri evə aparıb qarınlarını doyurduğunu söyləyir. Əfəndimiz (sav) onun bu hərəkətini çox bəyənir və ona "pişik atası" mənasını verən Əbu Hüreyrə ləqəbini verir.

 

İslam böyüklərinin həyatında pişiyin yeri xüsusidir. Ustad Bədiüzzaman Həzrətləri bir əsərində pişiklərdən bəhs edərkən, bu heyvanların təsbihlərinə şahid olduğunu izah edir. Bir gecə vaxtı yastığının yanında mır-mır səs çıxaran pişiyin bir az diqqət edəndə, "Ya Rahim, Ya Rahim!" Dediyinin şahidi olur.  Pişiklər evdə bərəkət vəsiləsidir. Ustad Həzrətləri evində qonaq etdiyi dörd pişikdən gördüyü bərəkəti izah yenə bir əsərində.

 

Əhməd Rufai Həzrətləri, paltarının üzərində yatan pişiyi narahat etməmək üçün pişiyin yatdığı yeri kəsər. Bu davranış Əfəndimizin (sav) hərəkətidir əslində və sünnədir. Çünki, Həzrəti Peyğəmbər (sav) cübbəsi üzərində yatan bir pişiyi, namaz vaxtı girəndə narahat etməmək üçün pişiyin paltar üzərində yatdığı yeri kəsmişdir.

 

Hər hansı allergik bir narahatlıq yoxsa; evimizin içində bir heyvan bəsləmək uşaqlarımıza müsbət təsir edə bilər. Özündən kiçik və ona möhtac bir canlı ilə yaşamaq, onun məsuliyyətini almaq uşağa təhsili baxımından bir fürsət ola bilər. Məsələn, heyvanın yemək və su sorumluğunu uşaqlarımıza verə bilərik. Bu aciz heyvanların baxımını boynuna götürən uşaq irəlidəki illərdə daha böyük məsuliyyətlərin altına daha asan girə bilər. Canlılara qarşı mərhəmət duyğuları daha yaxşı inkişaf edər.

 

Bununla bərabər  daha gözəl bir şey var ki, onu bildirmədən keçə bilməyəcəyəm. Evdə bəzən vaktimizi televiziya qarşında, kompüter başında keçiririk. Uşaqlar da onlara zərərli olacaq qədər kompüter başında vaxt keçirir. Evdə qonaq ediləcək kiçik bir heyvan ailə fərdlərinin ortaq keçirəcəkləri vaxtın daha fərqli qiymətləndirilməsinə səbəb ola bilər. Bu kiçik və şirin canlıların oyunlarını, maraqlı hərəkətlərını izləmək, onlarla zaman keçirmək xüsusilə uşaqlarımızın çox xoşuna gedər.

 

Bu sevimli heyvanlara evimizi açaraq və ya sahib çıxıb maraqlanaraq, böyük xeyrlərə vəsilə ola bilərik. Ən əhəmiyyətlisi Həzrəti Peyğəmbərin (sav) bir sünnəsini həyatımıza keçirmiş olarıq.  Həm də  aciz bir canlıya sahib çıxmanın savabı göz ardı edilə bilməz.



Şərhlər:
Baxılıb: 1565
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz