Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son uçuş
Son uçuş
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 413
Səs ver:
O qədər həyacanlı idi ki, ovucları tərləyirdi. Üzərində oturduğu ot da bu gərgin yarış kimi isti idi. İndi o, 5,1 metrlik tulanmalı idi. Bu onun indiyə qədər göstərdiyi ən yaxşı nəticədən də 1 sm çox idi. Kim nə deyir desin, bu gün Maykl Stoun üçün karyerasının ən çətin günlərindən biri idi. Çünki şüvüllə hündürlüyə tullanma ən çox rəqbət olan bir idman idi. Üstəlik, bu gün tribunalarda 20 min tamaşçı var idi. Ən əsası isə bu idmanda zərifliklə güc birləşmişdi. Hündürlüyə tullanan bir idmaçı az qala 2 mərtəbəli bina qədər havada uçurdu. Bu isə ona tamaşa edən 1 tamaşaçı üçün ancaq xəyal ola bilərdi. Ancaq uçmaq Maykl Stoun xəyaldan çox həqiqət idi. Çünki Maykl Stoun özünü tanıdığı gündən uçmaq arzusu olmuşdur. Uşaq olanda ansı ona uçmaqla bağlı saysız-hesabsız nağıllar oxumuşdu. Bidə Mayklın həmişə gördüyü bir yuxu var idi. O, bu yuxuda torpaq bir yolla qaçırdı. Hətta o qədər ki, ayaqların altındakı torpağı hiss edirdi. Sapsarı buğda tarlalarından keçəndə isə surəti daha da artır, hətta dəmir yolundakı qatarlardan da sürətlə qaçırdı. Çox keçməmiş ayaqları yerdən kəsilir və bir qartal kimi havada süzürdü...
Ancaq atası onun kimi xəyalpərəst deyildi. O, qatı bir realis idi. Ona görə bir arzuya çatmaq üçün ancaq zəhmət çəkmək lazım idi. Şüari isə bu idi: "Əgər bir şeyi istəyirsənsə, deməli onun üçün zəhmət çəkməlisən!” Maykl da 14 yaşından bunu etdi. Bəzən ağırlıq qaldırır, bəzən də qaçırdı. Onun bu gün əldə etdiyi uğurlar da elə bu zəhmətinin nəticəsi idi.
5,1 metrlik hündürlükdən tullanan kimi tez ayağa qalxdı və izdihamın gözü qarşısında sonrakı uçuşuna hazırlaşmağa başladı. Sonra 5,2 m-dən, hətta 5,3 m-dən də tullandı. Ancaq üzündə hələ sevinc işarəsi yox idi. Nəhayət növbə onun son "uçuş”una gəldi. Şüvülünü əlinə aldı və17 illik həyatının ən çətin addımını atacağı yolun qarşısında dayandı. Qısa bir an üçün də olsa, qəlbindən bir qorxu keçdi. Çünki o, bu dəfə göstərdiyi ən yaxşı nəticədən də 2 sm hündürlüyə tullanmalı idi. Əgər 1 sm da hündürə tullansa idi artıq rekord vurmuş olacaqdı. Bu vaxt anasını xatırladı. Anası hər dəfə onu gərgin ya da həyəcanlı görəndə "Dərindən nəfəs al, ver!”-deyərdi. O da eyni ilə bunu etdi. Artıq gərginliyi bir tərəfə atmışdı. Əlindəki şüvülü diqqətlə tutdu. Və qaçış zolağında sürət götüməyə başladı. Elə ilk addımını atmışdı ki, çox fərqli, həm də çox tanış bir şey hiss etdi. Ayaqllarının altındakı yol yuxusunda gördüyü yola çox bənzəyirdi. 1 anlıq yuxusunda gördüyü torpaq yolları, sünbüllü tarlaları xatırladı. Dərin bir nəfəs aldı və uçmağa başladı. Xəyalda yuxusundakı kimi havaya qalxmışdı...
Çox keçməmiş tribundakı alqış səsləri onu dünyayaqaytardı. O, yerdə arxası üstdə uzanmışdı, üzündə isə günəşin hərarətini hiss edirdi. Nədənsə, birdən anasının üzündəki təbəssümü xatırladı. Qəribədir ki, atası da anasına sarılmış, uşaq kimi ağlayırdı. Halbulki bu vaxt gənc idmançının ətrafı onu bağrına basan və həyatının ən böyük uğuru üçün onu təbrik edən insanlarla dolmuşdu. Eyni gün o, Gənclər arasında Olimpiya Oyunlarında şüvüllə hündürlüyə tullanma üzrə dünya rekordunu vurdu. Kütləvi-informasiya vasitələrindən gördüyü maraqdan, həmçinin aldığı saysız-hesabsız təbriklərdən sonra onun həyatı əvvəlki kimi olmayacaqdı. Üstəlik bunun səbəbi təkcə onun Olimpiya çempionu olması, ya da dünya rekordunu vurması deyil. Hətta rekordunu 3 sm təzələməsi də deyildi. Bunun səbəbi onun kor olması idi...


Şərhlər:
Baxılıb: 413
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz