Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əslində Mən (Roman) - Niyə olan yaxşılara olur ki?!...
Əslində Mən (Roman) - Niyə olan yaxşılara olur ki?!...
Göndərən: tek umidim sen
Şərhlər:
Baxılıb: 560
Səs ver:
- Bezdim daha gözləməkdən, bu zibilə qalmış əməliyyat nə zaman bitəcək axı? Nə zaman çıxıb deyəcəklər ki, anam necədi? Nə zaman buraxacaqlar məni anamın yanına? Axı nə zaman? Allahım, nə olar Allahım alma məndən anamı. Məni anlayan , məni sevən , mənim ilk sevgim Anamdır. Nə olar onu mənə çox görmə, Allahım. Allahım, sən hər şeyin yaxşısını bilənsən, sən adilsən, sən hər şeyə qadirsən. Mən demirəm ki, çarəsizəm, amma indiki halımı nəzərə alsaq, əlim-qolum bağlıdır, anam üçün oturub gözləməkdən başqa heç nə edə bilmirəm. Bir də dua edə bilirəm onun üçün. Hərgah, bu hər  şeydən üstündür. Amma mən utanıram, utanıram ki, yenə əllərim dar günümdə sənə qalxdı deyə. Utanıram ki, yalnız mənə kömək lazım olduqda sənə tərəf doğrulduram əllərimi. Mən nankör və nankor olduğu qədər də aciz bir bəndənəm. Hara getsəm də, nə etsəm də yenə də anamın yaşaması sənə bağlıdır, səndən asılıdır. Allahım, haqqımızda xeyirlisini nəsib et in şa Allah. Amin.
 
Hələ də anlamırdım niyə o qəzadan atam və qardaşım sağ çıxmış, anamın isə vəziyyəti ağır idi. Halbuki, atam və qardaşım qabaqda, anam isə arxada əyləşmişdi və maşında məhz qardaşım tərəfdən əzilmişdi. Amma qardaşımın bircə sol ayağı, burnu sınmışdı bir də xırda-mırda əzik-üzüklər vardı üzündə, bədənində. Atamın isə sağ qolu və sol ayağı sınmışdı bir də bir az boynu əzilmişdi. Nədəndir ki, görəsən hər dəfə pislərə heç nə olmur, olan yaxşılara olur? Deyəcəksiz ki, atan və qardaşın üçün nəyə görə pis deyirsən nəyə görə hər dəfə onları qınaq hədəfinə çevirirsən. Çünki mən nə atamdan atalıq görmüşəm, nə də qardaşımdan qardaşlıq. Ikisi də özü üçün yaşayırdı, ikisi üçün də Tanrı təkcə puldan ibarət idi. Qəzadan sonra xəstəxanaya gəldiklərində belə hərəsi öz hayında idi və anamı düşünən yox idi. Atam elə hey deyinirdi ki, bu arvad niyə belə oldu, indi bunun əməliyyat pulusu var, dərmanı filan var, dərman pulusu var. Qısacası varsa yoxsa pul idi atam və qardaşımın dərdi.
Artıq 4 saatdan çox idi ki, Səbinə və mən əməliyyatxananın qarşısında dayanmış, həkimin çıxıb bizə şad xəbər verməsini gözləyirdik. Amma hələ də səs yox idi içəridən. Bilirsiz nəyə görə insan sevdiklərinin qədrini heç vaxt anlamır, yalnızca onu itirdikdə anlayır ki, onu nə qədər çox sevir? Çünki başı dünya işlərinə aldanır və unudur ki, ətrafındakılara sevgi göstərməlidir. Amma bunun tam əksini edirik biz məhz bu gün. İşdə rəqabət aparırıq, mübarizə göstəririk. Kim deyir axı həyat mübarizə meydanıdır? Həyatı mübarizə meydanı adlandıranlar olmasaydı heç bu cür fikir də formalaşıb dillərə düşən deyildi, inanın. Hamısı başdanxarab adamların düşüncəsidir. Mübarizə etdikdə nə olur axı, bir dəfə qazanırsan bir dəfə isə itirirsən. Bu mübarizə deyil axı, bu artıq bir-birini yeməkdir, bitirməkdir, öldürməkdir. Bu cür mübarizələrin başında da nədənsə çox vaxt dayanan ya pul olur ya da qız. Özünü mübarizə meydanına çox verib , yaşaman gərəkdiyini unutsan deməli sən heç yaşamırsan. Ölü kimi bir şeysən elə.
Özdemir Asafın gözəl bir aforizmi vardı. Deyir " Doğdu, sevinçden ağladılar. Öldü, acından ağladılar. O , bu arada yaşadı, ama hiç düşünmediler” Qısacası bir sən doğulanda dəyərini bilirlər, bir də öləndə düşürsən yada. Bu nəyə gərəkdir ki?  Cabir Novruz demişkən, " sağlığında qiymət verin insanlara” . Biri öldükdən sonra nə qədər istəyirsən o insanın yaxşılığına danış, onun ona bir faydası olan deyil. Sən əgər yaşadığı dövr ərzində qədrini bilməmisənsə onun, öldükdən sonra bunu anlasan nə dəyişəcək ki?
 
Əməlliyatxananın qapısı açıldı və axır ki, həkim bayıra çıxdı.
- Həkim, həkim, anam necədi?
- ( susur və baxışlarını aşağı zilləyirdi)
- Həkim, sizləyəm, anam necədi?
- Bağışlayın, nə qədər əlləşsək də, əlimizdən gələni etsək də alınmadı. Ananızı xilas edə bilmədik, Aydın bəy... ( deyib gedir)
- Yox, yox, bu bir zarafatdır ya da bir yuxu. Mən indi gözlərimi yumub açacam hər şey düzələcək. Aha bir dəqiqə. Gözlərimi ovuşdurdum və gözlərimi açıram, açıram, aaaçdım. Yox, yox, yenə dəyişmədi heç nə.
- Aydın, sakit ol, Allahın istəyi belə imiş.
- (mən dizlərim üstə çökərək) Səbinə, mənim anam ölə bilməz, bu mümkün deyil.
- Aydın, məgər bilmirsən ki, Allah çox sevdiyi bəndələrini yanında tez bir zamanda görmək istər və onu yanına aparar?
- Bilirəm.
- Allaha qarşı çıxma, üsyan etmə, günahdır. Onsuzda əbədiyyən o biri dünyada görüşəcəksən ananla.
- Bilirəm, bilirəm, amma bacarmıram Səbinə. Onsuz mən indi nə edəcəyəm?
- Dözəcəksən, səbr edəcəksən. Ona bir gün qovuşacağın günə qədər səbr edəcəksən. Sən güclü olmalısan, anan səni bu halda görmək istəməzdi.
- Haqlısan...
 
17 iyun... Anamı torpağa tapşırırdıq. Ağlamaq keçirdi içimdən, anamı silkələmək keçirdi. " Qalx ana, qalx, oyun zamanı deyil” demək istəyirdim, amma o məni eşitməyəcəkdi bilirəm. Susurdum, içdən-içə susurdum. Güclü olmalıydım, anamın cismini torpağa tapşırsaq da , ruhumun yanında olduğunu hiss edirdim.
 Xeyr, mən deyən deyiləm ki, ananızın qədrini bilin, onunla şirin-şirin danışın, qəlbini qırmayın filan. Bunlar hamısı boş şeydir. Mənim dediyimə birincisi qulaq asan olmayacaq , ikincisidəki, bunu yaşamasan anlamırsan. Yaşayasan ki, gərək anlayasan itirməyin necə də pis bir hiss olduğunu. Mən o gün anamı itirmişdim, sağ qanadımı itirmişdim. Sol qanadım isə əvvəldən xəstə idi ,qırıq idi, demək olar ki, bir işə yaramırdı. Təkcə sağ qanadım idi göylərdə məğrurcasına süzməyimə səbəb. Onu da itirdim. Qırıq bir qanadla səmada nə qədər bacararam bilmirdim...
 
16 iyun... bu gün o qəzadan, anamı itirməyimdən tam olaraq bir il ötürdü. Anamın məzarı başındaydım Səbinə ilə. Bu gün ona nəvəsini gətirmişdik- Mehdini. 7 aylıq idi. Anamdan sonra Onunla güc tapırdım yaşamaq üçün. Mehdi və Səbinəm olmasaydı mən bəlkə də bu gün anamın məzarının yanında bir başqa məzarda yatmış olacaqdım. Allahım, onları mənə çox görməsin. Anam bir az söhbət etdikdən , nəvəsini ona göstərdikdən sonra qalxıb qəbristanlıq gözətçisinin yanına getdim. Soruşdum ki, heç anamın vəfatından bu ana qədər atam və qardaşım heç məzar başına gəlib mi anamın. Cavabı isə, Xeyr oldu. Nəyinə gərəkdir ki, atamın? Kef edir də özü üçün cavan qızlarla. Qardaşım da onun kimi. Evə bir az gec gəldikdə ona zəng edən daha yox idi. Başı-beyni dinc idi. Anamın ölümünə bircə üzülən mən idim. Qardaşımı anlamırdım, axı o mənim anam olduğu qədər, onun da anası idi. Anamın yoxluğuna necə dözürdü axı? Hələ atamı demirəm. Vaxtikən necə onlar bir-birini sevib evlənmişdilər ki? Mənə çox maraqlıdır...
Anamın yoxluğuyla barışa bilmirdim bir tərəfdən, amma digər tərəfdən də içim rahat idi. Çünki o əbədi xoşbəxtliyə qovuşmuşdu. Nur içində yat, anacan. Məkanın Cənnət olsun...

Müəllif: Əhəd Əhədli


Şərhlər:
Baxılıb: 560
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz