Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Yıxılacaq” deyənlərin acığına! - bir qızın etirafı
“Yıxılacaq” deyənlərin acığına! - bir qızın etirafı
Göndərən: my_angel
Şərhlər:
Baxılıb: 789
Səs ver:
Yağış yağsın istəyirəm. Elə yağsın ki, aparsın məni qəmgin baxan səmalara. Elə yağsın ki, yusun bütün pislikləri. Yer üzündəki bütün dərdi, qəmi, kədəri. Yağış yağsın, elə yağsın ki, sulansın bütün güllər, çiçəklər, çəmənlər, bütün diyar. Amma qorxuram ki, aparsın hər yeri sellər, sular. Pisliklərdən qorunmaq üçün gizlənsin bütün insanlar.
Yağış yağsın istəyirəm, elə yağsın ki, rahatlansın içimdəki bütün acılar. Elə yağsın ki, yuyub aparsın bütün pis insanları, onlarla birlikdə gələn şeytanlıqları.

Bəlkə də bəzi insanlar üçün yağış onların içlərini qaraldır, onları ruhən öldürür. Bəziləri isə əksinə yağışdan zövq alır. Mən də yağışdan zövq alanlardanam. Amma hər şeyin çoxunun zərərli olduğu kimi yağışın da çox yağması zərərlidir. Özü ilə birlikdə sellər, leysanlar, daşqınlar gətirir. Bu da məni qorxudur.

Heç unutmaram bir gün yağış yağırdı, axşam idi. Biz isə həmişəki kimi evdə anam və qardaşlarımla birlikdə oturmuşduq. Birdən yağış getdikcə bərkiməyə başladı və bu məni çox qorxutdu. Bilmirəm niyə, amma yanımızda atam olanda heç nədən qorxmur, onun bizi qoruyacağını düşünürdüm. Amma o yox idi. O getdikdən sonra hər şey bizim üçün daha da qəlizləşdi. Çünki kişisiz ev damsız binaya bənzəyir. Sanki bu həyatda acizləşir insan. Amma biz yıxılmadıq və anamızla birlikdə bütün çətinliklərə sinə gərib böyüdük. Sözün əsl mənasında, həyat bizi yıxıla-yıxıla olsa da böyütdü. Atasız uşaq daha dözümlü və daha tez böyüyürmüş. Bunu mənə əvvəl desəydilər, bəlkə də inanmazdım. Bilmirəm, bizim belə atasız böyüməyimiz kimisini sevindirdi bəlkə, amma kimisini də kədərləndirdi. Sevinənləri bilmirəm, amma kədərlənənlərin arasında birinci sırada anam dayanırdı. Çünki həm çox əzab çəkmişdi bizi böyütmək üçün, həm də atasızlığı bizə hiss etdirməməyə çalışırdı. Amma bu mümkün deyildi. Düzdü böyüdük, amma yarım böyüdük. Baxmayaraq ki, bizim rahat həyat yaşamağımız üçün anam hər şeyi etmişdi. Amma nə olsun, bir tərəfim yenə ata istəyi, ata sevgisi ilə alovlanırdı.

Buna baxmayaraq, çox da yaxşı böyüdüm. İndi isə ayaqlarımın üstündə tək qorxmadan dayanmağı bilmək üçün daha da güclü olmaq, istədiyim hər şeyi əldə etmək üçün böyümək istəyirəm. İnsan hər anını bu prinsiplə keçirsə, məncə çox daha uğurlu olar bu həyatda. Yolum uzundur, hələ yavaş-yavaş irəliləmək, təzə ayaqlanmış körpə kimi bu yolda addımlamaq lazımdır. Ən çox bizə yıxılacaq, ayaq üstə dura bilməyəcək deyənlər üçün bu yolu addımlamaq istəyirəm. Çünki həmin insanlar vaxtında bizə əziləcək bir böcək kimi baxırdılar. İndi isə bizim ailənin və mənim qalxmağımı həzm edə bilmirlər. Bu isə mənə xoş təsir bağışlayır. Mənim anamın ayağına dəyən yüngül bir daş mənim içimdə illərlə yara olaraq qalır. Hər dəfə göynəməkdə olan üstü açıq yara kimi. Bilirəm ki, bu yolda anamın çəkdiyi bunca əziyyətin bəhrəsinə ona verə biləcəyəm. Onun üzünü bundan sonra güldürmək qardaşlarımla birlikdə bizim boynumuzun borcudur...

Qəmər Can


Şərhlər:
Baxılıb: 789
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz