Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölüm gecəsi (Qorxulu hekayə)
Ölüm gecəsi (Qorxulu hekayə)
Göndərən: WiRiN BaLaM
Şərhlər: 17
Baxılıb: 1050
Səs ver:
Həftə sonu vaxt keçirmək üçün dostlarımızdan birinin kəndinə getdik. Oturduqları ev olduqca köhnə idi və qəbiristanlığa baxırdı . Təxminən aralarında 5-10 metr vardı. Gecə istidən yata bilmədik və bir əyləncə axtarışındaydıq. Evlərində qaldığımız dostumuz "Gəlin ölülərdən, onların ruhlarından danışaq. Evin mühiti də uyğun. Şüşədən baxın qızlar" dedi (Biz hələ qəbiristanlıq olduğunu bilmirdik). Şüşədən baxdığımızda ilk gözümüzə çarpan iri gözlü bayquş oldu. Tam evin yanındakı ağacın evə baxan qisimində oturur və tərif edə bilməyəcəyimiz şəkildə ulayırdı. Qorxduq. "Hələ də görmədiniz mi?" dedi. "Nəyi?" dedik. "Böyük qəbiristanlığı görə bilmədinizmi hələ də" dedi. Qəbir daşları kiçik olduğundan görməməniz mümkün deyildi. Amma məzarın biri pəncərədən açıq-aydın görsənirdi. Qəbir daşından bilinirdi ki, bir neçə il keçib dəfninin üstündən. Diqqətlə qəbiristanlığa tərəf baxırdıq ki, ağacın üstündəki bayquş uçaraq həmin daşın üzərinə qonaraq yenidən ulamağa başladı. Daha sonra isə yuxarı qalxaraq qaranlıqda yoxa çıxdı. Qəbiristanlıqdan qorxmasaq da fikrimiz bayquşun yanında qaldı. Pəncərədn bayıra baxmağa davam edirdik ki, arxamızdan gələn bir tıqqıltı hamımızı diksindirdi. Bayquş evin bacasında içəri girmişdi. Heç cür otaqdan çıxara bilmədik. Şkafın üzərinə oturmuşdu, qorxunc bir şəkildə ulamağa başladı. O zamanlardan eşitdiyimə görə, bayquşun evə girərək ulaması heç də yaxşı deyildi. Kiminsə bu gecə ölməsini bildiridi, bəlkə də batil inanclardan biridi deyə fikir vermədim. Qorxuyla qızın babasını oyandırdıq. Baba otağa gəlib "heyvan hər cümə gecəsi bunu edər. Kəndin bir dəlisi bu bayquşa baxardı. Onundu bu heyvan, özü də tam da Cümə günü ölmüşdü, rəhmətlik" deyincə bir-birimizə baxışdıq. Yaxşıca qorxmuşduq. Bu gecə uzun sürəcəkdi deyəsən. Bayquşu çölə atdıqdan sonra pəncərəyə yaxınlaşaraq "baxın, bu onun qəbiridir" dedi və ən yaxındakı, bayaq gördüyümüz qəbiri göstərdi. Pəncərəni bağladıq. Yerimizə keçdik. Gecə hava küləkli idi hamımız yataqda idik, yatmağa çalışırdıq. Tam da yuxulamışdıq ki, otaqdakı köhnə pəncərə küləyin təsiriylə açıldı, açılmasıyla da bayquşun yenidən evə girməsi bir oldu. Bayquş yatağın ucunda iri gözləriylə bizə baxırdı. Qışqırıq səsimizə baba yenidən gələrək bayquşu tutub çölə atdı. Və bizə "yaxşı gecələr" deyərək yatağına döndü. Gün boyu olanları düşünə-düşünə sonunda yuxuya getmişdik. Gecə pəncərənin çıqqıltısına oyandım, öz-özümə "bu lənətə gəlmiş heyvan da imkan verməyəcək yatmağa axı bizi" deyinərək ayağa qalxdım. Ev tamam sakitlik idi, sanki heç kim yox idi evdə. Bayaqkı səs-küydən əsər-əlamət qalmamışdı belə. Pəncərəyə yaxınlaşdım, amma bayquşu görə bilmədim. Geri , yatağıma qayıdırdım ki, gözüm bayaqkı qəbirə sataşdı. Diqqətlə baxdıqda daşın altındakı torpaqda iri bir dəlik olduğunu gördüm. Gözlərimə inana bilmədim , bayaq belə bir şey görməmişdim. Yatağıma qayıtmaq istəyərkən babanın otağından qəribə bir səs gəldiyi eşitdim. Qapını aralayaraq içəri boylandım, inanmağım gəlmirdi, bayquş yatağının üzərində dayanmışdı, babanın üzü-gözü tanınmaz hala gəlmişdi, yataq qan içində idi, bayquşun ağzında isə üzündən parçaladığı ətlər var idi. Qorxudan ağlamağa başlamışdım, geri dönüb qızları oyatmaq istəyirdim, qapını bağlayıb yatdığımız otaqağa qaçanda kimsə qolumdan tutdu, bədənimə buz kimi bir şeyin toxunduğunu hiss elədim, arxamdan gələn nəfəs səsini də eşidə bilirdim hətta, yerimdə donub qalmışdım, qorxa-qorxa başımı arxama çevirdim, görməyimlə qışqırmağım bir oldu, üzü-gözü tanınmaz halda olsada, babanın bayaq anlatdığı o ölmüş kəndin dəlisi ağlıma gəldi, digər əli ilə boğazımdan yapışaraq "bayquşuma yaxşı baxmadınız, onu çölə atdınız, bir-bir mənim yanıma gələcəksiniz" ağzını qulağıma dayayaraq pıçıldadı.Heç nə edə bilmirdim, sanki bədənim donmuşdu, axırıncı qışqırığımdan sonra səsimdən yuxudan dik atıldım.Əllərim boğazımda idi. Otaqdakı qızlar da oyanmışdılar. "Sadəcə yuxu idi, keçib getdi, qorxma" deyərək təsəlli verməyə çalışırdılar. Su içirərək sakitləşdirdilər, 10 dqəyə qədər yanımda oturdular. Bu yuxunun təsirindən təzə ayılmışdım. Artıq səhər də olmuşdu. Amma evlərinə getdiyimiz qızın babasının otağından gələn qışqırığı bizi də çaşdırdı. Qaçaraq ora baxmağa getdik, qız babasının yatağının qarşında diz üstündə çökərək ağlayırdı. O zaman anladıq. Babası dünən gecə dünyasını dəyişmişdi.


Şərhlər: 17
Baxılıb: 1050
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
VIP
Qorxmadım desəm yalan olar.Dəhşətləndim.
29 avqust 2015 00:42
# 17
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Bebiw
ay allah gece vaxti bu neydi bele deli oldum
28 avqust 2015 00:45
# 16
sowu
aLoNe AnGeL
ayy qorxunc hekayedi heqiqetende 18
27 avqust 2015 15:29
# 15
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Dosta_inam
Tük ürpədici hekayə idi. Həmdə maraqlı.
27 avqust 2015 14:19
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
EsmaNur
men bunu oxumuwdum o qederde qorxmamiwdim
27 avqust 2015 02:19
# 13
tek umidim sen
Elədə qorxulu deyildi...
26 avqust 2015 22:40
# 12
Kadın derin ama adam yüzme bilmiyor...
Sevincka
ayy da mən oxudum sanki o anı mən yaşadım çox qorxuludur
26 avqust 2015 21:13
# 11
Mrs. Perfect
Oxumuwdum bunu ama yenede maraxnan oxudum ama bunnanda qorxulu olanlari var
26 avqust 2015 21:02
# 10
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
vipbetul
Allah uzaq elesin yaxsi qorxu filmi olar bu yazidan
26 avqust 2015 20:54
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Tukurpedici hekayedi
26 avqust 2015 20:43
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dj_Vampir
Qorxunu cox sevirem Vampir kimi.Hekayeye de bayildim))
26 avqust 2015 20:11
# 7
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Mrs.Pianist
ayda qorxurame oxumaqa 09 amma oxumaq isteyirem off neyneyimm,en yaxsisi seher oxuyaram uje axsam olur. 09 dayan bilmedim oxudum elede qorxulu deyilmis,tesekkurler
26 avqust 2015 20:07
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
Denizimm
bunu oxumuwdum yeniden oxumagima baxmayaraq cox tukurpedicidi
26 avqust 2015 19:25
# 5

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
BARBI
Bele heyat hadiseleri cox olur. Bu derecede qorxulu hadise yasamamisam.
26 avqust 2015 19:18
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Bu hekayəni oxumuşam. Qorxulu hekayələri çox sevdiyimə görə bütün qorxu hekayələrini oxumuşam)) bu hekayə də tükürpədici idi.

...666...
26 avqust 2015 19:03
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nazlinci
Bunu oxymusam ele burda.tekrardi deyesen...
26 avqust 2015 18:56
# 2
ALESSANDRA
hekayeye adaptasiya olmaq ucun youtubeden qorxulu mahni qoydum.
heqiqeten cox yaxsi adapasiya oldum. hheqiqeten qorxulu hekayed oxuduqca tüklerim biz biz durdu eh
26 avqust 2015 18:42
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz