Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Lütfən, məni yıxılmağa qoyma!
Lütfən, məni yıxılmağa qoyma!
Göndərən: WiRiN BaLaM
Şərhlər: 10
Baxılıb: 598
Səs ver:
Ən nəcib, ən ülvi və ən fərdi əzab məhəbbət əzabıdır…
F.Engels

Gecəyarıdır.Yağış pəncərəmi döyür. Külək vıyıltısı… Qaranlıq otaq, səssizlik… Yatağımda tək-tənha… Ürəyimdən sanki daş asılıb. İlk dəfədir ki, ağlamıram. Hə, bəzən acılar o qədər dərin olur ki, insanın göz yaşları da donur. Sadəcə gözlərim sonsuz nöqtəyə zillənib və düşüncələrimdə tək sən varsan. Mənim olmayan və heç vaxt olmayacaq SƏN!

Ümidsiz məhəbbətim! Bəziləri doğulanda onların taleyinə sevgi vüsalı yazılmır, qisməti sadəcə həsrət! Mən də həsrət üçün doğuldum. Sənin uzaqlarda həsrətini çəkmək üçün… Qollarında mələklər kimi şirin-şirin uyumağı arzularayaq sənsiz yuxuya getmək üçün… Qayğını, nəvazişini, saçlarımda əllərinin hənirtisini, yanaqlarımda dodaqlarının istisini arzula-arzulaya həyatı başa vurmaq üçün…

Gecikmiş səadətim…
Gecikdin… Bəlkə də mən tələsdim… Amma, nə fərq edər… Əsas olan birlikdə xoşbəxt olduğumuz anlarda da bunu doya-doya yaşaya bilmədik! Səndən ayrı qalmaq və bir ömür boyunca bu ayrılıq yükünü çəkməyi dərk etmək çox çətindir, əzizim, çox!

Sevgi ona görə lazımdır ki, o, ucadır, onunla ucalırsan.
Amma, məhəbbətimin ümidsizliyi, səadətimin gecikməsi sevgimə - o təmiz, pak hislərimə xələl gətirdi, ucaltmadı məni, əksinə yazıq durumuna duşurub, qürurumu ayaqlar altına saldı… Səni tanıdığım ilk gündən mənim olmağını bilirdim zatən… Qəbul etmişdim. Mənim olmasan da, mənimlə ol, demişdim. Olmadı. Tükəndi sevgimiz. Amma necə gözəldi o anlar… Xatırlayanda burnumun ucu göynəyir… Lap qəribsəyirəm o sevgimiz üçün…

Səsli-küylü şəhərdən uzaqlarda olarkən…
Xatırlarsanmı, gecə səhərə qədər şirin-şirin söhbətlərimizi… Nələrdən danışmazdıq, nələri müzakirə etməzdik. Doymurduq bir-birimizdən. İlahi, sevgi necə müqəddəs bir duyğuymuş. İtirdik o müqəddəs duyğunu. İkimiz də… Bir də yaşayacayıqmı?

Nə sevgi sədəqə deyil, nə mən dilənçiyəm əl açım sənə… Heç bilmirəm hansı şair yazıb bu kəlmələri, amma necə də gözəl yazıb.
Heç xoşlamıram sevgi romanları oxumaq, məhəbbət hekayələri dinləmək, hindistan kinolarına baxmaq. Eynilikdən, şablonlardan yoruluram… Bəlkə də, qatmaqarışıq hislərdən ibarət bu esse də bir şablon. Amma, bunu sadəcə sənin üçün yazdım.

Dostluq!
Deyirlər, dostluq sevgiyə çevrilir, amma sevgi dostluqla bitmir… Yalandır! Hirsli, kinli, ədavətli, ədalətsiz, vicdansız, hissiz insanlar üçün deyilib bu sözlər. Amma nə yaxşı ki, biz onlardan deyilik. Nəyi itirsək də, dostluğumuzu itirmədik! Hər şeyə dözərəm, səni dost kimi itirməyə əsla! Sən hər zaman arxam-dayağım, mənə düzgün yol göstərən, səhvlərdən çəkindirən mələyim, düşünən ağlım olaraq qalacaqsan… Yalnız bu dayağı itirdiyimdə yıxılacam! Lütfən, məni yıxılmağa qoyma!

P.S. Bəs, siz məhəbbətin dostluqla bitəcəyinə inanırsınızmı?


Şərhlər: 10
Baxılıb: 598
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Milawka18
maraqli ve menalidir,
Seslin kuylu weherden uzaqda olarken...
Xatirlarsanmi,gece sehere qeder wirin wirin sohbetlerimizi...Nelerden daniwmazdiq neleri muzakire etmezdik.Doymurduq bir birimizden.Ilahi sevgi nece bir muqeddes duyguymuw.Itirdik o muqeddes duygunu.Ikimiz de....Bir de yawayacaqmi????
En cox tesr eden cumleler oldu. Birde yawaya bilmek artiq cox cetin ve cox gec(((( ama urekde yawayir ve hec vaxtda olmur menim nefesim dayananda oda yawamaqdan imtina edecek ancaq urekde(((
20 avqust 2015 17:51
# 10
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
nigarhesenli1
maraqlidir bir o qeder de menali
20 avqust 2015 11:20
# 9
Turkan Abbasova
Mence məhəbbət dostluğa çevrilə bilməz. Dostluq sevgi ola biler amma əksi heç vaxt. Sevdiyin insanla anlasmayib ayrıldıqdan sonra necə dostun olarki. Elə anlassaydiz sevgili qalardizda. Həm men oğlanla qizin dostluğuna yaxşı baxmıram. Yoldasimin qiz dostu olsaydi yeqinki çox qisqanardim. Istemezdim . Bilmirem amma məhəbbət ele bir hisdir ki ya vardır ya yoxdur. Və əsl sevgi bitersə əgər o dostluga cevrilmez sadəcə biter.
20 avqust 2015 00:56
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
sevgi baxcasi
ayy) çoox sağol♥əsil ürəyimdən deyib yazıbsan sanki o dostluq haqdakın.
Qətiyən razı deyiləm dostluq sevgiyə çevrilir deyənlərlə.Əsil dostluq var) mən və dostum kimi artıq 7-ildi ən ən ən yaxın dostuq
20 avqust 2015 00:06
# 7
Mrs. Perfect
Dunenki vezietime uygun sozlerdi... Ama sevgi dostluqla bitmir qetiyen
19 avqust 2015 22:30
# 6
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
Aykam2001
[size=black]Səsli-küylü şəhərdən uzaqlarda olarkən…
Xatırlarsanmı, gecə səhərə qədər şirin-şirin söhbətlərimizi… Nələrdən danışmazdıq, nələri müzakirə etməzdik. Doymurduq bir-birimizdən. İlahi, sevgi necə müqəddəs bir duyğuymuş. İtirdik o müqəddəs duyğunu. İkimiz də… Bir də yaşayacayıqmı?
19 avqust 2015 19:50
# 5
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Tomris Müslümova
kiminsə sevgi münasibəti bitəndə deyirlərki biz dost kimi davam edəcəyik və bizə belədə xoşdu nə bilim çox yaxşı bir dost olaraq qaldıq bilməm nə...elə dost kimi gözəl yola gedə bilirdinsə sevgi münəsibətiniz gedərdidə yolunda.əgər çox yaxşı bir dost kimi davam edəcəsizsə bu znaçit heç sevgi olmuyub bu sözlər hamısı pafosdu sevgi deyil.amma dostluqdan bəli sevgiyə çevrilir 98% belə sonluqlanır dostluq mnasibətləri.elə bizdə də belə olldu sinifdə cici-bacıydıq nə problemin olsa gəl mənə de kimsə incitsə mən arxandayam nə bilim nə bidə gördüm söz göndərdi mənə bu bir taktikadı qızı tanıma taktikası...
19 avqust 2015 19:33
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
ne sevgiye ne mehebbete ne deki dostluqa inanmiram
19 avqust 2015 19:31
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Elbette cox hallarda mehebbet dostluqla bitir. Oglanla qizin dostlugu ola bilmez
19 avqust 2015 18:43
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
xeyalperest
yox inanmiram oglanla qizin dostluguna hec zaman inanmaisam
19 avqust 2015 18:42
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz