Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qara üzüm salxımı - İbrətli hekayə
Qara üzüm salxımı - İbrətli hekayə
Göndərən: WiRiN BaLaM
Şərhlər: 15
Baxılıb: 679
Səs ver:
İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir.
Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " - deyə öz-özünə dua edərmiş. Bunu eşidənlər də:

- Ey İbrahim Çavuş, nə ilə tikdirəcəksən məscidi? Sənin öz-özünə bir xeyrin dəymir, - deyib İbrahim Əfəndini bu röyasından oyatmağa çalışırmışlar.
Lakin Təkkəçi İbrahim Çavuş heç ümidini itirmir, davamlı dua edir.
Məscid tikdirmə sevdası qəlbində bir alov kimi yanırmış. Bəzən yoldaşları Təkkəçi İbrahimə zarafatyana:
- İbrahim əmi, məscid nə vaxt tikilib qurtarır? Bax insanlar namaz qılmağa yer tapa bilmir, - deyirdilər.

İbrahim Çavuş onların bu rəftarına məhəl qoymur, bir yandan işini görür, bir yandan da Allaha təvəkkül edib dua edirmiş.
Günlərin bir günü Təkkəçi İbrahim Çavuş bir yuxu görür. Yuxuda gördüyü ağsaqqal kişi ona: " Bağdada get -deyirdi, - get, orada bir ev, o evin həyətində bir üzüm bağı var, o üzümdən ye! "

Təkkəçi İbrahim Çavuş həyəcan içində yuxudan oyanir. " Xeyirdir, İnşallah! " -deyir, amma yuxuya bir məna verə bilmir. Ertəsi gün sübh namazından əvvəl bu yuxunu əyan-bəyan yenə görür. " Xeyirdir, İnşallah! Görəsən,gedim?" - deyə düşünür, lakin qəti qərar verə bilmir. Üçüncü dəfə də eyni yuxunu görəndə Təkkəçi İbrahim Çavuş: " Hər halda bizə yol görünür, "- deyib heybəsinə azuqə doldurub heç kəsə xəbər vermədən yola çıxır. Bağdada gedən karvanlardan birinə qoşulur.

Təkkəçi İbrahim Çavuş az gedir, çox gedir, nəhayət, gəlib Bağdada çatır. Soruşa-soruşa yuxusunda gördüyü evi tapır. Bir də nə görsə, yaxşıdı?! Evin həyətində bir üzüm bağı və ağ üzümlərin arasında qara üzüm salxımı. Yuxusunun çin olması onu heyrətə gətirir. " Bismillah " deyib əlini uzadır ki, qara üzüm salxımını qoparsın, evin sahibi İbrahim Çavuşun biləyindən yapışır:
- Salaməleyküm, əcnəbi, - deyir.

- Əleykəssalam, -deyə cavab verir İbrahim Çavuş.

- Ey əcnəbi, sahibindən icazəsiz o üzümü dərmək olar?! - deyə bağın sahibi məzəmmət edir.

Xəcalətdən başını aşağı salan İbrahim Çavuş yuxusunu ona danışır. Evin sahibi yuxunu dinləyib gülür, üzümü dərib yeməsinə icazə verir:

Ey əcnəbi, bir yuxudan ötrü ta İstanbuldan buralara gəlmək olar? Üstəlik bir üzüm yemək üçün. Əgər yuxuya görə iş görülməli olsa, onda gərək birinci mən yollara düşəydim...
İbrahim Çavuş təəccüblü baxışlarla:
- Sən niyə yola düşməlisən? - deyə soruşur.
Ev sahibi istehza ilə:

- Altı ay qabaq bir gecə yuxuda bir ağsaqqal İstanbuldakı Topqapı adlı səmtə getməyi tapşırdı. Orda bir təkkəçi yaşayırmış. Adı hələ də yadımdadır: İbrahim! Onun komasının ocağının altında iki küp xəzinə varmış. Səhər qalxıb yuxumu arvadıma danışdım. Xanım: " Bu yuxu sadiq yuxuya bənzəyir, get gör nə var İstanbulda , " - dedi. Mən də ona: " Bir yuxuya görə İstanbula getmərəm, "- dedim. Necədir, düz demişəm?!

- Düz demisən, düz demisən.

Ev sahibi:

- Bu dünyada nə qəribə insanlar var, -deyib İbrahim Çavuşun yanından uzaqlaşdı.

İbrahim Çavuşun heyrətdən ağzı açıq qalır. Onun arxasınca baxa-baxa yuxusunun hikmətini başa düşür. Allaha duasını qəbul etdiyi üçün şükür edir. Təkkəçi İbrahim Çavuş öz adı ilə məşhur olan məscidi həmin xəzinənin yarısı ilə tikdirir, yarısını da dövlət xəzinəsinə göndərir.


Şərhlər: 15
Baxılıb: 679
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Axrını tam olaraq anlamadım. Bu da ona yuxusunu danışır. Bəs sonra pulu hardan alır? çatmadıyee nəsə.

...666...
23 avqust 2015 20:25
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
merii
Oxumusdum,maraqlidi,tesekkurler
22 avqust 2015 16:42
# 14
Niquw Abdulayeva
Men bunu telwvizorla gormusem ozude turkler cekibler burda nece yazilibsa ele
Yuxular ferqlidi bir var Xeyirli yuxu. Ele yuxularda varki seytan emelidi

Allah yuxumuzu xeyre cevirsin
22 avqust 2015 02:35
# 13
Gunesh
Men bidene kitab oxumuşdum ordada bele bir şey idi oglan yuxusunsa Misir piramidalarinin yaninda xezine oldugnu gorur ora gedir... Sonra ora catanda quldurlar qizilarrini ogurlayirlar hemin oglani doyurler sonra oglan yuxunu danişir ona quldurlarda diyirki eleye qalsa mende yuxuda gormişem filan yerde xezine var... Kimyager eserini oxuyanlar biler... her bir Yuxunun bir anlami var
22 avqust 2015 00:57
# 12
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)
Denizimm
ne maraqli hekayedi dogirdanda bezi insanlarin yuxusu cin olurrr
21 avqust 2015 22:38
# 11

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
yarpaq33
Bunun haqda samanyolu kanalinda filme baxmiwam eynen beledi cox maraqlidi
21 avqust 2015 22:16
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Gul-cicek
aaa men bunun kinosuna baxmiwam heqiqetende ibratamiz hekayedi oxumaga ve baxmaga deyer.... xebere gore tesekkurler
21 avqust 2015 20:43
# 9
ALLAH butun xestelere şəfa versin.Amin!!!

Wexsiyyetimle reftarimi qariwiq salmayin..Wexsiyyetim kim oldugum,reftarim kim oldugumla elaqederdir.....!
xeyalperest
yuxularn gercek bir anlami var heqiqeten
21 avqust 2015 19:57
# 8
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
teri meri
Allah hər kəsin duasını qəbul edir bu hekayədən sonra yuxulara inamım artdı
21 avqust 2015 19:44
# 7
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Dosta_inam
Allah boyukdur, her kesin duasin qebul eder, yeter ki, o dua icden gelen bir dua olsun,
21 avqust 2015 19:28
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Sevincka
çox gözəl hekayədi
21 avqust 2015 19:20
# 5
ALESSANDRA
ayy cox gozel hekayedir 01
21 avqust 2015 19:16
# 4
Don't trust anyone ∆
vipbetul
Allaha qurban olum sebrle qulunu yoxlayir sonrada getdiyi ev yiyesi mulkin yerini deyir Allah isdeseydi o insani tekkecinin evine gonderib mulku Baqdaddaki kishiye qismet edermis demekki tekkecinin isdeyi o qeder urekden saf bir duaimishki Rebbimiz bunun duasini qebul edib,teki Rebbim biz qullarininda dualarini qebul eylesin oz Yuge Dergahinda Amin insallah
21 avqust 2015 19:08
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Lola_Maya_
wukurler olsun Allaha .cox gozel hekayedi cox sag olun.
21 avqust 2015 19:00
# 2
BARBI
Rebbim her kesin duasini arzusunu qebul etsin. Her kese ureyine gore versin
21 avqust 2015 18:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz