Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təsirli hekayə
Təsirli hekayə
Göndərən: WiRiN BaLaM
Şərhlər: 22
Baxılıb: 1086
Səs ver:
Rauf səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını, Sonanı yolla gedən gördü. Əynində gözəl bir don, əlində isə bir məktub var idi.

-- Hara gedirsən?
-- Mən...mən....ata, mən poçta gedirəm.
-- Niyə?
-- Bu məktubu göndərməliyəm
-- Ver mənə mən göndərərəm sənin üçün

Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı. Atası qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü.

İşdə oturarkən məktub Raufun gözünə dəydi. Üstündəki ünvanı oxudu:
Allah Baba
Cənnət
Səma
Məktubu açdı və oxudu.
Əziz Allah baba,

Bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən 3 gün sonra vəfat etdi. Ona kimi həmişə xoşbəxt idim, amma indi çooox qəmliyəm. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi heç mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də başlayıb.
Xahiş edirəm Allah baba, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını görürəm və məni ağlamaq tutur. Nə olar Allah baba, anamı qaytar. Əgər o artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də götür apar. Anamı necə apardın məni də elə apar.

Mən yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç bir narahatçılıq törətməyəcəm. Səni gözləyəcəm!

Səni sevən, Sona..
Rauf məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda böyük bir ağac var idi. Ağaca baxa baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm özünə həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək.
Altı Ay Sonra:

Sona artıq yerində yatmışdı. Rauf onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi:
Allah Baba
Cənnət
Səma

Məktubu açdı və oxudu:
Əziz Allah Baba,
Bu sənə ikinci məktubumdu. Bilirəm ki birinci məktubumu almısan. Sənə təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə qaytarmadım, məni götürüb aparmadın, amma atamı dəyişdin.
Bilirsən Allah baba, mən indi onun otağında yatıram. Gecələr mənə nağıllar oxuyur, mənimlə danışır, gülür, və hər səhər üzgüçülüyə gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik. Daha içki içmir. İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allah baba, çox sağ ol!
Səni Sevən, Sona..


Şərhlər: 22
Baxılıb: 1086
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Angela7
Gözlərim doldu, həqiqətən də çox təsirli bir hekayədir
25 oktyabr 2015 00:49
# 22
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
Sevincka
təsirli hekayədir Allah anamızı atamızı qorusun
2 sentyabr 2015 11:44
# 21
...AdaDunyam``
tesirli hekayedir,Allah analarimizi bawimizin ustunden eksik etmesin

tesirli hekayedir,Allah analarimizi bawimizin ustunden eksik etmesin

tesirli hekayedir,Allah analarimizi bawimizin ustunden eksik etmesin
16 avqust 2015 19:00
# 20
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Catwoman666
Çox təsirli və maraqlı hekayə idi... Maraqla oxudum. Əslində Allah ona kömək etdi. Allah elə elədi ki, o qızın məktubunu atası oxuya bilsin. Bununla da qızın duası yerinı yetdi... Allah məktubu oxudu...

...666...
16 avqust 2015 17:04
# 19
"All men must die, but we are not men"

Daenerys Targaryen
14MsM
maraglidi bezilerine ders olsun bawanir ovladi duwunmur wert o deyil valdeyin ole ovlad yetim qala bezileri ele olmemiw yetim ovlad boyudur kime nolur ozunu ovladin bedbext edir
16 avqust 2015 00:41
# 18
merii
Duygulandim,tesirli hekayedi,kas butun atalar bir mektubla deyisseydi,men roman yazardim
16 avqust 2015 00:01
# 17
miraya
Coox tesirli hekayede allah hec kimi kicik yawda anasiz atasiz qoy.asin amin
15 avqust 2015 23:29
# 16
Gul-cicek
ax cawki bu xaberi oxumasaydim,menim bibimde bu yaxinlarda vefat etdi indi onun uwaqlari belkede bu cur fikirlewirler....amma onlarin atalari onlarla maraqlanir..... amma analari yeni menim bibim ise semalardan bir melek kimi onlara bizlere baxir.allah hec bir uwagi anasiz atasiz qoymasin....allah hec kimi sevdiklerinden ayirmasin.AMIN AMIN 128 ciyy
15 avqust 2015 22:24
# 15
ALLAH butun xestelere şəfa versin.Amin!!!

Wexsiyyetimle reftarimi qariwiq salmayin..Wexsiyyetim kim oldugum,reftarim kim oldugumla elaqederdir.....!
MODABAZ
Coox tesirlenfiim
15 avqust 2015 21:11
# 14
Heyata daim gulmek lazimdii
Milawka18
cox tesirli bir hekayedir.ALLAH hec kimi ne anasiz nede atasiz etmesin
15 avqust 2015 20:24
# 13
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Dosta_inam
Cox tesirli hekaye idi, Allah her kesin duasin qebul etsin Insaallah, Kimsesiz caresiz korpelere yardim olsun. Amin.
15 avqust 2015 20:23
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Həqiqətən cox təsirli hekayədi.Gözlərim doldu.Cox şükür Rəbbim sənə.Onu Allah edirki atası oxusun.Qayıtsın öz yoluna.
15 avqust 2015 19:43
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Aykam2001
Balaca qizin mektubu tesirlidir...
15 avqust 2015 19:41
# 10
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
angel H-va
Çox təsirli hekayədi((inşallah bir gün mənim də atam dəyişər
15 avqust 2015 19:24
# 9
amaril
Allah butun usaqlarin arzularini yerine yetirsin.menali hekaye idi.tskler.
15 avqust 2015 19:16
# 8
eıiyeva gülmaye
Tesirli idi :((
15 avqust 2015 19:09
# 7
BARBI
Off cox tesirlendim balaca qizin kecirdiyi hislere bax. Allah her kesi dogru yola ceksin
15 avqust 2015 19:05
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Cox tesirli hekayedi
Kaw ki Allah baba analari qaytarsaydi kaw ki...
15 avqust 2015 18:53
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ALESSANDRA
ayyy cooox gözel hekayedi))
15 avqust 2015 18:52
# 4
Don't trust anyone ∆
vipbetul
cox gozel hekayedi kaski bizde usaq oleydikda her seyin bu qeder asand olduqunu dushuneydik,asandi Rebbimiz bizim yanimizda olduqda her sey asandi teki Rebbim yanimizda olub bizi ailemizi qorusun komeyimiz olsun arzularimiza isdeklerimze nail olmamiza rehm edib komek gorsetsun AMin insallah
15 avqust 2015 18:47
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aziz a
Heqiqetende tesirlidi ..
15 avqust 2015 18:38
# 2
Qelbim doludu !!!!
Canavar sevgisi
Offff: ( aglamaq tutdu meni: ((( cox gozel hekayedi twk
15 avqust 2015 18:37
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz