Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmza: Sənin oğlun QARABAĞ
İmza: Sənin oğlun QARABAĞ
Göndərən: Nermin..
Şərhlər: 9
Baxılıb: 381
Səs ver:
Əziz ata, salam!
Necəsən? Nə var, nə yox?
Məndə hər şey həmişəki kimidir. Amma çox soyuqdur. Qış gəlib. Tezliklə qar yağacaq, soyuq daha da şiddətlənəcək. Tək olanda - soyuğu bərk hiss edirəm!
Ayrılığımızın 23 ili tamam oldu. Mən sənə çox yazırdım. Sənsiz keçən həyatımı başa salırdım.Amma sən mənim məktublarımı almamısan. Bəlkə almısan, amma heç oxumamısan. Kim bilir, bəlkə məsləhət belə imiş. Ancaq, bilirəm ki, oxusaydın vicdan əzabi çəkərdin, narahat olardın. Men sənin oğlunam ve her şeyi başa düşürəm sənin üçün ağır olardı və yəqin ki, xoşuna gəlməzdi. Ona gorə də çox vaxt susuram ve özümü ele aparıram ki, guya mən hər şeyə dözə bilirəm. Həqiqətən hər şey normaldır. Artıq -normaldır. Sən məni satandan sonra, mən onların dilində danişmağı öyrənmişəm. Indi mən təkcə onların dilində danışıram. İlk zamanlar çətin idi. Mənə deyirdilər ki, ana dilimizi unuda bilmərəm, çünki genetik əsası var dilimizin. Ancaq sən o dili amansız məhv edirdin, dağıdırdın.
Ata, sən istəyirdin ki, mən çoxlu dillərdə danışa bilim. Bu həqiqətdir. Bunu mən unutmaram. Sən o biri uşaqlarını da məcbur edirdin ki, kələ-kötür də olsa, muxtəlif dillərdə danışsınlar. Qonaqların xətirinə dəymək istəmirdin. Mən təəccüblənirdim. Öz - özümə deyirdim ki, axı niyə qorxmalısan, qonaqlar yox? Niyə onlar ev yiyəsinin dilində danışmağı öyrənmirdilər? Eh:Bizdə həmişə her şey tərsinə olurdu! Mən isə hamıdan ibrət dərsi götürürdüm:Çalışırdım hamı ilə onların dilində danışım. Deyirdim ki, qoy inciməsinlər. Qoy deməsinlər ki, lovğalanıram.
Ata, xiffət çəkmə, men həmişə başa düşürdüm. Sən mənə 'hamıdan qəşəngsən, sevimlisən, istedadlısan' demirdin. Ancaq buna baxmayaraq dərk edirdim ki, mənim ailədə xüsusi yerim var. İndi oturub fikirləşirəm ki, axı mənim nəyimə lazım idi bu gözəllik, bütün bu təriflər? Gözəlliyim başıma bəla oldu, ata! Ətrafdakıları qıcıqlandırırdı mənim gözəlliyim. Elə paxıllıq edirdilər ki, sanki dünyanın yarısını alt-üst etdi mənim gözəlliyim. Heç kəsə qalmadı, heç kimə nəsib olmadı. Ata, mənim gözəlliyimə bu da azdır! Hamımıza bu da azdır!
Bu 23 illik ayrılıq ərzində arıqlamışam, kobudlaşmışam. O vaxtkı mehribanlığımdan əsər-əlamət qalmayıb. Kim bilir, bəlkə bu hərbi ciddilik mənə daha çox yaraşır. Mən indi kişiləşmişəm və kifirləşmişəm. Bu da əbəsdir, ata! Heç bilmirəm nəyimə lazımdır bunlar: kimi mən qorxuda bilərəm belə kişiliklə? Səni?
Ata, birlikdə olduğumuz günlər üçün darıxıram: Biz ayrılandan sonra, mən hər gecə müxtəlif yuxular görurəm. Yuxuda biz bir yerdəyik. Doğma dilimizdə danışırıq. Yuxuda mən çox sevincliyəm, yaraşıqlıam, yaralarımın, işgəncə yaralarının yeri bilinmir. Ata, yuxuda mən mahnı oxuyuram, səsimin əks-sədası ruhumu oyadır!
Bilirsən, ata, mən sənə demək istəmirdim, amma indi mənim adımı dəyişiblər. Bagışla, amma mənə öz adlarını veriblər. Indi mənim adım A: ilə başlayır. Yox, yox ardını yazmayacam. Senin xoşuna gəlməz. Sənin kefini pozmaq istəmirəm. Sənin başın vacib işlərə qarışıb, səni vacib işlərdən ayırmaq istəmirəm. Ümumiyyətlə, ola bilsin sənə yazdığım məktub - büyük bir səhvdir! Nahaq yere bunu sənə yazdэm - səni vacib işlərdən ayırdэm. Amma, inan, ürəyim bulanır! Ətrafda bircə dənə də olsun doğma adam yoxdur. Hər tərəfdə onlardır: Çalışırlar mənim ruhumu dəyişsinlər, özlərinə oxşatmaq istəyirlər. Ata, mənim muqavimət göstərməyə taqətim qalmayıb. Mən susuram ve bütün təhqirlərə, rəzilliklərə dözürəm. Mən öz halıma öyrəşmişəm və manqurta çevrilirəm. Bilirsən ata, 23 il kцölərimi qırıb atmağa kifayət deyil! Lakin bu köklerin üstündə yeni nəsil törətməyə 23 il yetər. Ola bilsin, biz nə vaxtsa görüşdük, amma o vaxt sen meni artıq tanımayacaqsan. Hərcmərclik ve mənə edilən haqsızlıq mənim şüurumda dərin və silinməz iz buraxıb. Bax bunu mən sənə, ata, heç vaxt bağışlamayacam!
P.S. Axmaq suala görə üzr istəyirəm - bəs sən məni qaytarmaq istəmirsən?
İmza: Sənin oğlun Qarabağ


Şərhlər: 9
Baxılıb: 381
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Kim yazibsa halal olsun, Vallah kovrelerek oxudum, hetda gozlerimden yas axdi, kaski bos bos danismaq evezi bezi tedbirler gorulub seni geri qaytarsaq, yeni qaytara bilsek, keske ama.
14 avqust 2015 13:26
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Insallah o gunleride gorerik. Qaytarmaq ucun butun igid esgerlerimiz seferber olmalidir savasaraq torpaqlarimizi geri almalidir
14 avqust 2015 00:37
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Aykam2001
Kim yazibsa HALAL olsun!
13 avqust 2015 21:48
# 7
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Son sozu ALLAH soyleyecek
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
vipbetul
Qaytarmaq isdemirler seni yalanlar vedler verilir yalandan el gozune sozun adin cekilir icimiz qan aqlayaraq deyiremki seni qaytarmaq isdemirler cunki bele rahatdi her kescin hec kimin yadina bile dushmursen haminin hali yaxsidi hele-hele senin yetishdirdiklerini demirem,onlar deyirlerki hec bize lazimda deyil bilirsen bezi vetenperverler varki onlar isdeyir onlarin dilindesen basqa hec kimin berkem her gun itgin dushub deyilir tv-lerde fm-lerde bunlarda yalandandi inanma onlara yaxsi bax demirem bu gun xidmet etdiklerine eksine felaketler et onlarcin qoy onlar ozleri senden imtina etsun yoxsa vetenin senincin hecne etmiyegey QARABAQ
13 avqust 2015 20:53
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Çox gözəl yazıdı qarabağın adından
13 avqust 2015 20:27
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
sadecə mən
Bağışla məni oğul! Kaş!qaytarmaq mənim əlimdə olaydı..
13 avqust 2015 19:31
# 4
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnci
Yox ogul bu yaxinkarda Bas leytenant E.Kazimov qalxdi ayaga ki qaytaracam tuttum onu saldim dama ki sen boyuklerinisine qarisma.seni bos ver her seyi men seni qaytarsam isleeim korlanar ona gorede sen hele ki qal orda
13 avqust 2015 19:23
# 3
Her gulusun arxasında bır keder vardır
ALESSANDRA
mende qarabağlıyam
kaş geri qaytara bilsek..
13 avqust 2015 19:20
# 2
Don't trust anyone ∆
MODABAZ
Mende bir qarabagliyam və fəxr edirem
13 avqust 2015 18:58
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz