Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şükürsüz günümüz olmaz!
Şükürsüz günümüz olmaz!
Göndərən: guler19
Şərhlər: 12
Baxılıb: 470
Səs ver:
ŞÜKÜRSÜZ GÜNÜMÜZ OLMASIN!!!

Qarlı, çovğunlu bir qış günündə evimizin qapısı döyüldü. Qapını açanda qarşımda nimdaş paltarlı, cırıq paltolu iki uşaq vardı. Evdə köhnə qəzet olub olmadığını soruşdular. İşim çox idi. Əvvəl yox demək istədim. Gözüm ayaqlarına sataşdı və susdum. İkisinin də ayağında köhnə ayaqqabı vardı və ayaqları islaqdı. "İçəri girin sizə isti kakao verim!” – dedim. Heç danışmırdılar. Xalçanın üstündə islaq ayaqlarının izi qalmışdı. Kakaonun yanında yağ, mürəbbə, çörək verdim. Onlar sobanın yanında çörəklərini yeyərkən mən də işlərimə davam etmək üçün mətbəxə getdim. Amma bir müddət sonra otaqdakı səssizlik diqqətimi cəlb etdi və başımı otağa doğru uzatdım. Kiçik qız əlindəki fincana baxırdı. Oğlan mənə dönüb, "xanım siz varlısınız?” – deyə soruşdu. "Varlıı? Yox!” - dedim. Qız əlindəki fincanı diqqətlə nəlbəkisinə yerləşdirdi və "sizin fincanlarınız nəlbəkilərinizlə dəstdir” – dedi. Səsindəki aclıq qarın aclığına bənzəmirdi. Sonra uşaqlar qəzetlərini alıb bayırdakı soyuğa çıxdılar. Heç çox sağ ol da demədilər. Amma buna ehtiyac yox idi. Çünki mənə çox şey öyrətdilər. Bişirdiyim yeməyin dadına baxdım. İsti və dadlı idi. Yaşamaq üçün evimiz, həyat yoldaşım, aylıq qazancımız var... Stulları sobanın qarşısından götürüb yerinə qoydum. Uşaqların palçıqlı izləri hələ də xalının üstündə idi. Silmədim. Silməyəcəyəm də. Çünki necə zəngin olduğumu unutmaqdan qorxuram...


Şərhlər: 12
Baxılıb: 470
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Əlimizdə olmayanlar üçün şikayətlənməkdənsə, əlimizdə olanlar üçün şükr etməliyik. O zaman Allah da daha yaxşısını, daha çoxunu bəxş edər bizə.

...666...
31 iyul 2015 12:24
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
Her halimiza sukur etmeli ve her bir seyin qiymetini bilmeliyik
30 iyul 2015 13:32
# 11
aziz a
Bax Sukur etmeyi bacarmaliyiq, her gunumuz, her sey ucun bunu etmeliyik...
30 iyul 2015 00:09
# 10
Qelbim doludu !!!!
emis
Cox xosuma geldi bu hekaye heqiqetende en varli insan xosbext olan insandi o villalari olan insalarin bir deneside xosbext deyil cunki artiq onlarin gozlerini para pul ortib ancaq mulk dusnurler ki, bu da olsun o da olsun . o insalar hemise qorxu icinde yasayirlar nolsun pullari var ama xosbext deyiller axi iclerinde qorxu var sevdiklerini ve ozunu itirmek qorxusu olur.dogrudu ki bizim evimiz, isinmeye ocagimiz, eynimize geymeye isti geyimimiz, yataga girende ustumuze orteceyimiz yorganimiz ve en esasi ailemiz var. niye de ki, bu gunumuze sukr etmemeliyik? her gece yatagima gedende deyirem, Allahim bu gunumuzde sukur bunu mene anam oyretdi her gunumuze sukr etmeyi. hami heyatda cetinkikler cekir ama cetinlik cekmeden de olmaz axi heyatin qanunu budu sen halah coreyini alninin teri ile qazanmalisan hazirdan yeyenlerin hec vaxt axirlari olmayib goz qabagindadi. biz sevinek ki, bu gun biz heyatdayiq sehere ise Allah kerimdi. gulerim tesekkur edirem hekaye ucun insallah bele gozel hekayeler oxudugun ve bizlerlede paylasdigin ucun bir qarsiligi olar.
30 iyul 2015 00:08
# 9
vipbetul
cox gozel ibretli hekayeydi
29 iyul 2015 22:57
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Gozel xeberdir..Her halimiza shukur
29 iyul 2015 22:39
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
Canavar sevgisi
Ne gozel xeberdi . Wukir bu gunumuze
29 iyul 2015 21:47
# 6
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Fialka
Nə qədər şükr etsəkdə azdır amma həmişə ən azından şükr etməyi bacarmaq lazımdır və bunu hekayədəki kimi kimsə xatırladıb, başa salmadan etmək lazımdır..
29 iyul 2015 20:35
# 5
Tomris Müslümova
Naşükür insan lap əzizim naımda olsa ona qarşı tərəddüdüm olur
29 iyul 2015 19:54
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Cox maraqli hekayedi ibret goturmek lazimdi belelerinden
Her gunumuze tanrinin her verdiyine wukurler olsun
29 iyul 2015 19:53
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Ibretli hekaye idi, her zaman halimiza sukr etmeyi, ve bizlere bu heyati bexs eden Tanriya sukr etmeyi, heyatda bize yardim edenlere tesekkur etmeyi unutmamaliyiq.
29 iyul 2015 19:09
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Hhhhh

Her zaman rebbime sukr eden insanlardan olmusam . Sukr etmisem verdiklerine ve yasadiqlarima
29 iyul 2015 18:53
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz