Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
14 il əvvəl deyilə bilməyən, 4 kəlmə
14 il əvvəl deyilə bilməyən, 4 kəlmə
Göndərən: Nermin..
Şərhlər: 17
Baxılıb: 814
Səs ver:
-Nə vaxtsa bu sözü sənə deyəcəyimi düşünməzdim,amma...
 (qız göz yaşlarını saxlaya bilmir,oğlan qızın yanağındakı damlaları silərək)
 +Ağlama,mələklər ağlamaz.
 -Bağışla,ayrılmalıyıq:°(
 +Bu sözü bir zaman mənə deyəcəyini bilirdim,lakin mən möcüzəyə inanırdım.
 -Məni kimi birisindən möcüzə gözləməyə dəyərdimi heç?!
 +Təbii ki,dəyərdi.
 -...
 +"Getmə" desəm,yalvarsam,qalmağın üçün hər şey etsəm də bilirəm ki,gedəcəksən.Çünki bu qərar həyatının ən vacib qərarlarından biridir və əminəm ki,çox fikirləşibsən bunun haqda.
 -Xoşbəxt ol.
 +Həsrət çəkmək,yol gözləmək,fikirlər arasında boğulmaq xoşbəxtliyin tərkib hissəsidirsə,narahat olma çox xoşbəxt olacam.
 -Səni heç vaxt unutmayacam.
 +Yanında başqası varkən məni xatırlamağın ilə xatırlamamağın arasındakı fərq nədir?
 -...
 (qız artıq özünə gəlir)
 +Səndən başqasını sevə bilmərəm.
 -Elə demə,sən məndən də yaxşı birisini sevəcən,xoşbəxt olacan.
 +O hansı planetdi ki,orda səndən daha yaxşı birisi olsun?
 -Yer planeti.
 +Mənim üçün bu planetdə sevə biləcəyim ikicə qadın var.Biri anam,biri sən.
 -...
 (qız susur,artıq sözləri tükənir və çıxış yolunu getməkdə görür.Ancaq yenidən qayıtmaq üçün getmir,bir dəfəlik gedir.Bu zamanda oğlanın fikri gedir uzaqlara."Mən onsuz necə yaşayacam"kimi fikirlər gəzişir beynində və birdən sanki ayılıbmış kimi ətrafına baxır.Qızı görə bilmədikdə,çox üzülüb,getdiyini anlıyır.Qız oğlanın son sözünü dinləmədən çıxıb gedir)
 İllər ötüb keçdikdən sonra oğlan qızın yoxluğuna öyrəşə bilmir və çıxış yolunu intiharda görür.Aradan 14 ilin keçdiyini,ancaq qızı hələ də unuda bilmədiyini,beynində əbədi bir iz qaldığını anlıyır və bundan sonra da dünyada onun üçün başqa bir qadının olmayacağını anlıyır.Oğlan qıza son sözünü demək istəsə də qismət onların yollarını ayrı salır hər zaman.
 Oğlan intihar məkanı kimi 14 il bundan əvvəl qızla görüşdükləri yeri seçir.İntihara cəhd edən oğlan gözlərini xəstəxanada açdıqda intihar cəhdinin uğursuz olduğunu başa düşür və çox təəssüflənir.Növbəti dəfə daha uğurlu alınması üçün beynində planlar qurur.
 İntihara cəhddən 3 gün keçir.Həkimlər həmin günlərdə oğlanın psixoloji durumunu düzəltməyə də cəhd etmələrinə baxmayaraq,səyləri boşa çıxır.Həmin gün həkim əlində vərəq gəlir və oğlana verərək "Qərarı özün ver.Ya yaşamağa davam et,ya başqa birisini yaşamasına səbəb ol,ya da intihar edib günaha bat".Oğlan vərəqə göz gəzdirərək hər şeyi anlayır.Xəstəxanada ölüm ayağında olan azyaşlı bir ürək xəstəsi var və təcili yeni bir ürəyə ehtiyac duyur.Oğlan heç tərəddüt etmədən ürəyinin verilməsinə razı olur.Vərəqə göz gəzdirərkən azyaşlı ilə adaş olduğunu da gözdən qaçırtmır."Necə də gözəl oldu.Günaha batmaq əvəzinə,özüm adında birinə yardım edib,savab qazanıram"kimi düşüncələr ilə son saatlarını ötürür.
 Daha sonra isə oğlan ölür və bu ölüm sayəsində də başqa birisi həyata qayıdır.Oğlan heç vaxt bilmir ki,həyatda olmasını sağladığı,onun adaşı olan kəs onun dünyada ən çox sevdiyi kəsin oğludur.Və qız da heç vaxt bilmir ki,onu hər kəsdən çox sevən,oğluna onun adını qoyduğu kəs onun oğlunu həyata qaytarır.
 Son görüşlərində isə əgər qız tez getməsəydi oğlan qıza "oğluna mənim adımı qoyarsan" deyəcəkdi.

Müəllif: Fariz


Şərhlər: 17
Baxılıb: 814
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yaz_yamuru
Sevgi bos seydi ama bu hekaye meni kovreltdi
17 iyul 2015 03:37
# 17
Catwoman666
pfffff bunun harasi aglamalidir??? deyesen menim hislerim yoxdu23 cunki birce mene tesir elemedi bu hekaye zerre qeder de)) he bu arada kecmis sevgilinin aidnin ogluna qoymaq olmaz 125 bir qarsi terefi dusunmek lazimdi daa. bu usagin atasinin yerine ozunu qoymaq lazimdi. meselen o qiz da istemezdi ki onun qizina eri kecmis sevgilisinin adini qoysun.
16 iyul 2015 17:30
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dj_Vampir
duygusal'a bagladim
12 iyul 2015 21:15
# 15
فيرا
...AdaDunyam``
maraqli hekayedi
12 iyul 2015 15:14
# 14
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Dosta_inam
Cox tesirli heksye idi, gercekle elaqesi olmasada insani kovreldir.
12 iyul 2015 05:38
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
VIP
Dogurdanda olsa yalandanda olsa təsirlidi pis oldum
12 iyul 2015 02:23
# 12
Başımın üstündə Allah,yanımda ailəm olsun.
SonSuz SeVGi
Cox tesirli hekayedi... kovreldim (((
11 iyul 2015 22:36
# 11
teri meri
Təsirli hekayədi ama bizim dünyamıza aid deyil
11 iyul 2015 22:32
# 10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Denizimm
gozel hekayedi kovreldim
11 iyul 2015 20:21
# 9

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Nur k-off
Ehhh bu sevgi hekayələri sixir məni
11 iyul 2015 20:01
# 8
SVETA
yarpaq33
Cox tesirli hekayedi buna benzer bir hadiseyle rastawmiwam heyatda
11 iyul 2015 19:26
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aliceWOnDer
Duzdu tesirli bir hekayedi, amma inandirici deyil, bunu hec kim etmez..
11 iyul 2015 18:58
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
xeyalperest
Axmaqca ve suni bir hekaye beyenmedim
11 iyul 2015 18:51
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
vipbetul
ay negee maraqliydi kalp-kalbe qarshiymish kimi,yenede sevgiye inanmiram bariz numune
11 iyul 2015 18:47
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Cox tesirli hekayedi.bele sevgi varmiki
11 iyul 2015 18:44
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Hekayənin real olması bir az şüphəlidir ancaq olduqca təsirli hekayədir...
11 iyul 2015 18:38
# 2
BARBI
Offf cox tesirli hekayedir. Heqiqeten bele sevgiler varmi inanilmaz gelir mene
11 iyul 2015 18:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz