Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər ticarət mərkəzi
Kişilər ticarət mərkəzi
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 524
Səs ver:
Şəhərlərin birində qadınların özlərinə ər seçib ala biləcəyi ticarət mərkəzi açılır. Ticarət mərkəzinin girişində bu mərkəzin iş qaydalarının məcəlləsi asılmışdı, orada belə yazımışdı:

1. Siz Ticarət Mərkəzinə yalnız bir dəfə gələ bilərsiniz.

2. Mərkəzdə 6 mərtəbə vardır, kişilərin keyfiyyəti mərtəbənin sıralanmasının artmasına görə dəyişir.

3. Siz istənilən mərtəbədə istənilən kişini seçə bilərsiniz və ya seçiminizi davam etdirmək üçün yuxarı mərtəbəyə də qalxa bilərsiniz.

4. Lakin yuxarı mərtəbəyə qalxdıqdan sonra aşağı mərtəbəyə enmək qadağandır.

Bir qadın özünə yoldaş axtarmaq üçün adı çəkilən həmin "Kişilər Ticarət Mərkəzi"-nə baş çəkmək qərarına gəlir. Girişdə "İşi olan kişilər" yazılmış tablonu oxuduqdan sonra cəld ikinci mərtəbəyə qalxır.

İkinci mərtəbədəki lövhədə: "İşi olan və uşaqları sevən kişilər" yazılmışdı. Lövhədəki yazını oxuyan qadın üçüncü mərtəbəyə qalxır. Üçüncü mərtəbədəki tabloda isə: "İşi olan, uşaqları sevən və son dərəcə gözəl olan kişilər" yazılmışdı. "Vay!" - deyə qadın düşündü, amma buna baxmayaraq, dördüncü mərtəbəyə qalxdı. Dördüncü mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan və ev işlərində yardım edən kişilər" yazısı var idi. "İnanılmaz şeydir! - deyə qadın ucadan dedi - Özünü saxlamaq çətindir!" Buna baxmayaraq, beşinci mərtəbəyə qalxdı. Beşinci mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan, ev işlərində yardım edən və çox romantik kişilər" yazılmışdı.

Qadın çox istədi ki, bu mərtəbədə qalsın və özünə tay seçsin, amma buna baxmayaraq özündə qüvvə toplayıb axırıncı mərtəbəyə qalxdı. Altıncı mərtəbədəki tabloda belə bir məzmunda yazı gördü: "Siz bu mərtəbədə 31456012 nömrəli ziyarətçisiniz. Bu mərtəbədə kişi yoxdur. Bu mərtəbə qadınların istəyinin həddi olmadığını bir daha sübut etmək üçün nəzərdə tutulub. Ticarət Mərkəzimizi ziyarət etdiyinizə görə təşəkkür edirik!"

Amma bu Ticarət Mərkəzilə üzbəüz "Qadınlar Ticarət Mərkəzi" də var idi. Birinci mərtəbədə "Gözəl qadınlar", ikinci mərtəbədə isə "Cinsi münasibəti sevən, gözəl qadınlar" var idi. Digər mərtəbələrdə nə olması, naməlum olaraq qalırdı. Çünki ora hələ heç kəs daxil olmamışdır.


Şərhlər: 8
Baxılıb: 524
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
eh gozu doymaz insanlar coxdu
23 iyul 2015 07:23
# 8
Catwoman666
Tam oxuyandan sonra anladım ki, bu bir hekayədir) Acgözlüyün nəticəsi işte.

...666...
22 iyul 2015 20:04
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
marqaliydi o gur ticaret merkezi olsa qadinlar o kisileri beyenmezler ya hamisina baxib kecerler yeyqinki
22 iyul 2015 16:56
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Belədir əslində çoxları daha yaxşı arzusunda olub bir yaxşıdanda olurlar) Ac gözlülüyün verdiyi "xeyir" həm qadınlar həm də kişilər üçün)..
22 iyul 2015 12:46
# 5
xeyalperest
Eslinde tekce qadinlar yox butun insanlar bele gozderi doymurlar
22 iyul 2015 10:27
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Dosta_inam
Bu qenaete gelibler demeli, qadinlarin gozleri doymaz istekleri bitmez, maraqlari bitmez, yeni 6-mertebeye qeder qalxiblar.

Bu qenaete gelibler demeli, qadinlarin gozleri doymaz istekleri bitmez, maraqlari bitmez, yeni 6-mertebeye qeder qalxiblar.
22 iyul 2015 08:47
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Ne qeweng ticaret merkeziymiw o.sec,beyen,al))
22 iyul 2015 07:23
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Altinci mertebedeki yazi maraqli oldu. Qadinlarin gozu doymayib axirda da kisidiz qalib
22 iyul 2015 07:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz