Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maska
Maska
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 443
Səs ver:
Zəngili saatın səsinə gözlərini açdı.
Qolunu yan tərəfə doğru uzadıb ərini nəzarət edib. Yerində yox idi. Demək, ondan əvvəl qalxmışdı.
Düşündü. Görəsən çayı dəmləmiş idimi?
Dərhal maska çantasını açdı, yanına "xoşbəxt" və "çılğın" maskalarını aldı. Mətbəxə gedəndə çayın hazır olduğunu görəndə xoşbəxt maskasını taxıb səhər yemək hazırlığına başladı.
Səhər yeməyi hazırlayarkən bir ara kiçik oğlunu oyatmağa getdi. Otağa girərkən "mehriban" maskasını taxıb. Uşağı oyadıb bağça üçün hazırlayarkən, içindəki laqeydlik və şəfqət duyğularının müharibəsini uşaqdan gizlədirdi üzündəki maska.
Səhər yeməyindən sonra hazırlanıb işə getmək üçün yola çıxarkən "rəngli" maskasını taxıb. Liftdə qonşusuyla qarşılaşdıqda dərhal "ilgili" maskasını üzünə keçirib soruşdu.
Ötən gün sizin qız bir az öskürür kimiydi. Necədir  yaxşı oldu mu?
Lift enənə qədər davam edən və küçəyə çıxana qədər davam edən bu söhbət vidalaşma fəsli bitdikdən sonra yenidən əvvəlki maskasına döndü.
İş yerinə gələndə ilk əvvəl mühafizə ilə qarşılaşdı. Mövqeyinin də təsiri ilə bir az yuxarıdan bir salam verərkən "təkəbbürlü" maskasını üzünə keçirmişdi belə.
İşi ilə laqədər müxtəlif insanlarsa münasibətdə  olduğu üçün müxtəlif növlü maskalar taxıb çıxarıb.
Kiminə şirin dilli, kiminə ciddi, kiminə sərt, kiminə kübar, kiminə səmimi, kiminə də soyuq maskalarını göstərdi.
İşdən çıxıb evə qayıdarkən yenə üzündə olan rəngli maskası, üzündəki yorğun və bitkin ifadə çətinliklə örtürdü. Hər axşam olduğu kimi yenə məscidin önündən keçəcəkdi. İlin bu günləri adətən məscidinin önündən keçirdi və  həmişə namaz çıxışına rast gəlirdi. Of! Yenə camaatın arasında qalacaqdı.
Təxmin etdiyi kimi tam məscidə yaxınlaşanda camaat axşam namazından dağılırdı. Öndə uşaqlar və gənclər, arxasınca orta yaş nəsli, ən arxada da yaşlılar məsciddən dağılırdılar.
O qədər yorğun idi ki, heç kəsə toxunmadan o izdihamdan keçmək istəyirdi. Sanki birinə toxunsa elə ordaca yıxılıb qalacaqdı.
Bir an özünü çaydan digər tərəinə keçməyə çalışan, amma ayaqlarının islanmasına istəməyən bir kimi hiss etdi.
Gözünü qaraldıb izdihama getdi. İzdihamın arasından keçərkən çox qəribə bir şey diqqətini çəkmişdi. Namazdan çıxanların demək olar ki, hamısının üzündə eyni maska vardı. Bilmədiyi bu maska çox xoşuna gəlmişdi.
Bu maskadan istəyirəm.
Dedi öz-özünə. "Kim  taxırsa yaraşmış". Və başladı bu maska axtarmağa. İnternetə girib, dostlarına soruşdu, kitabları axtardı, amma bir növü bu maska tapmadı.
Görəsən bu maska məsciddə paylayırdılar?
Elə olmalıydı. Nə edib edib öyrənməliydi.
Günlərin bir az da uzanması artıq iş çıxışında məscidin önündən keçidi, camaatın namazdan çıxışına de namaza giriş vaxtına qədər təsadüf edrdi. O gün marağı onu camaatla birlikdə məscidə saldı. Arxalarda bir yerdə oturub baxmağa başladı. Tez gəldiyi üçün camaat yeni yeni məscidə girirdi. Gələnlərin üzlərinə baxdı. Bir çoxunda o maska yox idi. Demək, içəridə paylanılırdı bu maskalar.
Hər kəs namaza durmuşdu. O da arxadan onları izləyir və maskaların dağıdılmasını gözləyirdi.
Görəsən bu maskalar üçün pul istəyirlər? İstəsələr nə qədərdi?
Namaz qılanları arxadan izləyərkən  düşüncələrə dalmışdı. Bu arada da camaat fərzin sonuna gəldi. Salam verdikdə üzülərini gördü və çaşıb qaldı. Hamı maskasını taxmışdı.
"Yaxşı amma nə vaxt dağıtdılar bunları? Məgər mən başqa şeylər düşünərkən gözümdən mi qaçdı"? Deyə düşündü. Amma bilirdi ki, namaz zamanı başqa şeylə məşğul olmaq olmaz, maska də dəyişilməz. Onun məscidə girərkən mi çıxarkən düşünərək məsciddən çıxdı. Evə gedəndə də hələ də düşünməyə davam edirdi. Ən sonunda bu işin namaz bir əlaqəsi ola biləcəyinə qərar verib. Uşaqlıqda ona da necə namaz qılınacağı öyrətmişdi, amma aradan o qədər vaxt keçmişdi ki
Oğlunu yatırdıqdan sonra internetin başına keçdi. Və unutduqlarını xatırlamağa çalışdı.
Duaları xatırlamışdı, amma namazın mahiyyətini, niyə namaz qıldığını xatırlamamışdı. Çünki uşaqlıqda namazın necə qılınacağı və oxunacaq surə və dua əzbərlədi ancaq nə olduğu ilə bağlı bir məlumat verilməmişdi.
Qısa bir araşdırmadan sonra namazın bir müsəlman üçün vacib olduğunu öyrəndi. İnsanın gündə beş dəfə, özünü yaradan, başda həyat, ağıl, iman, sağlamlıq və ruzi kimi saysız nemətləri verən rəbbinin hüzuruna çıxıb, minnətdarlıq və bağlılığını şəxsən ifadə etməsi namaz.
Namaza getdi. Adət etdiyi kimi hansı maska taxacağına qərar verə bilməmişdi.
Bir dənəsini alıb taxdı, amma olmadı. Çünki Rəbb onun doğru olmadığını bilirdi. Sonra başqası, bir başqası nəticə həmişə eyni idi. Hamısını eyni səbəblə çıxardı. Çünki Rəbbi maskanın altını görür.
Sonunda maskasız olaraq namaza dayandı. Namaz boyu da Rəbbini düşündü.
Namazın sonuna gəlmişdi. Salam verdikdə yanında namaz qıldığı dolabın qapısındakı boy aynasında özü ilə göz gözə gəldi.
Amma bu maska.
Xeyr. O üzündə gördüyü şey maska deyildi.  O hüzur idi.


Şərhlər: 10
Baxılıb: 443
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
hekaye cox menali hekayedi cox beyendim
1 avqust 2015 06:51
# 10
ALESSANDRA
ayy çox gözəl hekayə olduu
çox sağolun :*
31 iyul 2015 12:47
# 9
Don't trust anyone ∆
VIP
Allah namazımızı qəbul etsin inşallah
30 iyul 2015 23:50
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
yarpaq33
Cox maraqli hekayedi sonda qadinin namaz qilmagi lap ureyimce oldu Allah qilinan namazlari qebul etsin
30 iyul 2015 22:32
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
NEgede gozel lap ınsanların esl uzunu yazmıs tek maskasıs heyat var o dakı Namazdakı Rebbınle sohbetın
30 iyul 2015 21:05
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Firuze14
Marağlı hekayrdi Namazın gözəliyyinnen danışan bir hekayedi çox sevdim.Allah hamıya köməy olsun
30 iyul 2015 19:47
# 5
Deyirlərki yağışın damlası ilanın ağzına düşərsə, zəhər. İncininin içinə düşərsə mirvari olurmuş.Bəs sən nəyin damlasısan? Ürəyimə düşüb hərşeyim olmusan. .....love
Tomris Müslümova
Xilqətimizdə var bizim maskalanmaq,bəzən özümüzdə istəməsək belə maskalanırıq.Amma çox uzun sürmür o maska,oynamaqdan yoruluruq və gec tez düşür nə yuvanın quşu olduğumuz üzə çıxır.hekayə çox ibrətli idi təşəkkürlər
30 iyul 2015 19:37
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aLoNe AnGeL
cox gozel hekayedi Qizin NAMAZI secmesini cox sevdim Allah qebul etsin haminin namazini_AMIN!!!
30 iyul 2015 19:25
# 3
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
BARBI
hekaye cox derin menaya malik idi. Bezen gundelik heyatda o qeder maska taxiriq ki ozumuz bele yoruluruq. En yaxsisi her seyi oz axarina buraxmaq ve maskasiz olmaqdir
30 iyul 2015 19:23
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Cox gozel hekaye idi, Allah her bir kese namaz qilmagi nesib etsin, qilanlarin da namazi qebul olar Insaallah duaAmin Insaallah, tesekkur.
30 iyul 2015 18:41
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz