Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gülnaz - hekayə
Gülnaz - hekayə
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 636
Səs ver:
On iki yaşli Gülnaz anası, atası və böyük qardaşı ilə iki otaqlı bir mənzildə yaşayırdı. Gülnaz ucaboylu, qara qaşlı, uzun saçlı bir qız idi. O, dərslərini əla oxuyurdu. Müəllimlərinin rəğbətini qazanmış Gülnazın arzusu oxuyub müəllim olmaq idi. Amma onun yaşadığı dövrdə bu arzusuna müvəffəq olmaq mümkün deyildi. Məktəbli qızları on iki–on üç yaşlarında evləndirirdilər. Gülnaz isə onun belə tale yaşamayacağını düşünür və dərslərini daha da həvəslə oxuyurdu. Onun arzusu oxuyub belə taleyi yaşayan qızlara yardım etmək idi. Səhər tezdən Gülnaz yerindən durub yeməyini yedi və məktəbə yollandı. Həmişəki kimi Gülnaz yenə də dərslərdə aktiv iştirak edirdi. Uşaqlardan biri Gülnaza müdirin onu çağırdığını dedi. Gülnaz isə həyəcanla onun yanına getdi. Qapını döyüb içəri daxil oldu. Müdir ona "sənə bir xoş xəbərim var, səni ölkələrarası bilik yarişmasına göndəririk”, dedi. Gülnazın sevincinin həddi–hüdudu yox idi. O, bu xəbəri sinif yoldaşlarına söylədi. Onlar da bu xəbərdən dolayı çox sevindilər. Gülnaz bu sevinclə evə dönürdü. Yolda yaxınlarından kimi görürdüsə, bu xəbəri ona danışırdı. O, elə zənn edirdi ki, bu xəbəri eşidəndə valideyinləri çox sevinəcək. Gülnaz qapıdan içəri daxil oldu. Anasının üstünə yüyürərək xoş xəbəri ona çatdırmaq istəyirdi ki, anası onun sözünü kəsərək "Get, hazırlaş, axşam elçilərin gələcək” dedi. Bu sözlərdən qız o qədər təsirləndi ki, diz çökərək ağlamağa başladı.
Anası ona acıqlandı, qol-qanadı qırılmış qız evə tərəf getdi.
Axşam oldu, elçilər gəldi. Gülnazın atası Qurban bəy Gülnazin otağına daxil olub "Sən uşaq deyilsən, sənin indi evlənmək vaxtındır”, dedi və otağı tərk edərək elçilərin yanına getdi. Gülnaz isə durmadan ağlayır, onu qarşıda necə həyatın gözlədiyini düşünürdü.
Həmin gecə Gülnazı nişanlandırdılar və razılaşdılar ki, on günə toyu etsinlər. Sabahı gün Qurban bəy məktəbə gedərək Gülnazı  məktəbdən çıxartdı. Bu hadisə Gülnazın müəllimlərinə, sinif yoldaşlarına çox təsir etdi. Tezliklə toy oldu. Gülnazı bəy evinə köçürdülər. Gülnaz üçün yeni bir həyat başladı. Gülnaz taleyinin başqa qızların taleyi kimi olmayacağını düşünürdü. Amma buna müvəffəq ola bilmədi və öz acı taleyi ilə barışmaq  məcburiyyətində qaldı. Toydan bir ay sonra Gülnazın əri evə sərxoş gəlməyə başladı. Evə sərxoş gəlir və Gülnaza işgəncə verirdi. Beləliklə, Gülnazın işgəncələri artırdı. Gülnaz baş verənləri anasına danışır, o isə dözməsini məsləhət görürdü.
Artıq işgəncələr Gülnaz üçün dözülməz olmuşdu. Bir gecə evdə heç kəsin olmadığı bir zamanda Gülnaz ip götürüb evin damına çıxdı. O, nə edəcək? Doğrudan da, öz taleyinin başqa qızların taleyi kimi olmasına izin verməyəcəkdimi? Doğrudan da, hamıya olan incikliyini bu işi ilə sona çatdıracaqdı?

Bu suallar onunla dövr edir və eyni zamanda da ipi evin damına bağlayırdı.
Gülnazın evlənməyinə onun qardaşı heç razı deyildi. Bu narazılıq onu dövrə, ailəsinə qarşı üsyana qaldırdı. O, evdən çıxaraq bacısını evlərinə gətirmək məqsədilə onun yaşadığı evə doğru yollandı.
Gülnazın qardaşı Cəmil tezliklə gedib bacısının evinə çatdı. O, bacısını səsləməyə başladı. Hay verən olmadı. İçəri daxil oldu, içəridə isə heç kəs yox idi. Cəmil arxa otağa keçdi. Burada maraqlı səhnə ilə qarşılaşdı. Gülnazın əri bıçaqlanaraq öldürülmüşdü. Bəs bacısı harada idi? Cəmil tavana doğru baxdıqda gözü pilləkənə sataşdı. Pilləkənlərlə yuxarı çıxdı. Bəli, doğrudan da, Gülnazin taleyi başqa qızların taleyi kimi olmayacaqdı...
O, özünü tavandan asmışdı. Gülnaz artıq yox idi bu işıqlı dünyada...


Şərhlər: 11
Baxılıb: 636
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Yazıq qız. get indi cəhənnəmdə ağlın başına gəlsin 15

...666...
30 iyul 2015 18:13
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Niquw Abdulayeva
Indiki zemanedede bele fikirlesen valideynler var az da olsalar var. Gerek mubarize aparardi her halda qardasi nedese komek ede bilerdi bir haldaki razi deyildi bu ise.
29 iyul 2015 02:31
# 10
VIP
Aman allahım dəhşətdir
29 iyul 2015 01:28
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
Allah lenet etsin ele valideyinlere
28 iyul 2015 21:24
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Denizimm
maraqli idi
28 iyul 2015 19:34
# 7

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
BARBI
O yasda bir qiz usagini niye bedbext edibler. Valideynler bir hec ugruna usaqlarinin canina qiyirlar. Oxumaq qiz usagi ucun cox ondmlidir. Serait yaradaqki onlar oxusun. Gulnazin heyati valideynlere ornek olsun
28 iyul 2015 19:06
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Ay cox tesirli hekaye oldu, bezi valideynler ozleri ovladlarini bedbext edir, sanki xosbext olacaqlarmis kimi hereket edirler, ancaq hecde ele olmur, bedbextlikler gorurler, tesekkur.
28 iyul 2015 18:50
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Gul_Konul
Cox tesirli hekayedi..
28 iyul 2015 18:48
# 4
lale.veliyeva19
tüklərim biz biz oldu allah bəlasını versin elə valideynlərin
28 iyul 2015 18:41
# 3
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Bebiw
Yazig qiz heyif onun ne yawi vardiki(
28 iyul 2015 18:41
# 2
sowu
yarpaq33
Oxumaq isteyenleri zorla evlendirirler evlenmek isteyeni zorla oxudurlar ve here bir cur bedbext olur
28 iyul 2015 18:36
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz