Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cənnətində qovuşdur onları Ya Rəbbim...
Cənnətində qovuşdur onları Ya Rəbbim...
Göndərən: guler19
Şərhlər: 19
Baxılıb: 639
Səs ver:
Gün o günüydü...
12 il bundan öncə Vahid bağının soyuq oturacaqları, isti və doğmacasına məni bağrına basdığı bir gün!

Cibimdə olan son manatlarımla dönər alıb yeyirdim. Tələbəlik həyatının tən ortasındaydım. Ailəm kənddə mən isə burda. Çox möhkəm darıxırdım. Həyarın qəribəliklərini düşünürdüm. Hardan bilərdim, nə bilərdim ki, az sonra həyat mənə öz qəribəliyini bir daha sübut edəcək. Durub getmək istəyəndə səninlə toqquşdum. Əlindəki gül dəstəsi yerə dağıldı. Sənə kömək etmək üçün aşağı əyildikdə gözlərim gözünə sataşdı. Elə bil dünyada səndən başqa qız görməmişdim mən. "Üzr istəyirəm, indi nişanlınız mənə hirslənəcək, verdiyi gül dəstəsini dağıtdım” dedim...Dodağından mələk təbəssümü süzülərək "Yox, yox, bunları mənə nişanlım verməyib. Mənim heç nişanlım da yoxdur. Yaxınlıqdakı gül dükanında işləyirəm. Bunlar da sifarişdir çatdırmalıyam. Eybi yox gedib yenisini düzəldərəm”. Bu nə hissdir ya Rəbbim? İlk baxışda Sevgi? Sağollaşıb getdin...Səndən sonra yerdə qalan bir gül və dükanın nömrələri yazılmış bir kağız parçası diqqətimi çəkdi. Hmmm...Fİlmlərdəki kimi...Qəsdən özün qoymuşdun elə bil...
Yerdəkiləri götürüb evə gəldim...Təbəssümün və gözlərin ağlımdan çıxmırdı. Bir az gözlədim və Kağızı götürüb dükanın nömrəsini yığdım. Içimdən bir qüvvə...içimdən bir qüvvə mənə bu etməyə məcbur edirdi sanki. Qəribəlik də elə bundaymış. Dəstəyi sənin götürməyin üçün iyirmi saniyə içində o qədər Allaha yalvarmışdım ki. Hııhh... səsini tanıdım...Səsini tanıdım və bu səsi eşidəndə keçirdiyim hissi təyyarənin göyə qalxdığında keçirmişdim ancaq. Ürəyimin üstünə yük vurub, aşağı çəkirdilər elə bil. Gülü qaytarmaq üçün icazə istədim... istədim və o anda səndən aldığım izn mənim üçün dünyanın ən möhtəşəm izni olmuşdu. Sevincdən kirayə qaldığım ev sahibinin oğlunu qucağıma alıb yerimdə dövrə vururdum. Gecəni səhər edənədək saatları iplə çəkirdim. O gündən sonrakı görüşlərimiz bizi bir-birimizə daha da yaxın etdi.

Başqasının eşqə düşdüyünü eşidəndə onunla zarafat edən mən indi eşqin çılğın tələsinə düşmüşdüm. Hıhh...Evləndiyimiz gün həyəcandan çaşıb ananın qoluna girmişdim. Hamı mənə gülmüşdü...Hələ sənin hamilə olduğunu eşidəndəəə...Avtobusdan düşüb küçənin ortası ilə əlimdə çantanı yelləyərək evə tərəf qaçırdım... Yoldan keçənlər dəli olduğumu sanırdı... ehh kim nə deyirdisə desin. O ankı xoşbəxtliyim məni sərxoş etmişdi. Hıhh..Oğlan imiş yaramaz. Ad üçün tutduğumuz siyahını indi də saxlayıram. Burda...burda yüzdən çox ad var. Amma nədənsə gülüm ikimizdə CAN adını daha çox sevdik. Artıq qərarımızı vermişdik.
Can doğuldu gülüm. mənə bir can verdin, mənə bir can verdin amma min can aldın məndən gülüm. Canımı aldın gülüm... Gözlərimin önündə uçub getdin.. BU gediş geri dönüşü olmayan, mənə aid olan hər şeyi əlimdən alan gediş oldu gülüm...
Bir həftə bundan qabaq Canın beş yaşını qeyd etdim.. Canımızın beş yaşını qeyd etdiyim gün canımın beş illik ölüm gününü qeyd etdim gülüm! Sənsiz keçən günlər, sənsiz keçdiyim keçdiyimiz yerlər, birlikdə etdiyimiz hər şey artıq xəyallara çevrilib. Sənsizliyi dəqiqədə bir üzümə vuran gecələrlə səhərədək savaşıram gülüm!

Sevinclə kədər arasında çarəsiz qalmışam! Ağlayımmı ağlayımmı sənin üçün, yoxsa sevinimmi biricik Canımız üçün! Amma gülüm ikimiz adına Can üçün sevinməli, onun xətrinə kədərimi ciyarlarım arasında boğmalıyam. Hərçənddi artıq bu kədər ciyarlarımı parça-parça edibdir! Bağışla gülüm, bağışla sənə söz vermişdim bir şey olarsa özümü öldürərəm deyə! Lənət şeytana bacarmadım! Bacarmadım gülüm, bacarmadım! Qorxduğumdan deyiiillll! Qorxduğumdan deyil gülümmm! Sadəcə hər dəfəsində Canın əksi gözlərimin önünə onun çığlığı qulaqlarıma gəldi! Axı onun daxilində sənin də istiliyini tapdım, yavaş-yavaş, yavaş-yavaş onun daxilində sənin istiliyini tapdım. O da səni məndən tez-tez soruşur. Mən isə ona sənin bir mələk olub onun başı üstündə uçduğunu hər zaman uçacağını deyirəm. İndi hər səhər yuxudan duranda "Ata anamı yuxuda gördüm başımın üstündə uçurdu! Sonra məni qucaqlayıb üzümdən öpdü deyir!”
Allahım, Ya Rəbbim! SƏn duy bizi Ya Rəbbim! Bu dünyada olmadı, Cənnətində qovuşdur bizi Allahım! Qovuşdur bizi ya Rəbbim! Qovuşdur bizi!


Şərhlər: 19
Baxılıb: 639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Niquw Abdulayeva
Esas mena ondadirki ata oz oqluna ana sevgiisni nece asilayib. Tesirli idi
24 iyun 2015 03:18
# 19
vipbetul
oqulun ataya yuxusunu demesi tesirliydi,Allahim ozu hec bir ovladi valideyinle imtahan etmesun Amin insallah
24 iyun 2015 00:49
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayka95
cox tesi

tesirlendim
23 iyun 2015 23:20
# 17
Canavar sevgisi
Allahimmm cox aglamalidi: (((((
23 iyun 2015 22:14
# 16
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
anonim
Cox tesirlidi.oxudugca agladim
23 iyun 2015 21:44
# 15
haminin coxlu arzusu olur.menimde coxlu arzularim var.ama en birinci odurki bebesimiz olsun.Allah hec bir evi usagsiz etmesin.her evden usag qigiltisi sesi gelsin.Allah hec kimi usagnan imtahana cekmesin.Allah xeyirli ovlad qismet etsin.Allah ne virir versin qiz oglan ferqi yoxdu saglam versin.Amin InsAllah
teri meri
ay çox təsirlidir həyata bir cac gətirərkən öz canını verir eeeyyhh
23 iyun 2015 21:33
# 14
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
ask meleyi
ay baci u insan heyatda nece aci cekir allahimmm insallah oinsalla qovusarsizzz bu dunyada da olmasa o dunyada 27
23 iyun 2015 21:28
# 13
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Tomris Müslümova
Eyy belə şeylər mənə elə təsir edirki offf nə yazım bilmədim ee indi ciyy
23 iyun 2015 20:42
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ayselina
Cox tesirlendim.Rebbim atamla meni cennetde qovusdur insallah. .
23 iyun 2015 20:42
# 11
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
GünƏşimƏ_AiD_
Sitat: remse
Çox təsirli hekayə idi.Niyə həmişə əsl sevənlər ayrılmaq zorunda qalırlar axı 27 ...

Menede maraqlidi remse
Cox tesirlendim heqiqeten..
23 iyun 2015 20:40
# 10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
naz_vefa
Heyqeten cox tesirli hekayedi cox duyqulandimallah sevenleri ayirmasin
23 iyun 2015 20:23
# 9
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
aliceWOnDer
Cox tesirli hekayedi. Kovreldim, qeribe hiss etdim.
23 iyun 2015 19:39
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ell.nell
Allah sevenleri hemde bele bir zamanda ayırmasın.
23 iyun 2015 19:39
# 7
Fialka
Olduqca təsirli hekayədir. Bir övlad üçün bir kişi üçün dözülməzdir..Allah real həyatda bu vəziyyətlərdə olanlara səbr versin inşAllah.
23 iyun 2015 19:36
# 6
rəmsə
Çox təsirli hekayə idi.Niyə həmişə əsl sevənlər ayrılmaq zorunda qalırlar axı 27 ...
23 iyun 2015 19:29
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
WiRiN BaLaM
ƏSİL sevənlər hər zaman ayrılır keçmişədə nəzər salsaq bunun şahidi olarıq .. təsirləndim hekayədən onun üçün sevməyə dəyməz sevgi ayrılıq deməkdiiii
23 iyun 2015 19:19
# 4
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
tek umidim sen
Cox tesirlendim(( Allah sevenleri ayirmasin...
23 iyun 2015 18:57
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
BARBI
Ilahi nece tesirli hekayedir. Rebbim sevenleri ayirmasin onlari cennetdede olsa qovusdursun
23 iyun 2015 18:50
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Cooooox tesirli ve menali bir hekayedi oxuduqca goz yawlarimi saxlaya bilmedim cox tesir etdi mene
23 iyun 2015 18:43
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz