Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özünü kəşf et...
Özünü kəşf et...
Göndərən: guler19
Şərhlər: 12
Baxılıb: 757
Səs ver:
Yolnan gedirdim. Bir buğdanın öz-özünə yeridiyini gördüm... Əyilib diqqətlə baxdım heyrətə gəldim. Bapbalaca qarışqa dişlərini keçirmişdi özündən dəfələrlə böyük buğda dənəsinə. Buğdanın arxasında görünməz olmuşdu qarışqa. Çəkirdi, buğdanı heyy çəkirdi. Hirsli idi, qeyrətini toplamışdı qarışqa. Özündən dəfələrlə böyük olan buğda dənəsi onun gözündə özündən dəfələrlə balaca görsənirdi. Içindəki işçilik ruhu onu qarşısındakından güclü edirdi. Qarışqa olmaq istədim...görəcəyim işin böyüklüyündən qorxmamaq üçün...işləməkdən yorulmamaq üçün....
 
Gözüm şamdana sataşdı. Diqqətimi çəkən işığında yazı yazdığım şam deyildi. Diqqətimi çəkən şamın başına fırlanan pərvanə idi. Bezmirdi, yorulmurdu, elə hey fırlanırdı. Pərvanə olmaq istədim, yorulmadan, bezmədən, gecə-gündüz hədəfim üzərində fırlanmaq üçün pərvanə olmaq istəyirəm....

Həyətdə oturmuşdum... bir qaranquş yuva qururdu damın kənarında. Dimdiyində bir damcı palçıq gətirib yapıdırırdı divara. Hər dəfə balaca bir nöqtə ancaq hiss olunurdu orda. Yuvanı qurmaq üçün minlərlə dəfə gedib palçıq gətirirdi dimdiyində. Nəticəni görmə zövqü içində o qədər böyük idi ki, bezdirmirdi onu bu kiçik nöqtəciklər. Ona görə sonunda bir yuvası olacaqdı, balalar çıxarıb uçuracaqdı o yuvadan. Onu düşünərək çalışırdı qaranquş. Qaranquş olmaq istədim. Nəticəni öncədən görüb maneələri maneəcik görmək üçün....

Su içmək istədim. Bunun üçün mağaraya girməli oldum. Su içərkən damlalar gördüm. Kiçicik zərif su damlaları növbələrlə daşın üzərinə düşüb müxtəlif melodiyalar ortaya çıxarırdı. Daşın üzərinə baxanda heyrətə gəldim. Su damcısı, bu zərif yüngül, həfif olan su damcısı o qədər davamlı düşümüşdü ki, yekə bir daş parçasının üzərində dəlik açmışdı. Heyrətimdən nə edəcəyimi bilmədim. Sadəcə istədim. Su damlaları kimi aramsız, gecə gündüz davamlı olaraq damlayıb iş ritmimdən melodiya meydana gətirən zövqlə çalışan damla olmaq istədim....

Əlimi anlıma qoyub dəryaya baxdım. Üfüqlərdə yelkənlərini açmış bir gəmi limana doğru üzürdü. Nədənsə birdən dayandığını gördüm. Durbinimi çıxarıb diqqətlə baxdım. Gəmi heyəti tədirgin olmuşdu. Çünki külək artıq kəsmişdi. Limana çatmaq üçün küləyin əsməsini gözləmək lazım idi. uzun yolda heyət yorulmuşdu avar çəkə bilməzdilər. göyərtədə Kapitanı gördüm. Ağıllı və məntiqli görsənən gözləri gülürdü onun. Əlini havaya qaldırıb işarə elədi. Işarəsi ilə yelkənlər aşağı endi. Şturmana baxdım, kapitana baxıb başını salladı və gülümsündü. Əlini açara atıb saat əqrəbi istiqamətində çevirdi. Böyük borulardan qara tüstü qalxdı. Gəmi yolna davam elədi. Ehhh.... dedim...gəmi olmaq istədim...sadəcə küləkdən və yorğun qol gücündən asılı olmayan bir gəmi olmaq istədim...hər zaman planımda bir motorumun olmasını istədim....

Güzgüdə özümə baxdım...Aman Allahım mən necədə nəhəngəm, qarşıqadan milyinlarla dəfə nəhəng...Deməli mən istərsəm əgər özümdən dəfələrlə böyük yükü rahatca qaldıraram ki... Əllərimi bir birinə vurdum şaqqıltı ilə çıxan səs gəldi. Mən pərvanədən minlərlə dəfə möhkəməmmiş...Niyə də gecə gündüz çalışa bilməyim ki?! Bir addım atdım, ikinci addımı atdım üçüncünü atdım...necə tez-tez qüvvətli yürüyürəm mən...qaranquşdan nəyim əskikdir ki?! Ayağımı yerə vurdum döşəmə silkələndi. Necə güclü zərbəm varmış...zərif su damlasından nəyim əskikdir ki?! Hədəfimi düşündüm. O hədəfə çatmaq üçün bitməz, tükənməz planlarım varmış ki...Gəmi kapitanı qədər ağıllıymışam mən....Daha necə kəşf eləmədiyim üstün cəhətlərim var mənim...

Bəs niyə durmuşam?!....BU qədər imkanlarımın olduğunu bilə-bilə niyə durmuşam ki? Di getdim iş başına! Nə deyirsiniz? Mənimlə gəlirsiniz?
Unutmayaq, bir işi başlamaq yarılamaq deməkdir!


Şərhlər: 12
Baxılıb: 757
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
çox gözeldi
gören qarışqa menide qaldıra biler? 23
17 iyun 2015 20:43
# 12
Don't trust anyone ∆
GünƏşimƏ_AiD_
insanin bir sheyi bashladisa axiracan catdirmalidi en azindan ozune gore kimse gore yox.bu heyatda hasand hecne yoxdu,,elleshmek calishmaq vurushmaq lazimdi.hec vaxt nashukurluk etmek olmaz.sadece arzularin isteklerin arxasinca getmek lazimdi.
Hami deyirki insan gerek birinci ozunu sevsin.onda bashkalarida onu sevecek. Bu mesel mene hec vaxt catmayib..mence isan sadece ozu olmalidi.iki uzlulukdu nem hormetsizlikdi bunlar hamsi insanin qabaqina cixir..cumlleri cox beyendim tshk.
15 iyun 2015 22:34
# 11
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
insani ishine heveslendiren ishine yonlendiren yazi oldu,ruhlanmaq lazimdir sabaha saliyaraq deyil sabahlar bitmez cunki
15 iyun 2015 20:47
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Maraqla oxudum...Ibretamiz yazidi...
15 iyun 2015 20:08
# 9
Kadın derin ama adam yüzme bilmiyor...
Ayselina
Rəbbim, yaratdığı canlıları biz insanların onlara baxıb, ibrət götürməmiz üçün yaradıb..İnsan yaradılan varliqlardan ən alisi olduğunu unutmamalı və hədəflərinə doğru kiçik deyil, böyük addımlarla addımlamaldır..çox gözəl ibrətamiz essedir..yazan əllər var olsun
15 iyun 2015 20:06
# 8
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Cimbom Nilay
kendin ol, kendini sev, kendini baştan yarat... 02
15 iyun 2015 19:57
# 7
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
BARBI
Insanlar ele mehz bu kimi hadiselerden ibret goturmelidir. Her zaman calismaq bir seyleri bacarmaqcun inam lazimdir. Her zaman sey gostermek hereket etmek lazimdir ki istediyine nail olasan
15 iyun 2015 19:42
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
insani ozunden basqa yaxsi taniyan ikinci insan ola bilmez.oz maraqlarini,istedadlarini,ne istediyklerini insan yaxsi bilmelidir.cox gozel yazilmis bir xeberdir tesekkur edirem yene...

insani ozunden basqa yaxsi taniyan ikinci insan ola bilmez.oz maraqlarini,istedadlarini,ne istediyklerini insan yaxsi bilmelidir.cox gozel yazilmis bir xeberdir tesekkur edirem yene...
15 iyun 2015 19:36
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
yarpaq33
Coox beyendim bir terefden adi bir menzere kimi canlanir gozumde bu yazilanlar ama derinden duwundukce fikirlewitemki bunlar hamisi Allahin yaratdigi bir mocuzedir twk
15 iyun 2015 19:21
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Çox ama çox gözel yazilmiş cümlelerdi,ibret götürülecek cümlelerdi.
15 iyun 2015 18:52
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Olduqca ibrətli bir hekayədir əslində, çünki insanlar çox şeyi bacarsalarda ya bunu görmürlər yada görməzdən gəlirlər. Birinci nəyəsə nail olmaq üçün istək lazım olsada bəzən istəməklə heçnə həll olmaz gərək əmək sərf edəsən , əməklə bərabər səbrli və iradəli olmalısan ancaq o zaman irəli gedib yerində addımlamaqdan xilas ola bilərsən . Allahın bizə verdiyi hər şeydən səmərəli istifadə edərək şükr etməliyik ..təşəkkürlər.
15 iyun 2015 18:42
# 2
yasemin
Çoox ama çoox super cümlələr idi hamısı və düzdü sadece biz insanlar bunları dərk edib və məqsədimiz üçün çalışmalıyıq… ayy super xeber idie heqiqeten indiyene qeder gördüyüm xeberlerden en sevdiklerim arasında oldu… çoxx sağol canım bacım belə gözəl xəbərlər paylaşıb bizi maarifləndirdiyin üçün.. Tşklər
15 iyun 2015 18:38
# 1
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz