Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
4 fəsil = uşaqlığım
4 fəsil = uşaqlığım
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 604
Səs ver:
Bəzən ulduzların çoxluğunu qısqanarsan. Sanki hər kəsin üzünə vurur və bir daha sübut edir ki, təklik yalnız yaradana məxsusdur. Necədə gözəl parıldayırlar. Hər yay fəslində göydə susqun vəziyyətdə bizi izləyərək, nəsə demək istəyərlər elə bil. Hər zaman oralarda yaşamaq istəmişəm, maraqsız boz günlərdə nə qədər yaşamaq olar deyə, ürəkdə gizlətmişdim bir çox etirazları.Amma sonra düşündüm ki, səmaya gözəllik verən ay,günəş və ulduzlardır.Mən orda olsam nəyi izləyib, kimlərlə paylaşacam gördüklərimi?!
- Məncə bu həyatda gözəldir, hər fəsil, hər qayğı, hər ağrı.... Yenidən mübarizə aparmaq ümidi, ümumiyyətlə yalnız gülmək və qarşıdan gələn tətilləri və geridə qalan axşamları düşünmək. Yadıma köhnə fəsillər və isti yay gecələri düşdükcə, möcüzələrin içində yaşayıb, rənglərin çalarlarında boyandığımı anlayıram. Dəqiq bilirəm ki, hər insanın həyatında unudulmaz günlər, yaşanılmış və bir daha yaşanıla bilinməyəcək xatirələr yaşanılıb. Çöldə oynadığımız oyunlar, üzümüzdəki gülüşlər, unudularmı heç?
- Bizə həmin oyunları və xoşbəxt olmağı, nə evdə valdeyinlərimiz, nədə məktəbdə müəllimələrimiz öyrətməmişdi. Biz özümüz kəşf etmişdik. Əgər o günlər bizə borc verilmişdisə, əminəm ki, o günlərin əvəzini əsla qaytara bilməyəcəyik. Səhər yuxudan oyanıb quşların səsini dinləmək, özümüzə məxsus olan cizgi filimlərini izləmək. Və onların əsas qəhrəmanlarının yerində özümüzü canlandırmaq...
- Ən gözəl insanlar olmuşuq biz uşaqlıqda. Onda hələ sosial şəbəkələr, nədə kunopkasız telefonlar yox idi.Sadəcə biz və yaşananlar var idi. Hər şeydən çox az idi, xoşbəxtliklər və gülüşlər istisna olmaqla.Oynadığımız oyunlarda qız və oğlan ayrı seçkiliyi yox idi. Çünki "nəfs adlanan hiss rədd edilmişdi qəlbimizdən, şeytanın cənnətdən qovulduğu kimi.
- Payız fəslidə gözəl keçirdi, həmçinin qışda. Sanki yağış belə başqa cür düşürdü göydən. Məktəbdə oxuduğum kitablar sonuncu kitablar oldu sanki. Həmin hekayələrə özümüzdən əlavələr edib, onları dəyişdirə bilirdik.
- Əynimi qalın geyinib çöldə qar vasitəsi ilə, divara 2005-2006 yazısını yazaraq xoşbextliklə üz-üzə durmaq kimi xüsusi bir gözəlliyə şahildlik etməkdə varmış.... Hər fəslin içində yaşayırdıq biz. Sanki xoşbəxt olmaq üçün limit verilmişidi bizə. Həyat, sandığımız qədər qəddar, təsəvvür etmədiyimiz qədər gözəldir.Özümüzü anlamaq üçün gərək yenidən uşaq ola bilək.
- Buda mümkün deyil. ''Çox yorğunam, dost. Qaça bilsəydim birinci özümdən qaçardım, çata bilsəydim dayanmadan qaçardım 'uşağlığıma'...''


Şərhlər: 14
Baxılıb: 604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
gozel yazidi
13 iyun 2015 18:17
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
Haminin ushaqliqi sakit kecsede menki hecde sakit kecmeyib bezi hallardaa qayitmaq isterdim ushaqliqmaa..atam menle olardi hemishee..coxlu gulerdim tam Aile..amma yendee bu gunmuze Shukur..
Ozude yenede ushaqliq gunleri insanin en gozel gunleridi hansiki ondan sadece shiltaqliq etmek olur bashka gec bir derdin olmur
11 iyun 2015 23:14
# 13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
Əynimi qalın geyinib çöldə qar vasitəsi ilə, divara 2005-2006 yazısını yazaraq xoşbextliklə üz-üzə durmaq kimi xüsusi bir gözəlliyə şahildlik etməkdə varmış.... Hər fəslin içində yaşayırdıq biz. Sanki xoşbəxt olmaq üçün limit verilmişidi bizə. Həyat, sandığımız qədər qəddar, təsəvvür etmədiyimiz qədər gözəldir.Özümüzü anlamaq üçün gərək yenidən uşaq ola bilək.


çox beyendimm) kaş uşaqlğım geri dönsə...
11 iyun 2015 13:49
# 12
Don't trust anyone ∆
Niquw Abdulayeva
Mence geriye kecmise donmek olsaydi cox maraqsiz olardi. Cunki insanlar neyise xeyal etmezdiler
11 iyun 2015 03:02
# 11
yarpaq33
Oxudum cox tesirlendim bir anda butun uwaqliq heyatim canlandi gozumun onunde necede xowbext ve wen yawayirdiq Akif Islamzadenin mahnisi duwdu yadima
Oten gunlerimi qaytaraydilar
Gelen gunlerimi qurban vererdim
10 iyun 2015 23:02
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
...AdaDunyam``
menali ve tesirli meqaledir,onsan oxuduqca ozunden kecir
10 iyun 2015 22:03
# 9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Cimbom Nilay
Tesekkurler canlarım.. 08 heart
10 iyun 2015 20:20
# 8
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
forget_me_not
Axirinci cumle...Ehhhh((( Kaski o gunleri geri qaytara bilsem...
10 iyun 2015 20:19
# 7
MODABAZ
Dogurdan usaqligim yadima dusdu bagcaya getdiyim gunler gucle bagcays gedirdim agladigim o gunler gelen ilde on biri bitirirem bu da usaqligim son fesli olacaq cooox tessuf qedrin bilek usaqligin hec vaxt o usaqligi qaytara vilmeyeceyik yalniz foto sekillere baxmaqla gulmeseyecüyik
10 iyun 2015 20:03
# 6
Heyata daim gulmek lazimdii
Dosta_inam
Eh uşaqliq illeri,oxuduqca insanin gözünde canlanir,bir anliq o günleri yeniden yaşayirsan,teşekkür.
10 iyun 2015 18:59
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Tomris Müslümova
olduqca tesir eledi mene xususende 'Çox yorğunam, dost. Qaça bilsəydim birinci özümdən qaçardım, çata bilsəydim dayanmadan qaçardım 'uşağlığıma'...'' bu cumle.ele qacardimki usaqligima hec donub geriye baxmadan bu gunlerimi yada salmadan qacardim :(
10 iyun 2015 18:57
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Təsirli oldu çünki oxuyan zaman hər bir xoş , qayğısızlıqla dolu uşaqlıq illərim gözümdə canlandı . O illər heç vaxt unudulmur, xoş bir xatirə kimi əbədi olaraq bizimlədi ) Yadımdadı uşaq vaxtı ən çox yayda hər gecə ulduzlara tamaşa etməyi sevərdim indi sevsəmdə izləmirəm ...təşəkkür svetok o illərə qaytardın bir anlıq , fon şəklində olan sarışın cuppuluda sən olarsan yəqin)..
10 iyun 2015 18:48
# 3
naxçıvan balası
Eh uşaqlığımda rahat keçmiyib uşaqlığıma dönüm yenede uşağlığıma indiki ağlımla geri dönmek isterdim indiki sefleri etmemek üçün
10 iyun 2015 18:42
# 2
BARBI
Menim de usaqligim cox gozel sen ve qaygisiz kecib . Kas ki o illere qayitmaq sansim olardi.
10 iyun 2015 18:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz