Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənimlə oyna - real hekayə
Mənimlə oyna - real hekayə
Göndərən: Nazlı_qız
Şərhlər: 19
Baxılıb: 716
Səs ver:
Bir dəfə yayda sanatoriyaya istirahət etmək üçün getdim. Yaşıllıq, təbiət, hündür dağlar çox gözəl bir yer idi. Yorğun idim, dincəlmək üçün nömrə tutdum. Birinci günüm adi bir gün kimi keçdi. Sonra isə şirkətdən olan uşaqlar ilə tanış oldum. Onlarla dostlaşdım və dostluğumuzu qeyd etmək qərarına gəldik. Bir az içdik və sonra ayrıldıq. Yorğun olduğum üçün mən onlardan tez ayrıldım. Hər şey çox əla olardı, əgər divarın arxasında qəribə ailə yaşamasa idi. Gecəyarısı mən divarın sağ  tərəfində taqqıltı səsi eşitdim. Bu səs yarım saat davam elədi. Fikirləşdim ki, adamlar yeni gəliblər nömrəyə yerləşirlər. Unutmağa çalışdım. Yatmağa getdim. Ertəsi gün yuxudan ayılanda özümü çox yorğun hiss edirdim. Səhər yeməyini yedim, dostlarla görüşüb əyləndik bir günüm də beləcə keçdi. Nə qədər qəribə olsa da, elə bil ki, bir gün daha çox istirahət etdim. Gecəyarı yenə qayıtdım, yatmaq qərarına gəldim. Bu dəfə həmin divarlarda kənardan qəribə bir cırıltı eşidildi, sanki kimsə dırnaqları ilə divarı cızır və mənim otağıma yol açmaq istəyirdi. Mən bir az içkili idim. Qarışmamaq qərarına gəldim. Düşündüm, əgər belə davam etsə, qonşuya şikayət edərəm, ya da qonaq gedib başa salaram. Çünki yatmağa mane olurdular. Və daha bir gözəl gün elə gəldi ki, bizim aramıza qızlar da qoşuldu. Soyuq çay, balıqçılıq, kabab hər şey əla idi.

 Bu gecə doyunca yatmaq  fikri məni tərk etmirdi. Və budur, məni gözləyən çarpayı. Çarpayıya uzandım. Təəccübləndim. Heç bir səs yox idi. Amma birdən: Elə gəldi ki, yenə həmin qonşuların səsi idi. Səsdən sonra yatmaq istəyirəm. M..ə  o..y..a ! Yenə səs. Yorğanı başıma çəkdim. Yenə o səsi eşidirdim. M..ə  o..y..a!  Artıq ucadan və aydın idi. Mən dözə bilmədim, qalxıb qulağımı divara söykədim. Mənimlə oyna! Şıltaq uşağın səsi idi, kiməsə onunla oynamağı tələb edirdi. Fikirləşdim ki, yaxşısı budur yatmağa gedim, onlara sabah gedərəm. Mənimlə oyna! Divarın arxasından gələn səs daha da güclənirdi. Mənimlə oyna! Mənimlə oyna! Oyna! Oynamaq! Oynamaq!  Bərk qışqırıq eşidilirdi. Oyna! Oyna! Oyna! Qışqırıq davam edirdi, elə bil mənim otağımda qışqırırdı.

Mən lap hirsləndim, yerimdən qalxdım, telefonu götürüb  sanatoriyanın müdirinə zəng etmək qərarına gəldim:

Müdir: "Alo, gecəniz xeyir, sizi nə narahat edir"?

Mən: "Bəli, qonşular məni tez-tez narahat edir. Səs-küy, artıq üçüncü gündür davam edir, bu uşaq məni yatmağa qoymur"!

Müdir: "Bağışlayın, ancaq deyəsən sizin qonşuluqda gənc cütlük yaşayır, onların uşaqları yoxdur".

Mən: "Siz nə danışırsınız"!  "Mən ağılsızam”?  Sol tərəfdəki qonşular özlərini yaxşı aparır. Məni sağ tərəfdəki qonşular narahat edir.

Müdir:  (dəstəkdə sükut): "Ser, siz nə danışırsınız"?

Mən: "Bəs"?

Müdir: "Siz tindəki nömrədə yaşayırsınız, sağda sizdə nömrə yoxdur"!

Qulağıma yaxınlaşan səs pıçıltı ilə: "Mənimlə oyna"...


Şərhlər: 19
Baxılıb: 716
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ne maraqli sirli hekayedi
13 iyun 2015 19:48
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
zayka15
ayda yene qorxdummee 18 18
12 iyun 2015 17:46
# 18
Birinin nece gulduyunden terbiyesini,neye gulduyunden ise seviyyesini anlaram
SENSİZ
coc qorxunc hekaye idi tuklerim biz-biz durub goresen o sozu soyleyen kim idi?
11 iyun 2015 23:22
# 17
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
my_angel
Qəribə və qorxunc hekayədir. Bəs "Mənimlə oyna!" deyən kim idi? Ola bilər ki, həmin şəxsin psixologiyasında problem var.
11 iyun 2015 23:11
# 16
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
...AdaDunyam``
oyy,men de cox qorxdum,FIALKA xanima qatiliram,mence de real bir sey deyil
11 iyun 2015 23:06
# 15
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
ulduz
ESLINDE URPENDIM ARDI OLSUN HEKAYENIN.GOREK SERLE OYNAYAN KIMDI..
11 iyun 2015 22:23
# 14
GünƏşimƏ_AiD_
Aa ne maraqli idi sevirem belencinee mexfi hekayeleri...ujas fason..maraqlidi goresen kim idi o..
11 iyun 2015 22:18
# 13
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Bu hekayənin nə dərəcədə real olması sual altındadır çünki hekayəni danışan şəxsin psixi durumu nə yerdə olduğu da önəmlidir..
11 iyun 2015 20:43
# 12
qanadli melek
Kimiymiw bes o sozu deyen?birwey anlamadim desem))
11 iyun 2015 20:30
# 11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
teri meri
Kim idi ki bu sözləri deyən belə şeylər çox vaxt qurma olur ya da gözə görünməz qüvvələr tərəfindən olur maraqlı və qorxulu
11 iyun 2015 20:22
# 10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Leylican
Teeccublendi aaa bes Menimle oyna! Sozunu deyen kim imis???? Cox maraqlidi
11 iyun 2015 19:36
# 9
SEBR....
WiRiN BaLaM
qorxdum onun yerine 27
11 iyun 2015 19:32
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Meleknur
Men olsaydim desteyi yere atib tez qacardim qorxudan)
11 iyun 2015 19:05
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Mence ruhdu ya da cinler. Hercend ki bele seylere inanmiram .
11 iyun 2015 18:53
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
aaa maraqlidiyeee. goresen kimiydi bes o???
11 iyun 2015 18:49
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Yaxşi bes o nece oldu ki,otaq yoxsa ses hardan geldi,axiri aydin olmadi mene.
11 iyun 2015 18:46
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Baharim ol
Sagda nomre yoxdusa bes kim imis.nese catmadi mene
11 iyun 2015 18:43
# 3
Ama yenede
Tomris Müslümova
be o sozu deyen kim imis??
11 iyun 2015 18:38
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ALESSANDRA
oy qorxdum belə hekayeleri oxuyanda ister-istemez qorxuram! tşk
11 iyun 2015 18:34
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz