Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zəhərli çörək
Zəhərli çörək
Göndərən: Nazlı_qız
Şərhlər: 19
Baxılıb: 706
Səs ver:
Nə tökərsən aşına, o da çıxar qaşığına. (Atalar sözü)
Tez-tez evinin qapısını döyüb dilənən qadından bezib olduqca narahat olan evin xanımı bir gün yenə eyni dilənçi qapısını döydüyündə ondan xilas olmağa qərar verər. Dilənçiyə bir az gözləməsini söyləyib mətbəxdən bir parça çörək götürüb ortasından kəsərək arasına pendir və zeytun yerləşdirər. Təbii ki, bu vaxt arasına həşərat öldürmək üçün istifadə etdiyi qüvvətli zəhərdən tökməyi də unutmur. Çölə çıxıb çörəyi dilənçiyə uzatdığı zaman qadın "Allah razı olsun" deyib evdən ayrılır.
Qarnı ac olan qadın bir məscidin həyətində bir az əvvəl ona verilən çörəyi çıxarıb yemək istəyərkən əl-üzünü yuyan bir əsgərin ona baxdığını görür. Əsgərin halından yoldan gəldiyi və yorğunluğu aydın görünürdü. Dilənçi əsgərin baxışlarından onun ac olduğunu və sanki "bir az da mənə ver" dediyini duyur. Gəncin halına acıyan qadın çörəyin hamısını əsgərə verir və oradan uzaqlaşır.
Dilənçi qadının verdiyi çörəyi iştahla yeyən əsgər çox keçmədən ağrıdan qıvranmağa başlayır. Bir müddət sonra məscidə gələn camaat yerdə qıvrılan gəncin kim olduğunu və ona nə olduğunu soruşub öyrəndikdən sonra evinə aparırlar. Gənc əsgər bir az əvvəl məscid həyətində bir dilənçi qadının ona çörək verdiyini və o çörəyi yedikdən sonra bu hala düşdüyünü deyəndə qadın dilənçiyə verdiyi çörəyi xatırlayır və başından aşağıya qaynar su tökülür sanki. "Mən nə etdim?" deyə çırpınmağa başlayır, amma iş işdən keçmişdir. İgid cavan oradaca həyata gözlərini yumur.


Şərhlər: 19
Baxılıb: 706
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aydan Habili
Sitat: Niquw Abdulayeva
Burda yazilmayib o esger kim idi kimin oqlu idi. Amma deyesen hemin qadinin oqlu idi men bele fikirlesdim.

Heqqi Allah elenciylerin qarsisina çıxardır...
28 iyun 2015 00:15
# 19
eıiyeva gülmaye
O qadin sehv iş gorubdu. Allah bele insanlarin nifretini azaltsin. Amin
maraqli idi tesekkurler
28 iyun 2015 00:03
# 18
ayka95
ozgesine quyu qaza ozu duser deyibler atalar qadin nebilerdi ki verdiyi zeherli coreyi oz oglu yeyer
27 iyun 2015 23:23
# 17
Fiorella
Vermirdin hec vermede gorursen ne pis esirsen yaxsida pisde qabagna cxr
27 iyun 2015 22:02
# 16
teri meri
heyf anasının günahını gənc oğlan həyata tez göz yummaqla yudu
27 iyun 2015 21:38
# 15
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Catwoman666
o ifrite qadina da eceb oldu. neye lazimdi ki zeher tokmek???
27 iyun 2015 21:30
# 14
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
her kes etdiyinin cavabini mutleq alir
27 iyun 2015 21:25
# 13
sadecə mən
İnsan oğlu bilməlidir,
Xeyir nədir,şər nədir
Haqqı yazan hər bir sətir,
Tapılmaz xəzinədir.
27 iyun 2015 21:15
# 12
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
ALESSANDRA
yaxis olib qadina
dilençi ise çox üreyi açiq olib dilençi olmasina baxmayaraq

ibretamiz hekayedi tsk
27 iyun 2015 21:08
# 11
Don't trust anyone ∆
vipbetul
ibretli hekayedi Allahteala senin qapina birini gonderirse demekki onunda ruzisini sene yetirib sende onu vermelisen,o dilecinin ruzisini vermedin oqlundan oldun

ibretli hekayedi Allahteala senin qapina birini gonderirse demekki onunda ruzisini sene yetirib sende onu vermelisen,o dilecinin ruzisini vermedin oqlundan oldun
27 iyun 2015 20:53
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
rəmsə
Ibretli hekaye ucun tsk,heyat budur isde "etme-bulma" dunyasi...
27 iyun 2015 20:33
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Tomris Müslümova
Allah hər kəsin öz qəlbinə görə versin
dogurdanda nə əməələrin olursa pis ya yaxşı bir-bir qarşına çıxır,çox tərbiyyəvi əhəmiyyət kəsb edən hekayədi təşəkkürlər))
27 iyun 2015 20:20
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nergizz
ibretli hekayedi ewitmiwdim bunu,,twkur
27 iyun 2015 20:09
# 7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Fialka
Həmişə qazılan quyulara özü düşür demək olmur, pis əməlin qurbanına çevrilir xeyirxah olan insanlar. Onların ahını Allah yerdə qoymur axirətdə olsa belə cəzasını verir...
27 iyun 2015 19:45
# 6
my_angel
İbrətli hekayədir. Özgəsinə quyu qazdı,ancaq öz evinin quyusuna düşdü. Əgər o dilənçiyə pis niyyətlə zəhərli çörək verməsəydi başına bunlar gəlməzdi,əsgər həyatda qalardı. Allah belə pis niyyətli,quyu qazan insanları cəmiyyətdən islah etsin tezliklə. Hekayə üçün təşəkkürlər.
27 iyun 2015 19:01
# 5
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Niquw Abdulayeva
Burda yazilmayin o esger kim idi kimin oqlu idi. Amma deyesen hemin qadinin oqlu idi men bele fikirlesdim.
27 iyun 2015 18:59
# 4
aliceWOnDer
Amma burda o esgerin ne gunahi var ki..?! Hec bir gunahi olmayan bir gencin heyati mehv oldu..
27 iyun 2015 18:52
# 3
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
Çox gözel ibretamiz hekayedir,elimiz ile verdiyimiz heyatımızı mehv edir,men hemişe terif olmasın,qapıya dilençi gelende hele verdiklerimden elave,eve devet edib çay yemekde verirdim,teşekkür.
27 iyun 2015 18:49
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Cox ibretamiz hekayedir. Qadin esgere verdiyi corek onun heyatini mehv etdi.
27 iyun 2015 18:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz