Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir sevgi hekayəsi
Bir sevgi hekayəsi
Göndərən: Nazlı_qız
Şərhlər: 15
Baxılıb: 1005
Səs ver:
Qorxurdu. Sevməkdən. Yenidən sevib aşiq olmaqdan.Yarı yolda qalmaqdan bəlkə də. Bəlkə də bir gün onsuz qalmaqdan. Dərdləri ilə onu sıxmaqdan qorxurdu bəlkə də. Dəlilər kimi ona aşiq olmaqdan qorxurdu. Ona bəxş olunan bu həyatı tənha yaşamaq qərarına gəlmişdi. Ona səni sevirəm deməklə cox cəsarətli bir addım atmışdı o zaman. Ondakı cəsarətə heyran qalmışdı. Qarşılarında böyük bir əngəl olduğunu bilə-bilə sevgisindən vaz keçməmişdi. Nə qədər tərsləsə də, bunun imkansız olduğunu desə də, onu sevməkdən qorxmamışdı. Onu sevmək bilirsiniz, nə deməkdir? Onu sevmək səhrada çiçək bəsləmək kimidir. O həmin çiçəyi göz yaşları ilə böyüdürdü. Sevirdi. Buna görə çox əzab çəkirdi, amma yenə də sevirdi.

Eşqinə, dərdinə əlac axtarırdı. Bu sevginin imkansız olduğunu hər ikisi bilirdi. Amma qəlbə söz keçirmək olmurdu. Sevgisindən xəzan olmuş qonçə gülə dönmüşdü. İlk göruş. O baxışlar. Susaraq qarşısında dayandı, dəqiqələrcə səssiz-səssiz gözlərinə baxırdı. Sanki gözlər danışırdı. Sanki zaman da durmuşdu. Susurdular. Yalnız gözlər danışırdı. Baxışları danışırdı. Sənsiz mən yetim qalmışam bu neçə illər boyu. Sən mənim gələn nəfəsimsən. Elə bir nəfəs ki, ölüncəyə qədər bəsimdir. Sənsiz sanki boğuluram. Sən məni həyata bağlayan səbəbimsən, məni sənsiz qoyma. Onun da baxışları mən bu illəri sənsiz yaşamamışam deyirdi sanki.

Bir-birilərinə faydaları yox idi bəlkə də, ancaq dəlilər kimi sevirdilər. Bəlkə də tək ehtiyacı səni sevirəm demək idi. Bir gün qəlbini verdi. Kaşkilərlə dolu bir ömür gözləyirdi onları. Daxilləri sızlaya-sızlaya kaşki deyirdilər. Amm sevirdilər. Gülüşünə aşiq olmuşdu. Gülərkən gözlərinə baxmağa aşiq olmuşdu. Bəlkə də simasında yaranan körpə təbəssümünə vurulmuşdu. Bəlkə də dəlisov olduğu üçün sevirdi, dəliliyinə aşiq olmuşdu. Kim bilir? Amma sevirdi. Nə olur olsun, sevirdi. Günəşlə Ay kimi tutulmuşdular bir-birilərinə. Sevgi budur, bəlkə də, imkansız olduğunu bilərəkdən sevmək. Gözlərində boğulmaqdır sevgi. Zamanın və məsafələrin araya girməsinə baxmayaraq çox sevirdilər. Bir gün qovuşmaq ümidi ilə sevirdilər. Bəlkə də sevmək elə qovuşa bilməməkdir. Bəlkə də sevmək əlini uzadıb tuta biləcək qədər yaxın, mümkün və bir o qədər də uzaq və mümkünsüzdür...


Şərhlər: 15
Baxılıb: 1005
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
icinde SEVGI kelimesi olan hec bir hekayeni ve ya cumleni ve s. heeccc neyi sevmirem dee 24 oxudum hekayeni amma cox maraqsiz geldi. insanin ureyi sixilirrpff
14 iyun 2015 14:27
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
Miss_Oxatan
Insan sevende de elden qoymamalidir.hind kinolarindaki kimi,esir yesir olanlardan acigim gelir.uzaqdan sevmeyi coxu hec derk etmir bele.uzaqdan sevmek ozu de mentiqe dayanmalidir.iwdi de sevdin,ama mentiqle duwunmelisen bu insanla xowbext olacammi?onu secsem yaranan problemlere o ve ya men tab getire bilecemmi?eger bele suallara eminlikle cavab tapa bilsen yaxinlaw,yox eger tereddud etsen yaxinlawma ele uzaqdan sev.sevgi insanin beyninde bir hormonun damcilamaga bawlamasi ile o hormonun qutaracagi gune qeder davam eder.bir sozle sevginin omru hormondan asilidir.o hormon qutarana qeder sevgini subut et ve qazan.yoxsa omrun biter ve geriye sadece bow kecen bir omur qalar,olan ise bow yere axan hormona qalar.
14 iyun 2015 02:53
# 14
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
vipbetul
cox maraqsizdi

cox maraqsizdi
14 iyun 2015 00:13
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergizz
mene taniwdi ,bele bir sevgi twkk xeber ucun
13 iyun 2015 21:40
# 12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
tek umidim sen
Bu sevgi meselesi hem qelizdi hem de ki vacib)))
13 iyun 2015 21:32
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Ən yaxşısı sakit, dinc dayanmaqdı)) tək sevgiylə ailə qurmaq asan olsada orda hörmət , inam, anlayış ...yoxdursa o sevgiylə qurulan ailənin sonu tez görünər..
13 iyun 2015 20:48
# 10
aRzuM209
Mən inaniram delicesinə sevgiyəəə
13 iyun 2015 19:55
# 9
Içində bitməyən ümüd varsa demək hələdə gec deyill.....çarəsizlikALLAHDAN gələn ən gözəl işarətdir sonsuz şükürlər olsunki əllərimizi sənə açmağ üçün bizi bu çətin yollardan keçirirsən...çox şükür məsləhətinə ALLAHIM!
yarpaq33
Bele delicesine sevgi artiq nagillarda romanlarda qalib heyatda delicesine sevgiye inanmiram olsada ele deliler sever delicesine axirida olumle qurtarir xeberlerde gorduyumuz kimi twk
13 iyun 2015 19:36
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
qanadli melek
Sevginin varligina inamim qalmayib artiq
13 iyun 2015 19:18
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Sevmek gözel hissdir,ta deli kimi niye sevirdi ağilli kimi sevseydi qovuşardi,Allah sevenleri qovuşdursun tezlikle,heç bir seveni sevenden ayirmasin,Amin.
13 iyun 2015 19:16
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Cox seven insanlar hec vaxt qovusa bilmir. En yaxsisi ele uzaqdan sevmekdir.
13 iyun 2015 18:59
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
men inaniram heyatda her wey olar
13 iyun 2015 18:43
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
aziz a
Sevgini tesvir etmeye mende ne quvve var, nede cesaret, cunki sevgi tesvir olunmaz bir hissdi...
13 iyun 2015 18:43
# 3
Qelbim doludu !!!!
ALESSANDRA
düzü sevgiye maraqım azalıb...yaşamıyanda azalar təbiiiki...nifrət edirəm bu sözü dəli kimi sevmək...heç kim bir birini o dərəcədə sevə bilməz razı deyiləm1
13 iyun 2015 18:41
# 2
Don't trust anyone ∆
Tomris Müslümova
bele deliler kimi sevmek mene catmir,ele bir hiss nece olur nece yaranir mene cox maraqlidir.hasiyeye cixmaq istiyirem.bir bele sevgi esq mehebbet bir oglana (yada qiz) oldugu qeder goresen ata-anayada varmi? ozunu oglana (yada qiza ) gore olduren insan goresen ata-anayada gore ozunu oldure bilermi???bir insana orgesmek baglanmaq cox istemek olar ama bu qeder de mence olmaz!!
metine bir sozum yoxdu bu danilsada insani bir hissdir ama heyatda yasama sansi insana bir defe verilmise onu basqasinin ezabini cekmeye yox ozu ucun menali yasamaga hesr edilse lap yaxsi olar.tesekkur edirem :)
13 iyun 2015 18:35
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz