Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi gözəldir sevəninə
Sevgi gözəldir sevəninə
Göndərən: Chalikushu
Şərhlər: 14
Baxılıb: 594
Səs ver:
Mən 9 il bundan əvvəl artıq yaşadığımız bu gözəl mənalı dünyaya əlvida demişəm. Mən bu hekayəni burda mən necə yaşayıram deyə yox sizlərə öz acı , ancaq Böyük məhəbbət tarixçəmi danışmaq üçün yazıram.  Bundan əlavə də demək istəyirəm ki, hətta axirət dünyasında da məhəbbət heç vaxt ölmür. Hətta bunu Siz istəsəniz belə. Biz 31 dekabr bir qış gecəsində tanış olduq. Mən öz həyat yoldaşımla birlikdə köhnə dostlarımla yeni ili birlikdə əvvəlcədən planlaşdırdığımız restoranda keçirəcəkdik. Mənim həyatım onun gəlişinə qədər olduqca mənasız idi. Hətta o qədər mənasız idi ki, hərdən bir tək qalanda öz-özümə sual verirdim mən bu dünyada kimə lazımam? Nədir mənim bu həyatdakı rolum? Və sairə kimi suallarla özümü bezdirirdim. Mən çox istəyirdim ki, mənim bir övladım olsun, amma övladım olmurdu. Onunla görüşəndən sonra başa düşdüm ki, bəli mənim həyatımın mənası bu xanımdır. Mən illər boyu məhz bu günü, bu insanı gözləmişəm. Mən onun gözəlliyini təsvir etmək istəmirəm. Əslində mən onun gözəlliyini heçbir formada heçbir kəlmələrlə ifadə edə bilmirəm. Bu gözəllik ilahi bir gözəllik idi. Onunla qarşılaşmaq mənim üçün çox çətin idi, çün ki, o da mənim kimi bu məclisə tək gəlməmişdi. O, bu məclisə mənim dostumla gəlmişdi. Onlar cəmi 2 həftə idi ki, tanış idilər. Amma onun haqqında mən dostumdan olduqca maraqlı məlumatlar eşitmişdim. Nəhayət bu gün mən bu insanı gördüm. İmkan tapan kimi pəncərəyə yaxınlaşdım və şüşəyə "SEVİRƏM” kəlməsini yazdım. Yenidən stol arxasına keçdim və yenidən sağlıqlar deyilməyə başladı. Mən bir saatdan sonra yenidən pəncərənin yanından keçəndə, sanki nəfəsim bir anlıq tutuldu, ayaqlarım bir anlıq yeriməz oldu. Mən pəncərədə " SƏNİNƏM” yazısını gördüm. Məhz həmin dəqiqə bir şeyi də dərk elədim. Məhəbbət hər bir insanın taleyinə yalnız bir dəfə gəlir. Bunu insan həmin an hiss eləyir. Bax mən o hissləri məhz həmin an hiss elədim. Məhz mənim həyatım həmin o yeni il axşamından sonra başladı. Mən onun gözlərinə baxanda bu hisslərin məhz onun üçün də ilk dəfə olduğunu gördüm. Yanvar ayının 2 Biz tək qalmaq mehmanxanaya gəldik. Artıq pəncərəyə yazı yazmaq bizdə bir növ adət halını almışdı. Mən şüşəyə onun üçün "Sən mənim röyamsan” O isə " Yuxudan ayılma əzizim” yazırdı. Biz ən çox arzuladığımız istəklərimizi mşının, mehmanxananın, dostlarımızın evlərininin pəncərələrinə yazırdıq. Biz bilikdə cəmi 2 ay birgə olduq. Bir gün bu şirin yuxu bizim üçün bitdi. Sevgilimin ad günü üçün maşından düşüb ona gül almaq istəyirdim. Yolu keçəndə qəfildən maşın məni vurdu. Mən bu dünyanı tərk etmiş oldum. Artıq 9 ildir ki, hər gün mən sevgilimi yalnız kənardan ona toxuna bilmədən izləyirəm. Mən ancaq O, yatanda onun yanına gəlirəm. Mənim üçün ən böyük acı ona toxuna biməməyimdir. Mən onun çarpayısının yanında əyləşirəm və onun ətrini öz nəfəsimə çəkirəm. Mən ağlaya bilmirəm. Bunu bacarmıram. Amma ağrı hiss etmirəm. Fiziki cəhətdən deyil, mənəvi cəhətdən his edirəm. Artıq mənim həyatımın yeganə mənası olan bu gözəl qız 8 ildir ki, yeni ili mənsiz qarşılayır. O, pəncərənin qarşısında tənha oturaraq, özüüçün bir piyalə şampan süzür və ağlayır. Mən bundan başqa yaxşı bilirəm ki, bu sevgilicanannım yenədə pəncərəyə yazı yazır amma mən bunları oxuya bilmirəm. Keçən yeni ildə mən Allahdan tək bir arzu dilədim- Onun sonuncu yazdığı yazını oxuya bilməyi. Nehayet ki növbəti yeni ildə mən sevgilim yatdıqdan sonra, onun çarpayısının yanında əyləşərək, saçlarını tumarladım, onun əllərindən öpdüm.... Sonra mən pəncərəyə yaxınlaşdım. Mən bilirdim ki, bu dəfə məndə alınacaq. Mən bu yazını oxuya biləcəm və nahəyət ki, mən o yazını oxuya bildim. Orda belə yazılmışdı " Məni Burax Xahiş edirəm” . Bu yeni il onunüçün sonuncu yeni il olacaq ki, o bunu tənha qarşılayacaq. Mən bu yazını oxumaqdan ötrü, Allahdan sonuncu bir arzu xahiş etmişdim. Bu arzunun yerinə yetməsi üçün mənə nəqədər acı olsa belə bir daha onu görməyəcəyimə söz vermişdim. Şərtimiz belə olmuşdu. Bax nəhayət ki, artıq yeni ilin başlanması üçün son dəqiqələrdir. Saat axşam 12-ni vuranda hamı bir –birini təbrik edəcək. Mənim bu həyatda olan tək sevgilim tək sevgim,həyatımın mənası yenə də özü üçün bir piyala şampan süzərək pəncərənin qarşısında oturacaq və yeni ilin ilk saniyələrində şüşədə belə bir yazı görəcək "Buraxıram- Xöşbəxt ol!”


Şərhlər: 14
Baxılıb: 594
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
hecne anlamadim
3 iyun 2015 13:51
# 14
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
EsmaNur
qeribe hekayedi)
3 iyun 2015 05:58
# 13
vipbetul
maraqsiz hec bir ifadesi olmayan hekayedi
3 iyun 2015 00:33
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ayten666
Menasiz nagildi:)(
3 iyun 2015 00:24
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Mrs.Pianist
Menasiz bir seydi. T$k
2 iyun 2015 22:33
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Meleknur
Axri biraz menasiz oldu evveli yaxwi geldi amma
2 iyun 2015 22:10
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
MODABAZ
Sevgi hoxel seydi sevgilisi olana
2 iyun 2015 21:38
# 8
Heyata daim gulmek lazimdii
Miss_Oxatan
Utopiya.bunu yazan gorub ki,dirilerin dili ile insanlar sevgini derk etmir ruhlarin diliyle yazib,diriler bawa salmayani deyib belke ruh qandira)))
2 iyun 2015 20:17
# 7
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Təsirli hekayədi, hekayədən belə qənaətə gəlmək olar ki, sevdiyi insanın yasını saxlamaq artıq əzaba çevrilib, buda əlbəttə həyatı çəkilməz hala çevirib ona görə məni burax deyir) ..
2 iyun 2015 19:44
# 6
yarpaq33
Cox tesirli hrkayedi men bawa duwdum hamisini bir az Ruh filmini xatirlatdi mene
2 iyun 2015 19:27
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Maraqli hekaye oldu,ancaq biraz qarişiq geldi kimöldü kim qaldi bilmedim ki,men,yenede maraqli oldu.
2 iyun 2015 19:01
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
cox tesirli hekayedir.bele sevgilerde var ki olendede bitmesin hec inandirici gelmedi
2 iyun 2015 19:01
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ell.nell
Men hecne anlamafım.Ölen kim qalan kim
2 iyun 2015 18:51
# 2
ALESSANDRA
maraqlı hekayədi) ancaq başa düşmədim qız niyə pəncərəyə məni burax xahiş edirəm yazmışdı..hardan bilirdiki ruh onu izləyir?( bu yeri xoşuma gəlmədi(
2 iyun 2015 18:41
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz