Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maraqlı həyat hekayəsi
Maraqlı həyat hekayəsi
Göndərən: Fialka
Şərhlər: 11
Baxılıb: 659
Səs ver:
Anası tibb bacısı məktəbində oxuyurdu. Gözəl deyildi amma həddindən artıq çox çəkdiyi makiyajı və açıq paltarları ilə diqqətləri uzərinə çəkməyi çox yaxşı bilirdi. Olduqca ədalı, flört etməyi sevən, rəqsi və içkini sevən biriydi. Atası isə cazibədar bir adam idi.Müxtəlif şəhərlərdə kimisini hamilə, kimisini körpəli olaraq tərketdiyi bir çox sevgilisi və arvadı var idi. Haqqında olan bəzi məlumatları gizli saxlayar,hardan olduğunu və doğum tarixi ilə bağlı suallara yalan cavab verərdi. Bir gun o bir qız dostunu tibb bacısı olan bir tələbənin işlədiyi xəstəxanaya aparmışdı.Ilk dəfə orada qarşılaşdılar.Ilk görüşdə eşqdi bu. 2 ay sonra evləndilər. Ancaq adam başqa biriylə hələ də evli idi ki bu evliliklərini qanuni hesab etmirdi.Birinci evliliyinin bosanma ilə sonlanmasi 1 il sonra gerçəkləşdi.
Təbii ki bunlardan kimsənin xəbəri yox idi.Toydan bir neçə həftə sonra orduya çagrildi və İkinci Dünya Müharibəsində iştirak etdi.O əsgərikən gənc gəlin öz ana və atasıyla qaldı və əyləncələrə qatılıb rəqs etməkdən də heç geri qalmadı. Əsgərdən qayıdarlən əri ancaq başqa bir şəhərdə iş tapa bildi, o orada çalişarkən gəlin yenə ailəsiylə qalmağa davam etdi. Gələcəkləri parlaqidi.Bir körpələri olacaqdı və adam bir ev almağa çalışırdı.Axırı ki onların da öz evləri olacaqdı.Beləliklə o arvadını təzə evlərinə aparmaq üçün yola düşdü. Ancaq o gun qadın həyatinin ən pis xəbərini aldı. Avtomobili sürətlə sürdüyü üçün o qəza etmiş və ölmüşdü.Gənc qadının bütün xəyalları çökmüşdü. Bir neçə ay sonra ölən ərinin adini verdigi bir oğlu oldu. Bir yetim olaraq doğulmuşdu və daha körpəykən anası onu nənəsi və babası ilə birlikdə qoyub məktəbini bitirməyə başqa bir şəhərə getdi.Nənəsinin evində həyat çətin idi. Nənəsinin seksual hərəkətləri eynən anası kimiydi.Bundan əlavə onun nənəsinin tez-tez krizləri tutar,qışqırıb bağırar əşyaları vurub dağıdarmış. Babası isə spirtə sığınaraq bütün bunlara dözən səssiz bir adam idi. Bu mühit körpə üçün qorxulu idi. Uşaq üc yaşına gəldiyində anası tibb bacısı məktəbini bitirib evə qayıtdı.
Eyni il bütün tərzi ilə ilk ərinə bənzəyən bir adamla evləndi. Adam içki içir, qumar oynayır və sərxoşkən arvadını və ögey oğluna zülm verərdi. Ailə qısa bir zamandan sonra qumarxanaları, rüşvət yeyən siyasətçiləriylə məşhur, bir zamanlar qanqsterlərin populyar yeri olan bir qəsəbəyə köçdülər. Qəsəbənin havası evdəki problemləri daha da coşdurdu. Ana artıq yalnız əyləncələrə gedib içki içməklə qalmır bir də qumar oynayırdı.Böyük ehtimalla arvadına xəyanət etməkdə olan ögey ata isə onu sədaqətsizliklə günahlandırır və buna görə də hər gecə onlar dava edərdilər.Amma xaricdən baxanda sevgi doıu ailə tablosu kimi görünürdülər.İş adamı bir ata, çalisan bir ana, ağıllı bi uşaq.Uşaq daha on yaşında ikən ailəsinin adini qorumaq üçün bayırda xoşbəxt bir üz göstərməyi öyrənmişdi. Evdə ana-ata anlaşılmazığı kimi bir problem oldugunda uşaqlar özlərini günahkar hesab edərlər. Yəni kiçik uşaq özünün bütün buqarmaqarışıqlığın özəyi olduguna inanır, onun üçün də hər kəsi məmnun etmək üçün əlindən gələn herseyi edirdi.Ağıllı bir uşaq və yaxşı bir şagird oldu. Bu hərşeyden məsul olmaq duyğusu onu bir mükəmməliyətçi olmağa itələdi. Ona atalıq edən və onu qoruya biri heç olmamışdı.Amma o doqquz yaşındaykən doğulan kiçik qardaşı üçün bir ata fiquru idi. 14 yaşıma çatdığında ögey atası anasını döyməyə başlamışdı.16 yaşında ikən bir dəfə sərxiş adam anasına qayçıla hücum etmiş, o isə anasını ögey atanın əlindən qurtarıb ona "Əgər onları istəyirsənsə birinci məni keçməlisən" dedi. Adam qayçını qoyub döymək üçün kəmərini çıxardarkən, o anasını və qardaşını qonaq otağına çəkib qapını adamın sifətinə bağladı. Anası adamı boşayıb eyni il onunla təkrar evləndi.Oğlan buna çox əsəbiləşmişdi.Anasının bu adamla nəyə görə yenidən evləndiyini anlamırdı.Qısa müddətdən sonra adam ölümcül bir xəstəliyə tutuldu. Artıq evdə, özünə aciyan yazıq bir fiqurdan başqa bir şey deyildi.Beş il sonrakı ölümünə qədər arvadı həmişə yanında idi. Gəncin heç bir dostu ya da başqa biri evdə bütün bunların olub bittiyinden xəbəri yox idi.O məzun olduqdan sonra universiteti oxumaq üçün başqa şəhərə getdi.Oxford universitetində oxuması üçün yetərli olacaq bir təqaüd qazanacaq qədər yaxşı bir dərəcə ilə məzun oldu. Oxforddan qayıtdıqdan sonra
Yale Hüquq Məktəbinə getdi, orada gələcəkdəki həyat yoldaşı Hillary Rodhamla tanış oldu
32 yaşında Arkansas Qubernatoru eyni zamanda ABŞ-ın ən gənc qubernatoru oldu. 1992-ci ildə Bill Clinton prezident seçilmişdi. Onun hekayəsi insanin gücünü göstərir. Bununla birlikdə insanın yetişdirilmə tərzinin və ətrafında baş verən hadisələrin insan üzərində təsirini göstərir.


Şərhlər: 11
Baxılıb: 659
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
yaxsi serait gormeyib amma yaxsi serait gormek isteyi ile mubarize aparib
27 may 2015 20:37
# 11
Catwoman666
ayyy ureyim sixildi vallah axira qeder oxuya bilmedim ona gore de
27 may 2015 17:56
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
maraqlı və qəribə hekayədi.ailəsindəki bu qədər tərbiyəsizliklərə,acımasızlıqlara baxmayaraq yenədə öz məqsədiinə çatdı))))dərs alınası hekayədi
27 may 2015 16:43
# 9
Don't trust anyone ∆
aziz a
Ay Bill Klintonun aci heyat hekayesi olub, basqasi olsaydi, bu cur heyat terzinin icinde avara, pozgun olardi, amma Klinton butun bunlardan sebebsiz netice cixarib, bele yuksek yerlerde qerar tutub....
27 may 2015 00:15
# 8
Qelbim doludu !!!!
Meleknur
Qeribe ve oldugca duygulandiran bir heyat hekayesidi
26 may 2015 23:39
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
SENI SENSIZ SEVDIM
aaaa Bill Clintonun hekayesi imiw???!!Cooox maraqli oldu..cox minnetdaram..boyuk maraqla oxudum
26 may 2015 23:11
# 6
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
vipbetul
bu cur realliqlar coxdu heyatda bu heyati yashayaninsa bir zaman ABS in en guclu prezidenti olan Bill Clinton olmasini bilmekde realliqin bir parcasidir,kimliyinden asli olmadan her kesin bir sirli kecmishi gelegeyi vardir
26 may 2015 23:02
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
oxuduqca tesirlendim ne cetin ne ezabli taleler var. bezen insanlar cetinlikleri gore gore yasaya yasaya heyati oyrenir
26 may 2015 22:57
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu da bir həqiqət olan həyat hekayəsi hansı ki, insanın həyatdakı yerini onun yaşadıqlarının təsirinə düşməsi özündən asılıdr, yəni ya zəif olub olanların təsiri altına düşürsən yada əzmkar və iradəli olub həyatın gözünə dik baxmağı öyrənirsən və hər iki halda həyatdakı yerini müəyyən edirsən.
redaktə edənə təşəkkür.
26 may 2015 22:54
# 3
yarpaq33
Hilarinin adina catanda ele bawa duwdum ki bu Bill klintondu maraqli oldu onlarin heyati barede oxumaq twk
26 may 2015 22:29
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Miss_Oxatan
Oxuyarken duwundum ki,bir aile drami oxuyacam,oxuduqca duwundum ki,hansisa mewhur insan olacaq sonda yeqin,ancaq onun Bill Klinton olmasi aglima gelmezdi.ele bir aileden bir prezident dogulub.cox maraqli oldu.sagol)
26 may 2015 21:57
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz